Qanunvericilik › “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.11.2021) › Tam mətn

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.11.2021)

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.11.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 299-VIQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 1344 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 noyabr 2021-ci il

1.1. Bu Qayda “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan və barəsində məcburi müalicə təyin edilmiş şəxslərin (bundan sonra – məcburi müalicə təyin edilmiş şəxs) ixtisaslaşdırılmış tibb müəssisəsində (bundan sonra – İTM) məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru (bundan sonra – icra məmuru) tərəfindən nəzarət edilməsi qaydasını tənzimləyir.

2.1. Məcburi müalicənin təyin olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarının (bundan sonra – məhkəmə qərarı) surəti icra olunması üçün İTM-ə, habelə məcburi müalicə təyin edilmiş şəxsin yaşayış yeri üzrə yerli probasiya qurumuna (bundan sonra – yerli probasiya qurumu) göndərilir.

2.2. Məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi İTM-ə təhvil verilir və bu barədə polis orqanı tərəfindən yerli probasiya qurumu məlumatlandırılır.

2.3. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə münasibətdə müvafiq məhkəmə qərarı, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində məcburi müalicə təyin edilmiş şəxslərə münasibətdə isə məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə yerləşdirilməsi ilə bağlı polis orqanının məlumatı yerli probasiya qurumuna daxil olduqdan dərhal sonra bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq yerli probasiya qurumuna göndərilən məhkəmə qərarının tələblərinin yerinə yetirilməsi üzrə nəzarətin həyata keçirilməsi üçün həmin məhkəmə qərarı təxirəsalınmadan yerli probasiya qurumunda icraata qəbul edilir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikasının ərazisində - Muxtar Respublikanın Ədliyyə Nazirliyinin) möhürü ilə təsdiqlənmiş “Məcburi müalicə təyin edilmiş şəxsin qeydiyyatı kitabı”nda (1 nömrəli əlavə), həmçinin elektron qaydada şəxsin qeydiyyatı aparılır.

2.4. Nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarı yerli probasiya qurumunda icraata qəbul edildiyi vaxtdan 3 gün müddətində məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açır (2 nömrəli əlavə). Nəzarət işində olan bütün sənədlər ardıcıllıqla tikilir və nömrələnir. Nəzarət işində olan bütün sənədlərin siyahısı həmin işə əlavə edilir.

2.5. Nəzarət işinin nömrəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qeydiyyat kitabındakı sıra nömrəsi ilə eyni olmalıdır.

2.6. İcra məmuru məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açıldıqdan sonra 3 gün müddətində bununla bağlı qərar çıxarmış məhkəməyə məlumat verir.

2.7. Nəzarət işinin aparılması zamanı məcburi müalicə təyin edilmiş şəxs haqqında məlumatların, o cümlədən fərdi məlumatların konfidensiallığı təmin olunmalıdır.

2.8. Məcburi müalicə təyin edilmiş şəxs İTM-ə qəbul edildikdən sonra icra məmuru təxirəsalınmadan müəssisədə həmin şəxslə ilkin söhbət aparır, barəsində olan məhkəmə qərarının tələblərini nəzərinə çatdırır, ona məsuliyyətini, vəzifə və hüquqlarını izah edir və bu barədə akt tərtib edir (3 nömrəli əlavə).

2.9. İTM həmin müəssisədə tətbiq edilən buraxılış rejimi nəzərə alınmaqla icraatında nəzarət işi olan icra məmurunun müalicə keçən şəxslə görüşməsi məqsədilə müəssisəyə buraxılmasını təmin edir.

3.1. Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru aşağıdakı səlahiyyətləri həyata keçirir:

3.1.1. azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsin polis əməkdaşları tərəfindən müəssisəyə təhvil verilməsində iştirak etmək;

3.1.2. məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 3 ayda bir dəfədən az olmayaraq İTM-ə baş çəkmək, həmin şəxslə, İTM-in rəhbərliyi və müalicə həkimi ilə görüşüb söhbətlər aparmaq və bu barədə protokol tərtib etmək, habelə ayda bir dəfədən az olmayaraq İTM-in rəhbərliyi və ya müalicə həkimi ilə əlaqə saxlayaraq məhkəmə qərarının icrası və məcburi müalicə təyin edilmiş şəxsin vəziyyəti barədə məlumat almaq və bu barədə protokol tərtib etmək;

3.1.3. məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicə ilə bağlı ərizə və şikayətlərini qəbul etmək, həmin müraciətlər üzrə müvafiq tədbirlər görmək;

3.1.4. məcburi müalicə təyin edilmiş şəxs barəsində məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, bu məqsədlə İTM-dən zəruri məlumatları sorğu vasitəsilə əldə etmək;

3.1.5. məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə qəbulu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 2.6-cı bəndinə uyğun olaraq İTM-dən qısamüddətli çıxmasına icazə verilməsi, habelə şəxsin müalicədən boyun qaçırması, müəssisədən qaçması və ya digər hüquq pozuntusuna yol verməsi halları barədə dərhal məlumat almaq, müəssisədən qaçmış və olduğu yer məlum olmayan həmin şəxsin axtarışı ilə bağlı bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş tədbirlər görmək;

3.1.6. məcburi müalicə təyin edilmiş şəxs müalicə müddətində inzibati xəta törətdikdə inzibati xətaya baxmaq səlahiyyəti olan orqana, cinayətin əlamətlərini əks etdirən əməllər törətdikdə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına) məlumat vermək;

3.1.7. bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən hallarda nəzarət işi üzrə icraatı dayandırmaq və müvafiq hallar aradan qalxdıqda icraatı təzələmək;

3.1.8. məcburi müalicə ləğv edildikdə və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edildikdə nəzarət işinə xitam vermək və bu barədə səlahiyyətli məhkəməni məlumatlandırmaq.

3.2. Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarının tələblərinin pozulmasını, habelə məcburi müalicə təyin edilmiş şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və hərəkətsizliyin baş verməsini aşkar etdikdə, cinayətin əlamətlərini əks etdirən əməllər haqqında cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına), digər hüquq pozuntularına yol vermiş İTM əməkdaşları barəsində isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verməyə və bu barədə bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş protokolda qeyd aparmağa borcludur.

4.1. Məcburi müalicə təyin edilmiş məhkumun olduğu yer müəyyən edilmədikdə icra məmuru Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq 10 (on) günədək müddətə aşağıdakı ilkin axtarış tədbirlərini həyata keçirir:

4.1.1. məhkumun qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;

4.1.2. məhkumun qeydiyyatda olduğu və faktiki yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, polis orqanına sorğu edir;

4.1.3. məhkumun həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;

4.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir;

4.1.5. şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə onun həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;

4.1.6. məhkumun yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;

4.1.7. məhkumun olduğu yerin müəyyən edilməsi məqsədilə əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.

4.2. Məcburi müalicə təyin edilmiş məhkumun olduğu yer 10 (on) gündən artıq müddətə müəyyən edilmədikdə, icra məmuru onun barəsində Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə uyğun olaraq axtarış elan edilməsi haqqında qərar qəbul edir (4 nömrəli əlavə), həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa vəsatət verir. Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərar, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.

4.3. İnzibati həbs tətbiq edilməklə yanaşı barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs İTM-dən qaçdıqda və olduğu yer müəyyən edilmədikdə, icra məmuru bu Qaydanın 4.1.1-4.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

5.1. İcra məmuru aşağıdakı hallarda müalicə təyin edilmiş şəxs üzərində nəzarət işi üzrə icraat icra məmurunun yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərarı ilə dayandırır (5 nömrəli əlavə):

5.1.1. məcburi müalicə təyin edilmiş şəxs barəsində həbs qətimkan tədbiri seçildikdə;

5.1.2. məcburi müalicə təyin edilmiş şəxsin olduğu yer müəyyən edilmədikdə - şəxsin axtarışı haqqında məhkəmənin qərarı olduqda;

5.1.3. məcburi müalicə təyin edilmiş şəxs ölkə hüdudlarından kənarda olduqda.

5.2. Bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən hallar aradan qalxdıqda nəzarət işi üzrə icraat icra məmurunun yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərarı ilə təzələnir.

5.3. Məcburi müalicə təyin edilmiş şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə nəzarət işi məcburi müalicənin davam etdirilməsi məqsədilə məhkumun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə göndərilir.

5.4. İcra məmuru aşağıdakı hallarda məcburi müalicə təyin edilmiş şəxsi qeydiyyatdan çıxararaq nəzarət işi üzrə icraata xitam verilməsi barədə yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərar qəbul edir və bu barədə qərarı qəbul etmiş məhkəməyə məlumat verir:

5.4.1. məcburi müalicənin ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

5.4.2. məcburi müalicə təyin edilmiş şəxs İTM-də qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda onun məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

5.4.3. məcburi müalicə təyin edilmiş şəxs öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

5.5. Məcburi müalicə təyin edilmiş şəxs qeydiyyatdan, bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qeydiyyat kitabında zəruri qeydlər aparılmaqla çıxarılır və bu barədə qərar çıxarmış məhkəməyə məlumat verilir.

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”na 1 nömrəli əlavə

Başlandı: “_____” ______________ 20___ il

Qurtardı: “_____” ______________ 20___ il

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”na 2 nömrəli əlavə

__________________________________________ “___” _______________ 20___ il tarixli

hökmünə (qərarına) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (İnzibati Xətalar Məcəlləsinin)______ maddəsi ilə təqsirli bilinərək _______________növündə cəza (inzibati tənbeh) təyin edilməklə yanaşı, barəsində________ müddətə tibbi xarakterli məcburi tədbirlər (məcburi müalicə) təyin edilmişdir.

Dövlət icra məmuru _________________________________________________

(soyadı, adı və atasının adı)

Qeydiyyata götürülmüşdür “____” ___________ 20___ il

Qeydiyyatdan çıxarılmışdır “____” ___________ 20___ il

Əsas _______________________________________________________

İşdə olan vərəqlərin sayı ______________________________________

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”na 3 nömrəli əlavə

hökmünə (qərarına) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin) _________ maddəsi ilə təqsirli bilinərək _____________ növündə cəza (inzibati tənbeh) təyin edilməklə yanaşı, barəsində _____________ müddətə tibbi xarakterli məcburi tədbirlər (məcburi müalicə) təyin olunmuş ____________________________________________________ ilə söhbət aparıldı,

(müalicə təyin edilmiş şəxsin soyadı, adı və atasının adı)

ona məcburi müalicə təyin edilməsi barədə məhkəməqərarınıntələbləri, məsuliyyəti, hüquq və vəzifələri izah edildi.

_______________________________________________________________________________

_______________________________________________________________________________

Məcburi müalicə ilə əlaqədar hüquq və vəzifələrim mənə izah edildi.

_______________________________________________________________________________

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”na 4 nömrəli əlavə

________________________________ rayon (şəhər)

Probasiya qurumunun rəhbəri

____________________________________________

_____________________________________________

“____” _______________ 20____ il

Mən, ___________________ rayon (şəhər) Probasiya qurumunun icra məmuru __________________________ icraatımda olan __________ nömrəli nəzarət işi üzrə məcburi müalicə təyin edilmiş şəxsin ______________________________________________

(soyadı, adı, atasının adı)

olduğu yer barədə məsələyə baxaraq,

________________________________________________________________________________

qərarı ilə _________________________________________ məcburi müalicə təyin edilmişdir.

(soyadı, adı, atasının adı, təvəllüdü)

Həmin şəxsin məcburi müalicəyə cəlb edilməsi üçün tədbirlər görülərkən onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır.

Belə ki, ______________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

lakin həmin tədbirlər müsbət nəticə verməmişdir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsini rəhbər tutaraq,

“___” ___________ ____ ildə _______________ anadan olmuş _______________ vətəndaşı

____________________ ünvanda qeydiyyatda olan şəxs __________________________

(ünvan) (şəxsin soyadı, adı və atasının adı)

______________________________ barəsində axtarış elan edilsin,

________________________________ ____________________________ _____________

(dövlət icra məmurunun vəzifəsi, xüsusi rütbəsi) (soyadı, adı) (imza)

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”na 5 nömrəli əlavə

____________________________rayon (şəhər)

Probasiya qurumunun rəhbəri

________________________________________

________________________________________

“____” _______________ 20___ il

Mən, ________________________ rayon (şəhər) Probasiya qurumunun icra məmuru ________________________________ icraatımda olan ___________ nömrəli nəzarət işi

(soyadı, adı və atasının adı)

üzrə icraatın dayandırılması barədə məsələyə baxaraq,

qərarı ilə __________________________ məcburi müalicə təyin edilmişdir. İcraat zamanı

(soyadı, adı, atasının adı, təvəllüdü)

________________________________________________________________________________

səbəbindən həmin şəxsin məcburi müalicəyə cəlb edilməsi mümkün olmamışdır (tamamlanmamışdır).

Göstərilənlərə əsasən və “İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilməsi Qayda”nın 5.1-ci bəndini rəhbər tutaraq,

1. Məcburi müalicə təyin edilmiş __________________________________ barəsində

(soyadı, adı, atasının adı, təvəllüdü)

nəzarət işi üzrə icraat ________________________________________________________

aradan qalxanadək dayandırılsın.

2. Qərarın surəti məlumat üçün _____________________ məhkəməsinə (qərarı vermiş məhkəməyə) və müalicə müəssisəsinə göndərilsin.

____________________________________ ______________________ _________________

(dövlət icra məmurunun vəzifəsi, xüsusi rütbəsi) (soyadı, adı) (imza)

1. 14 sentyabr 2022-ci il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 14 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 16 sentyabr 2022-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1081)

2. 5 mart 2024-cü il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 7 mart 2024-cü il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 294)

3. 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 84)

4. 29 aprel 2026-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2026-cı il, “Xalq” qəzeti, 8 may 2026-cı il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 387)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver