Qanunvericilik › “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.06.2022) › Tam mətn

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.06.2022)

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.06.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2022-ci il 1 oktyabr tarixindən qüvvəyə minir.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. sığorta tarixçəsi – sığortalının bağladığı sığorta müqavilələri və nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş vermiş sığorta hadisələri barədə məlumatları ehtiva edən tarixçə;

1.2.2. qiymətləndirmə subyektləri – avtonəqliyyat vasitələrinin qiymətləndirmə qrupu (bundan sonra – qiymətləndirmə qrupu) üzrə barəsində sığorta tarixçəsinə əsasən güzəşt və əlavələrin tətbiq edildiyi şəxslər;

1.2.3. sığorta tarixçəsi əmsalı – qiymətləndirmə subyektinin sığorta tarixçəsinə əsasən müəyyən edilən və sığorta haqqının hesablanmasında tətbiq edilən əmsal.

1.2.4. Qiymətləndirmə qrupları aşağıdakılardır:

1.2.4.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.2.4.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.2.4.3. avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.2.4.4. motosikletlər, trisikllər və kvadrisikllər;

1.2.4.5. traktorlar, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

1.2.4.6. trolleybuslar və tramvaylar;

1.2.4.7. qoşqular və yarımqoşqular.

1.2.4.8. texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının sığorta qanunvericiliyi, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Bu Qaydanın 2.4-cü bəndi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanır:

2.1.1. avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda:

SH = BSH x ANVƏ x AİTƏ x TYƏ x RƏ x İMƏ x AVSƏ x STƏ

SH – bir illik sığorta haqqı məbləği;

BSH – baza sığorta haqqı məbləği;

ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;

AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal;

TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal;

RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal;

İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal;

AVSƏ – avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal;

STƏ – sığorta tarixçəsi əmsalı;

2.1.2. avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda:

SH = BSH x ANVƏ x AİTƏ x RƏ x İMƏ x HŞƏ x STƏ

SH – bir illik sığorta haqqı məbləği;

BSH – baza sığorta haqqı məbləği;

ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;

AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal;

RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal;

İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal;

HŞƏ – avtonəqliyyat vasitəsi sahibinin hüquqi şəxs olmasına görə əmsal;

STƏ – sığorta tarixçəsi əmsalı.

2.2. Baza sığorta haqqı 50,0 manat məbləğində müəyyən olunur.

2.3. Bu Qaydanın 2.3–1-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı baza sığorta haqqı ilə bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin üç mislindən çox ola bilməz.

2.3–1. Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq, müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı baza sığorta haqqı ilə bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin beş mislindən çox ola bilməz.

2.3–2. Bu Qaydanın 3–2-ci hissəsində nəzərdə tutulmuş hallar mövcud olduqda bu Qaydanın 2.3–1-ci bəndinin tələbi nəzərə alınmaqla bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq hesablanan və ödənilməli olan bir illik sığorta haqqı məbləğinə müvafiq nəqliyyat vasitəsinə münasibətdə əvvəlki sığorta müqaviləsi üzrə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği də əlavə olunur.

2.4. Digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sərhəd sığorta müqavilələri (bundan sonra - sərhəd sığorta müqaviləsi) üzrə sığorta haqları bu Qaydanın 10-cu hissəsində nəzərdə tutulmuş qaydada hesablanır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə cədvəl 1-də nəzərdə tutulan əmsallar tətbiq olunur:

3–1.1. Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq edilir.

3–1.2. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.

3–1.3. Bu Qaydanın 3–1.4-cü bəndi nəzərə alınmaqla, sığorta müqaviləsi bağlanarkən bu Qaydanın 3–1.1-ci bəndində əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq edilir.

3–1.4. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, bu Qaydanın 3–1.1-ci bəndində nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçirilir.

3–1.5. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya bu Qaydanın 3–1.4-cü bəndində nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunur.

3–2.1. Bu Qaydanın 3–1.4-cü bəndində nəzərdə tutulmuş halda, aşağıdakı şərtlərin hər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq edilir:

3–2.1.1. bu Qaydanın 3–2.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;

3–2.1.2. sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

3–2.2. Sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində tətbiq edilir.

3–2.3. Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir.

3–2.4. Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən edilir.

3–2.5. Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən iki və daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdə hər bir müqavilə üzrə bu Qaydanın 3–2.3-cü bəndinə uyğun olaraq hesablanmış sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinə cəmlənərək tətbiq olunur.

4.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün sığortalının sürücülük təcrübəsi və yaşına görə cədvəl 2-də nəzərdə tutulan əmsallar tətbiq olunur:

4.2. Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsinə malik olmayan şəxslərin sürücülük təcrübəsi 0-a bərabərdir.

5.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanması üçün avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi nəzərə alınır.

5.2. Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunan ərazisi avtonəqliyyat vasitəsinin uçotda olduğu yer üzrə müəyyən olunur.

5.3. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus avtonəqliyyat vasitələrinə münasibətdə avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi müvafiq diplomatik nümayəndəliyin və (və ya) konsulluğun olduğu yer üzrə müəyyən olunur.

5.4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə cədvəl 3-də nəzərdə tutulan əmsallar tətbiq olunur:

Sumqayıt şəhəri, Abşeron rayonu

Naxçıvan Muxtar Respublikası, Gəncə şəhəri

Digər şəhər və rayonlar

5.5. Azərbaycan Respublikasında mərkəzləşdirilmiş şəkildə uçota alınmış avtonəqliyyat vasitələrinə münasibətdə avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal 1.1-ə bərabərdir.

6.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin istismar müddətinə görə cədvəl 4-də nəzərdə tutulan əmsallar tətbiq olunur:

20 ildən artıq müddət

6.2. Avtonəqliyyat vasitəsinin istismar müddəti Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsində müəyyən edilən nəqliyyat vasitəsinin buraxılış ilindən hesablanır.

7.1. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanmasında avtonəqliyyat vasitəsi sahiblərinin sayı nəzərə alınır.

7.2. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə aşağıdakı əmsallar tətbiq olunur:

7.2.1. avtonəqliyyat vasitəsi sahiblərinin sayı dörd və ya daha az olduqda - 1;

7.2.2. avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda - 1.15.

7.3. Avtonəqliyyat vasitəsi sahiblərinin sayı avtonəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, avtonəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur.

8.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir.

8.2. Bu Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.

8.3. Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.

8.4. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, bu Qaydanın 8.5-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 7.3-cü bəndinə uyğun olaraq müəyyən edilən avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq edilir.

8.5. Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər bu Qaydanın 8.4-cü bəndində nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınır.

8.6. Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabərdir və həmin əmsala güzəşt və ya əlavə tətbiq edilmir.

8.7. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq edilir.

8.8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və Büronun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.

8.9. Bu Qaydanın 8.6-cı bəndində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla, müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 (beş) faiz güzəşt tətbiq edilir:

8.9.1. sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən, fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;

8.9.2. sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.

8.10. Bu Qaydanın 8.11-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin, sığortalı olub-olmamasından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına 30 (otuz) faiz əlavə tətbiq edilir. Büronun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 (otuz) faiz əlavə həmin əmsala tətbiq edilir.

8.11. Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 (otuz) faiz əlavə tətbiq edilir.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında 1.40 əmsalı tətbiq edilir.

Sərhəd sığorta müqavilələri üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin növünə və sığorta müqaviləsinin müddətinə görə cədvəl 8-də nəzərdə tutulan tariflərə əsasən müəyyən edilir:

10–1.1. Bu Qayda ilə müəyyən edilən hallarda tətbiq edilən sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında bu Qaydanın 3–2-ci hissəsinin qüvvəyə mindiyi tarixdən ən geci 30 (otuz) təqvim günü müddətində kollektiv saziş bağlanılır.

10–1.2. Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunur:

10–1.2.1. kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;

10–1.2.2. sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılar arasında hesablaşma qaydası;

10–1.2.3. öhdəliklərin icra müddətləri;

10–1.2.4. mübahisələrin həlli qaydası.

10–1.3. Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada həyata keçirilir.

1. 26 yanvar 2024-cü il tarixli 04/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401260041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 fevral 2024-cü il)

2. 17 iyun 2025-ci il tarixli 22/8 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202506170228, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2025-ci il)

3. 16 dekabr 2025-ci il tarixli 44/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160442, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2026-cı il)

4. 1 aprel 2026-cı il tarixli 13/9 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604010139, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver