Qanunvericilik › Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.07.2020) › Tam mətn

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.07.2020)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.07.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 504 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2020-ci il

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri:

mühəndis-geoloji axtarış

qruntların laboratoriya tədqiqatı

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri:

nəqliyyat tunelləri (metropolitenlər istisna olmaqla)

körpülərin, estakadaların və yolötürücülərinin tikintisi

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

Nəqliyyat qurğularının layihələndirilməsi:

tunel, körpü və yolötürücülərin layihələndirilməsi

avtomobil yollarının layihələndirilməsi

layihələrin xüsusi bölmələrinin işlənilməsi:

tikintinin təşkilinin layihələndirilməsi

smetaların tərtib edilməsi

bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi:

mühəndis sistemlərinin müayinəsi

baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver