Qanunvericilik › “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.12.2022) › Tam mətn

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.12.2022)

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.12.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Bu Tələblər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinə dair icbari sığorta şəhadətnaməsinin (bundan sonra – şəhadətnamə) forma və məzmunu ilə bağlı tələbləri müəyyən edir.

Şəhadətnamə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Tələblərin 1 nömrəli Əlavəsinə uyğun olaraq elektron sənəd formasında tərtib olunur.

3.1. Şəhadətnamədə Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:

3.1.1. “Şəhadətnamə №” hissəsində İcbari Sığorta Bürosunun elektron informasiya sistemi tərəfindən avtomatik müəyyən edilən müvafiq nömrə;

3.1.2. 1-ci hissədə sığorta müqaviləsinin qüvvəyə minmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə), 2-ci hissədə sığorta müqaviləsinin qüvvədən düşmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə);

3.1.3. 3-cü hissədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin növü (standart və ya sərhəd sığorta müqaviləsi);

3.1.4. sığortaçı üzrə 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə rəsmi elektron poçt ünvanı;

3.1.5. 5-ci hissədə sığorta müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandığı halda həmin sığorta vasitəçisi üzrə aşağıdakı məlumatlar:

3.1.5.1. fiziki şəxs olduqda 5.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;

3.1.5.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;

3.1.6. 6-cı hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:

3.1.6.1. fiziki şəxs olduqda 6.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 6.2-ci bənddə fərdi identifikasiya nömrəsi, hərbi qulluqçulara münasibətdə onların şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, 6.3-cü bənddə sürücülük vəsiqəsi olduqda seriya və nömrəsi, 6.4-cü bənddə qeydiyyatda olduğu ünvan, 6.5-ci bənddə mobil telefon nömrəsi, 6.6-cı bənddə mövcud olduğu halda elektron poçt ünvanı;

3.1.6.2. hüquqi şəxs olduqda 6.1-ci bənddə adı, 6.2-ci bənddə VÖEN-i, 6.4-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı, 6.5-ci bənddə telefon nömrəsi, 6.6-cı bənddə mövcud olduğu halda elektron poçt ünvanı;

3.1.7. 7-ci hissədə avtonəqliyyat vasitəsi üzrə 7.1-ci bənddə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, 7.2-ci bənddə dövlət qeydiyyat nişanı, 7.3-cü bənddə markası, 7.4-cü bənddə modeli, 7.5-ci bənddə nəqliyyat vasitəsinin növü, standart sığorta müqaviləsi bağlanarkən əlavə olaraq 7.6-cı bənddə qeydiyyat şəhadətnaməsində göstərilən ban nömrəsi, 7.7-ci bənddə qeydiyyat şəhadətnaməsində göstərilən mühərrikin nömrəsi, 7.8-ci bənddə qeydiyyat şəhadətnaməsində göstərilən şassi nömrəsi, 7.9-cu bənddə istehsal ili, 7.10-cu bənddə mühərrikin həcmi, 7.11-ci bənddə yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə, 7.12-ci bənddə avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin yerlərinin sayı;

3.1.8. 8-ci hissədə avtonəqliyyat vasitəsi sahiblərinin sayı;

3.1.9. 9-cu hissədə avtonəqliyyat vasitəsinin sahibinin hüquqi şəxs olub-olmaması;

3.1.10. 10-cu hissədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq sığorta haqqının hesablanması üçün 10.1-ci bənddə sığorta müqaviləsinin müddəti, standart sığorta müqaviləsi bağlanarkən əlavə olaraq 10.2-ci bənddə baza sığorta haqqı məbləği, 10.3-cü bənddə sığorta tarixçəsi əmsalı, 10.3.1-ci yarımbənddə sığortalının sığorta tarixçəsi əmsalı, 10.3.2-ci yarımbənddə avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı, 10.3.3-cü yarımbənddə sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı, 10.4-cü bənddə avtonəqliyyat vasitəsinin növünə görə əmsal, 10.5-ci bənddə sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal, 10.6-cı bənddə avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal, 10.7-ci bənddə avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal, 10.8-ci bənddə avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal, 10.9-cu bənddə bənddə avtonəqliyyat vasitəsi sahibinin hüquqi şəxs olmasına görə əmsal, 10.10-cu bənddə avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal;

3.1.11. 11-ci hissədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı məbləği;

3.1.11–1. 11–1-ci hissədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı üzrə dürüstləşdirmə məbləği;

3.1.11–2. 11–2-ci hissədə bu Tələblərin 3.1.11-ci və 3.1.11–1-ci yarımbəndlərinə uyğun olaraq hesablanan sığorta haqqı və sığorta haqqı üzrə dürüstləşdirmə məbləğlərinin cəmi əsasında formalaşan yekun sığorta haqqı;

3.1.12. 12-ci hissədə şəhadətnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edən şəxs barədə (sığortaçının nümayəndəsi və ya sığorta vasitəçisi) məlumatla tanış olmaq üçün müvafiq ştrix-kod;

3.1.13. 13-cü hissədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yaddaş vərəqilə tanış olmaq üçün müvafiq ştrix-kod;

3.1.14. 14-cü hissədə sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda Mərkəzi Banka onlayn qaydada müraciət etmək üçün internet səhifəsinə yönləndirən müvafiq ştrix-kod;

3.1.15. 15-ci hissədə şəhadətnamənin mövcudluğunu SMS vasitəsilə yoxlamaq üçün müvafiq ştrix-kod;

3.1.16. 16-cı hissədə şəhadətnamənin yüklənməsi (elektron formada əldə edilməsi) üçün müvafiq ştrix-kod.

3.2. Standart sığorta müqaviləsi bağlanarkən şəhadətnamənin 7.6-cı, 7.7-ci və 7.8-ci bəndlərində nəzərdə tutulan məlumatlardan ən azı biri qeyd olunmalıdır.

3.3. Şəhadətnamənin 8-ci və 9-cu hissələrində nəzərdə tutulan məlumatlar yalnız standart sığorta müqaviləsi bağlanarkən qeyd olunmalıdır.

3.4. Sərhəd sığorta müqaviləsi bağlanarkən şəhadətnamənin 7.6 – 7.12-ci və 10.2 – 10.10-cu bəndləri, habelə 11–1-ci və 11–2-ci hissələri şəhadətnamənin məzmununda əks olunmur.

1. Qüvvəyə minmə tarixi və vaxtı:

2. Qüvvədən düşmə tarixi və vaxtı:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

3. Sığorta müqaviləsinin növü:

4.4. Telefon nömrəsi:

4.5. Elektron poçt ünvanı:

5. Sığorta vasitəçisi:

5.4. Telefon nömrəsi:

5.5. Elektron poçt ünvanı:

6.3. Sürücülük vəsiqəsinin seriya və nömrəsi:

6.5. Telefon nömrəsi:

6.6. Elektron poçt ünvanı:

7. Avtonəqliyyat vasitəsi:

7.1. Qeydiyyat ölkəsi:

7.2. Dövlət qeydiyyat nişanı:

7.7. Mühərrik nömrəsi:

7.10. Mühərrikin həcmi:

7.11. Maksimum kütlə:

7.12. Sərnişin yerlərinin sayı:

8. Avtonəqliyyat vasitəsi sahiblərinin sayı:

9. Avtonəqliyyat vasitəsinin sahibinin hüquqi şəxs olması:

Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərər

· Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat.

· Üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə:

- Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat;

- Bir hadisə üzrə 50 000 (əlli min) manat.

10. Sığorta haqqının hesablanması:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 29 iyun tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq hesablanmışdır:

10.1. Sığorta müqaviləsinin müddəti:

10.2. Baza sığorta haqqı:

10.3. Sığorta tarixçəsi əmsalı:

10.3.1. Sığortalının sığorta tarixçəsi əmsalı:

10.3.2. Avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı:

10.3.3. Sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı:

10.4. Avtonəqliyyat vasitəsinin növünə görə əmsal:

10.5. Sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal:

10.6. Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal:

10.7. Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal:

10.8. Avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal:

10.9. Avtonəqliyyat vasitəsi sahibinin hüquqi şəxs olmasına görə əmsal:

10.10. Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal:

11. Sığorta haqqı (manat):

Sığorta haqqının ödənilməsi qaydası:

Birdəfəlik və nağdsız qaydada

Təminatın qüvvədə olduğu ərazi:

Azərbaycan Respublikası

Sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda (012) 966, (012) 493-50-58 telefon nömrələri ilə əlaqə saxlayaraq və ya www.cbar.az internet səhifəsində mövcud olan “onlayn müraciət” bölməsi vasitəsilə Azərbaycan Republikasının Mərkəzi Bankına şikayətlə müraciət edə bilər.

Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 27

11–1. Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği (manat):

11–2. Yekun sığorta haqqı (manat):

Bu ştrix-kodla şəhadətnaməni imzalayan şəxs barədə məlumatla tanış ola bilərsiniz.

Bu ştrix-kodla yaddaş vərəqinə keçid edə bilərsiniz.

Bu ştrix-kodla Mərkəzi Banka onlayn müraciət edə bilərsiniz.

Bu ştrix-kodla şəhadətnamənin mövcudluğunu SMS-lə yoxlaya bilərsiniz.

Bu ştrix-kodla elektron şəhadətnaməni yükləyə bilərsiniz.

1. 17 iyun 2025-ci il tarixli 22/9 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202506170229, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2025-ci il)

2. 16 dekabr 2025-ci il tarixli 44/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160443, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2026-cı il)

3. 1 aprel 2026-cı il tarixli 13/10 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604011310, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver