Qanunvericilik › “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 15.10.2019) › Tam mətn

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 15.10.2019)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 15.10.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar naziri

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun olaraq hazırlanmışdır və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (bundan sonra - sistem) çıxarışlarının (bundan sonra – sistemin çıxarışları) uçotu qaydalarını müəyyən edir.

1.2. Sistemin çıxarışları - xüsusi ödəmə terminalları və internet vasitəsi ilə ödəniş aparılarkən (istənilən ödəniş alətindən (nağd pul, ödəniş kartları, bank hesabları və s.) istifadə edilməklə) sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir və dəmir yolu nəqliyyatı ilə sərnişindaşınması zamanı elektron gediş sənədi (bileti) kimi istifadə olunur.

1.3. Sistemin çıxarışları xüsusi ödəmə terminalları və internet vasitəsi ilə aparılan ödənişlərin təsdiqidir və onların oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir.

1.4. Sistemin çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.1. Sistemin çıxarışları ödəyicinin hansı ödəniş alətindən istifadə etməsindən asılı olmayaraq eyni formaya malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir:

2.1.1. Ölkədaxili istiqamətlərdə:

2.1.1.1. daşıyıcının adı və kodu;

2.1.1.2. sistemin adı;

2.1.1.3. mədaxil qəbzinin unikal nömrəsi;

2.1.1.4. qatarın nömrəsi və kateqoriyası;

2.1.1.5. vaqonun nömrəsi;

2.1.1.6. vaqonun tipi və ya sinifi;

2.1.1.7. vaqonda yerin nömrəsi (yerin seçilməsi nəzərdə tutulduqda);

2.1.1.8. sərnişinin yola düşmə stansiyası, tarixi və vaxtı;

2.1.1.9. sərnişinin təyinat stansiyası, çatma tarixi və vaxtı;

2.1.1.10. xidmət sinifi (tətbiq olunduqda);

2.1.1.11. sərnişinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi (yerin seçilməsi nəzərdə tutulduqda);

2.1.1.12. ödənişin məbləği (tam açıqlaması və cəmi göstərilməklə);

2.1.1.13. ödəniş vasitəsi;

2.1.2. Beynəlxalq istiqamətlərdə:

2.1.2.1. daşıyıcının adı və kodu;

2.1.2.2. sistemin adı;

2.1.2.3. mədaxil qəbzinin unikal nömrəsi;

2.1.2.4. sifarişin tarixi və vaxtı;

2.1.2.5. qatarın nömrəsi və kateqoriyası;

2.1.2.6. vaqonun nömrəsi;

2.1.2.7. vaqonun tipi və ya sinifi;

2.1.2.8. vaqonda yerin nömrəsi;

2.1.2.9. sərnişinin yola düşmə stansiyası, tarixi və vaxtı;

2.1.2.10. sərnişin təyinat stansiyası, çatma tarixi və vaxtı;

2.1.2.11. xidmət sinifi (tətbiq olunduqda);

2.1.2.12. sərnişin haqqında məlumat – soyadı, adı, atasının adı;

2.1.2.13. pasportun seriyası və nömrəsi;

2.1.2.14. ödənişin məbləği (tam açıqlaması və cəmi göstərilməklə);

2.1.2.15. ödəniş vasitəsi;

2.2. Əməliyyatların xarakterindən asılı olaraq sistemin çıxarışlarına əlavə rekvizitlər daxil edilir.

3.1. Sistemin çıxarışlarının uçotu sistemin məlumat bazasında avtomatlaşdırılmış qaydada aparılır.

3.2. Sistemin çıxarışlarının nömrələrinin sistemdə fərdiləşdirilməsi mərkəzləşdirilmiş qaydada təmin olunur.

3.3. Aparılan ödənişin təsdiqi barədə çıxarış dərhal və ya ödəyicinin müraciəti əsasında istənilən vaxt, o cümlədən təkrar əldə edilə bilər.

3.4. Sistem vasitəsi ilə aparılan ödənişlər haqqında məlumatlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

1. 23 sentyabr 2022-ci il tarixli KQ-12/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202209231222, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver