“Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərar 2023-cü il aprelin 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 iyun 2023-cü il
Xalça və xalça məmulatının bərpaçısı
İnteryer və eksteryerin bədii tərtibatçısı
Ağacdan bədii məmulatlar hazırlayan usta
Qida və qeyri-qida məhsulları satıcısı, nəzarətçi-xəzinədar
Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi
Tədbirlərin təşkilatçısı
Video çəkilişi üzrə operator
Media və audiovizual texnologiyaların istismarı
Qənnadçı, şirniyyatçı
Turizm sahəsində iaşə üzrə mütəxəssis
Bərbər-vizajist-manikürçü
Saç kəsimi və gözəllik xidmətlərinin təşkili
Avtomatika sistemlərinin istismarı
Avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator
Mühafizə-yanğın siqnalizasiyasının elektro-montyoru
Nəzarət-ölçü və avtomatika cihazlarının çilingəri
Yük və baqaj üzrə xəzinədar
İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi
Kompüterlərin təmiri və xidməti üzrə texnik
Sistem və şəbəkə xidməti üzrə texnik
Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator
İnformasiya-kommunikasiya texnologiyaları üzrə texnik
Veb-dizayner və proqram təminatçısı
Veb-dizayn və proqram təminatı
Kompüter sistemlərində proqramlaşdırma
Lokal şəbəkələrə xidmət üzrə texnik
Kompüter sistemlərində proqram təminatı
Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
Mehmanxana inzibatçısı
Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi
Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi
Bitkiçilik mütəxəssisi
Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər
Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil sürücüsü (BC)
Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı
Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü
Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü
Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik
Aqroservis mütəxəssisi
Heyvandarlıq mütəxəssisi
Baytarlıq və heyvandarlıq işi
Mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərinin mexanizatoru və elektrik montyoru
Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü
Dağ-mədən işləri üzrə mütəxəssis
Neft və qazçıxarma operatoru
Balıq yetişdirilməsi üzrə mütəxəssis
Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis
Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri
Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi
Lift üzrə elektromexanik
Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı
Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki
Elektronika və kommunikasiya sistemlərinin istismarı
Radio-televiziya aparatlarının təmiri və xidməti radiomexaniki
Rabitə avadanlıqlarının quraşdırıcısı
Mobil telefonların təmiri ustası
Rabitə quraşdırıcısı-antenaçı
Rabitə quraşdırıcısı-kabelçi
Əl elektrik qaynaqçısı
Elektrik qaz qaynaqçısı
Sənayedə quraşdırma işləri üzrə usta
Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı
Proqramla idarə olunan dəzgahların operatoru
Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı
Torna və frezer dəzgahlarının operatoru
Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE)
Mexaniki yığma işləri üzrə çilingər
Planer və mühərrik üzrə mexanik
Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik
Gəmi maşın və mexanizmlərinin təmiri üzrə çilingər
Gəmi elektrik-qaz qaynaqçısı
Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı
Elektrovoz maşinisti köməkçisi
Teplovoz maşinisti köməkçisi
Dəmiryol stansiyası və keçidi növbətçisi
Dəmiryol stansiyasının növbətçisi
Vaqon baxıcısı-təmirçisi
Texniki xidmət məntəqələrində lokomotivlərin baxıcısı və təmiri çilingəri
Kontakt şəbəkəsinin elektrik montyoru
İşarəvermə, mərkəzləşdirmə, bloklama qurğularının təmiri və xidməti elektrik montyoru
Elektrik qatarının maşinisti
Elektrik qatarının maşinisti köməkçisi
Kran maşinisti (krançı)
Avtomobil (dəniz, çay) nəqliyyatında hərəkət və yükləmə-boşaltma işləri dispetçer məntəqəsinin operatoru
Avtomobil üzrə dəmirçi
Avtomobil üzrə elektrik
Avtomobillərin təmiri çilingəri
Avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü
Avtomobil mexatronikası üzrə texnik
Avtomobil diaqnostikası və təmiri ustası
Avtomobil mühərriklərinin yığıcısı
Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə)
Metropolitenin stansiya növbətçisi
Kimyəvi analiz laborantı
Kimyəvi-bakterioloji analiz laborantı
Neft-kimya sənayesinin aparatçısı-operatoru
Texnoloji qurğuların operatoru
Üzümçülük və şərab ustası
Tikiş avadanlıqlarının operatoru, tikişçi
Səhnə kostyumları üzrə dərzi
Poliqrafiya üzrə dizayner
Kompüter üzrə operator, dizayner
Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis
Rəngsaz və suvaq ustası
Quru inşaat işləri ustası
Binaların tikintisi və istismarı
Plastik qapı və pəncərə ustası
İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis
İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı
Kombi və kondisioner ustası
Plastik boru qaynaqçısı
Yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir
3D rəqəmsal oyun dizayneri
Alternativ enerji qurğu və avadanlıqlarının istismarı
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator
Daş memarlıq abidələrinin bərpaçısı
Dronların texniki xidməti və təmiri üzrə texnik
Elektrik sayğacları texniki
Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik
Günəş panelləri quraşdırıcısı və təmirçisi
İstehsalata rəqəmsal nəzarət sistemləri
Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis
Musiqi alətlərinin ustası
Qida və içki üzrə nəzarətçi
Rəqəmsal inşaat üzrə mütəxəssis
Rəqəmsal məzmun idarəçiliyi
Suvarma maşınları və nasos qurğuları maşinisti
Tədbirlərin planlaşdırılması və təşkili
Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər
Kompüter sistem inzibatçısı
Geodeziya və kartoqrafiya
Satınalmaların təşkili
Qida emalı texnologiyaları
Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik
Qeyd. Peşə təhsili müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərcinin miqdarından artıq olduğu halda, çatışmayan vəsait həmin təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilir.
1.1. “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları” (bundan sonra – Qaydalar) “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi məsələlərini tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir.
1.3. Peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrini əhatə edir.
1.4. Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün peşə təhsili müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
1.5. Dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
1.6. Fərmana əsasən peşə təhsili müəssisələrində 2023-2026-cı illərdə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına bu Qaydaların 6-cı hissəsinə uyğun olaraq artım əmsalı tətbiq edilir.
1.7. Hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısı və təhsilalanların sayı, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. dövlət sifarişi - ölkənin əmək bazarının tələbləri və iqtisadiyyatının prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar üzrə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayı;
2.1.2. dövlət sifarişi əsasında maliyyələşdirmə - dövlət sifarişi çərçivəsində peşə təhsili almaq hüququnu əldə edən şəxslərin təhsil xərclərinin adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilməsi;
2.1.3. adambaşına maliyyələşdirmə prinsipi - peşə təhsili müəssisələrində təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilməsi.
3.1. Adambaşına maliyyələşdirilmənin həcminin müəyyənləşdirilməsi hər bir təhsilalana düşən illik təhsil xərclərinin müvafiq ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla hesablanması üçün istifadə edilən formul və prosedurları məcmu şəkildə özündə əks etdirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin metodikasına əsaslanır.
3.2. Beynəlxalq müqavilələrə əsasən Azərbaycan dövlətinin hesabına peşə təhsili alan əcnəbilər üçün adambaşına illik təhsil xərclərinin hesablanması zamanı beynəlxalq müqavilələrin şərtlərindən asılı olaraq, digər xərclər də nəzərə alınır.
4.1. Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrinin ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrində dövlət sifarişi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Hər il aprelin 1-dək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə növbəti tədris ili üçün razılaşdırılmış təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) təqdim etdikləri təkliflər əsasında hər il mayın 1-dək növbəti tədris ili üçün müvafiq ixtisaslar üzrə peşə təhsili müəssisələrinin ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrinə tələbə qəbulunu müəyyən edir.
4.3. Dövlət sifarişində iştirak etmək istəyən bələdiyyə və özəl peşə təhsili müəssisələri hər il martın 1-dək növbəti tədris ili üzrə tələbə qəbulu ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə bələdiyyə və özəl peşə təhsili müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.
4.4. Peşə təhsili müəssisələrində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq müsabiqə nəticəsində müəyyən edilirlər.
4.5. Dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq identifikasiya kodu verilir.
4.6. Peşə təhsili müəssisələrinə müsabiqə əsasında müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq istəyən şəxslər tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq peşə təhsili müəssisəsinin seçimində sərbəstdirlər.
4.7. Dövlət sifarişi yerləri tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qaldığı halda, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həmin yerlərə eyni ixtisas (ixtisaslaşma) üzrə ödənişli əsaslarla qəbul olmuş və attestat qiymətlərinin orta balı ən yüksək olan (yüksək texniki peşə təhsili səviyyəsində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında ən yüksək bal toplamış) şəxs, eyni ixtisas (ixtisaslaşma) üzrə təhsilalan olmadıqda isə eyni ixtisas qrupu üzrə ödənişli əsaslarla qəbul olmuş attestat qiymətlərinin orta balı ən yüksək olan (yüksək texniki peşə təhsili səviyyəsi üzrə ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında ən yüksək bal toplamış) şəxs yerləşdirilir.
5.1. Dövlət sifarişi əsasında maliyyələşdirilmənin şərtləri bu Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən nümunəvi müqavilələr əsasında müəyyənləşdirilir.
5.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə peşə təhsili müəssisələri arasında hər il sentyabrın 15-dək bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.
5.3. Peşə təhsili müəssisələri ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.
5.4. Dövlət sifarişi əsasında maliyyələşdirilmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətini əhatə edir.
5.5. Dövlət sifarişi əsasında maliyyələşdirilmə bu Qaydaların 5.4-cü bəndində qeyd olunmuş müddətdən çox ola bilməz.
5.6. Dövlət sifarişi əsasında maliyyələşdirilmə aşağıdakı hallarda müvəqqəti olaraq dayandırılır:
5.6.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (2 ildən çox olmayaraq);
5.6.2. ailə vəziyyəti və səhhəti imkan vermədikdə (2 ildən çox olmayaraq);
5.6.3. sosial məzuniyyətdə olduqda (qanunvericiliklə müəyyən olunmuş müddətə);
5.6.4. xaricdə təhsil aldıqda (1 ildən çox olmayaraq);
5.6.5. peşə təhsili müəssisələri arasında bağlanılan müqavilələr çərçivəsində tələbə təhsilini xaricdə davam etdirdikdə (müqavilədə göstərilən təhsil müddətinə).
5.7. Dövlət sifarişi əsasında maliyyələşdirilmədən məhrum edilmə aşağıdakı hallarda baş verə bilər:
5.7.1. təhsilalan təhsilini davam etdirmədikdə (bu Qaydaların 5.6-cı bəndi istisna olmaqla);
5.7.2. təhsilalan peşə təhsili müəssisələrindən xaric edildikdə (digər peşə təhsili müəssisəsinə köçürülmə ilə bağlı xaric edilmə istisna olmaqla);
5.7.3. təhsilalan bu Qaydaların 5.6-cı bəndində qeyd olunan hallarda göstərilən müddətlərdən çox təhsilinə fasilə verdikdə;
5.7.4. təhsilalan ixtisasını dəyişdirdikdə (bu Qaydaların 5.6-cı bəndində göstərilən səbəblərə görə müvəqqəti təhsilini dayandırmış şəxslər təhsilini davam etdirmək istədikdə, həmin peşə təhsili müəssisəsində eyni ixtisas üzrə mütəxəssis hazırlığı aparılmadığı hallar istisna olmaqla);
5.7.5. dövlət sifarişi əsasında maliyyələşdirilmə müddəti bitdikdə.
5.8. Dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan təhsilalanın təhsilinin yenidən dövlət sifarişi əsasında maliyyələşdirilməsi yalnız həmin təhsilalanın bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş hallara görə təhsilə fasilə verməsi müəyyən edildiyi təqdirdə mümkündür.
5.9. Dövlət sifarişi çərçivəsində peşə təhsili almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur. Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses bu Qaydalarla müəyyən edilmiş formada rəsmiləşdirilir. Təhsilalan bu Qaydaların 5.7-ci bəndində nəzərdə tutulmuş hallara görə dövlət sifarişi əsasında maliyyələşdirmədən məhrum edilərsə, bu barədə 7 (yeddi) iş günü müddətində peşə təhsili müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bildiriş təqdim olunur.
5.10. Dövlət sifarişi əsasında maliyyələşdirilmə hüququnu əldə etmiş təhsilalan mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişində iştirak edən hər hansı digər peşə təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilini davam etdirdiyi təqdirdə, dövlət sifarişi əsasında maliyyələşdirilmə dayandırılmır.
6.1. Müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik olan peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına 1,75 artım əmsalı tətbiq edilir.
7.1. Dövlət sifarişində iştirak edən peşə təhsili müəssisələrində maliyyələşmənin səmərəliliyinə nəzarəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanları həyata keçirirlər.
“Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”na
“_____” _______________ 20____ il
Bir tərəfdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və digər tərəfdən peşə təhsili müəssisəsi __________________________________________________________
______________________________________________________________________________
birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1.1. Bu Müqavilənin predmeti “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirilmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələrində dövlət sifarişi ilə təhsil alanlara münasibətdə hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
2.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü hissəsində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi peşə təhsili müəssisəsinə ödəməyi öhdəsinə götürür.
2.2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:
2.2.1. peşə təhsili müəssisəsindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
2.2.2. peşə təhsili müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.
2.3. Peşə təhsili müəssisəsi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. təhsilalanların təhsilini peşə təhsilinin dövlət standartlarına uyğun təşkil etmək;
2.3.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
2.3.3. peşə təhsili müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək;
2.3.4. hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarının ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə təqdim etmək;
2.3.5. təhsilalanlara təqaüdlərin və qanunvericiliklə müəyyən olunmuş digər xərclərin ödənilməsini təmin etmək;
2.3.6. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmək;
2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 5 (beş) iş günü müddətində məlumat vermək.
2.4. Peşə təhsili müəssisəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3.1. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə peşə təhsili müəssisəsi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.
3.3. Bir təhsilalan üçün müəyyən edilmiş xərclər təhsil müəssisəsinin təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa peşə təhsili müəssisəsinin müvafiq bank hesabına köçürülməsi yolu ilə rüblər üzrə ödənilir.
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) gün müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən məlumatı təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz qüvvənin təsiri 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi tələbinə digər tərəfin imtina etməsi barədə məlumat aldıqda və ya həmin məlumatda vaxt göstərilmədikdə və 30 (otuz) iş günü müddətində ondan cavab almadıqda, Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.
5.4. Müqaviləyə vaxtından əvvəl xitam verilərkən, peşə təhsili müəssisəsində dövlət sifarişi əsasında təhsil alanlar təhsil aldıqları ixtisaslar və onların istəkləri nəzərə alınmaqla, digər peşə təhsili müəssisələrinə köçürülürlər.
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.
9.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti ____________________ tarixinədəkdir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər peşə təhsili müəssisəsində dövlət sifarişi əsasında təhsil alan olarsa, həmin Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə və eyni müddətə uzadılır.
9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi müvafiq peşə təhsili müəssisəsində, digər nüsxəsi isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində saxlanılır.
“Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”na
“_____” _______________ 20____ il
Bir tərəfdən peşə təhsili müəssisəsi və digər tərəfdən dövlət sifarişi ilə təhsil alacaq təhsilalan __________________________________________________________________
birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanılmasına dair müddəaları nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1.1. Bu Müqavilənin predmeti “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirilmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələrində dövlət sifarişi ilə təhsil alanlara münasibətdə hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
2.1. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 3-cü hissəsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.
2.2. Peşə təhsili müəssisəsinin təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə peşə təhsili müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.3.2. peşə təhsili müəssisəsinin daxili intizam və davranış qaydalarına riayət etmək;
2.3.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq;
2.3.4. peşə təhsili müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.3.5. öz hərəkətləri ilə peşə təhsili müəssisəsinə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.3.6. peşə təhsili müəssisəsi tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;
2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında peşə təhsili müəssisəsinə 5 (beş) iş günü müddətində məlumat vermək.
2.4. Təhsilalanın peşə təhsili müəssisəsindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3.1. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.2. Bu Müqaviləyə uyğun olaraq, peşə təhsili müəssisəsi tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.
3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan peşə təhsili müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə yeni peşə təhsili müəssisəsi arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir.
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) gün müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlandırmalıdır.
5.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan peşə təhsili müəssisəsini dəyişdirdikdə Müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə yeni peşə təhsili müəssisəsi arasında bağlanılmış Müqaviləyə əsasən həyata keçirilir.
5.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, peşə təhsili müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə məlumat təqdim olunur.
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə də müraciət edə bilərlər.
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər peşə təhsili müəssisəsində dövlət sifarişi əsasında təhsilalan olarsa, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.
9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə peşə təhsili müəssisəsində saxlanılır.
İmza ________________________________
____________________________________
Yaşadığı yer: Azərbaycan Respublikası
_____________________________________
ünvan: ____________ küçəsi, ev № ______
mənzil № __________, tel: _____________
pasport (şəxsiyyət vəsiqəsi) _____________
seriya ________________________________
İmza _________________________________
1. 12 yanvar 2024-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 75)
2. 30 iyun 2026-cı il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyun 2026-cı il, “Xalq” qəzeti, 16 iyul 2026-cı il, № 124)