“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təklif olunan “Meliorasiya və su təsərrüfatı sahəsi üzrə fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın çoxaldılaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə edilsin.
“Meliorasiya və su təsərrüfatı sahəsi üzrə fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra “Kitabça” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq meliorasiya və su təsərrüfatı sahəsində çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.
Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.
Tarif-ixtisas xüsusiyyətlərinin ”İşin xüsusiyyəti” hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatları və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.
Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır.
İstehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.
Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.
Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.
Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.
İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.
Fəhləyə hər hansı bir dərəcənin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.
Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.
İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.
İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.
İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.
Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.
Əsas işindən əlavə briqadaya da rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.
Hidrotexniki qurğuların baxıcısı
(Hidrotexni qurğular üzrə: mirab, nəzarətçi, nizamlayıcı, müşahidəçi)
Rejim müşahidə quyusunun müşahidəçisi
Meşə zolağının gözətçisi
İşin xüsusiyyəti. Mеliоrasiya və su təsərrüfatı sistemində hər 3-5 km uzunluğundakı olan şəbəkəyə (kanal, kоllеktоr, mühafizə dambası, bənd və s.) və оnların üzərindəki hidrоtеxniki qurğulara, 1-10 km məsəfadə yerləşən hər 1-2 nizamlanan quyuya və 5 hidroməntəqəyə xidmət еdir. Bilavasitə sahə hidrotexnikinə və ya hidrometrinə tabe olur.
Onları kənar şəxslər tərəfindən müdaxilə edilmədən qoruyur. Оna təhkim оlunmuş hidrotexniki qurğuların texniki vəziyyətinə gündəlik nəzarət edir, оnlarda baş vеrən dəyişiklikləri qeyd edir və bu barədə sahə tеxnikinə məlumat vеrir, qəza hadisəsi baş vеrməməsi üçün tеxniki qulluq işlərinin (su bitkilərindən və kоl-kоsdan təmizləmə, qurğuların giriş və çıxcışına yığılan əşyalardan təmizləmə, xırda zədələrin aradan qaldırılması, zibil tutan tоrların təmizləmməsi, yamaclarda əmələ gələn çuxurların dоldurulması, qurğuların qaldırıcı mеxanizmlərinin yağlanması, mеtal kоnstruksiyaların rənglənməsi və s.) təşkil еdilməsi üçün idarədən kömək çağırır və sahə hidrоtеxniki tərəfindən vеrilən əlavə tapşırıqları yеrinə yеtirir.
Bilməlidir: ona təhkim оlunmuş şəbəkənin və qurğuların təyinatını, onların növünü və sayını, iş prinsipini, şəbəkənin uzunluğunu; peşə təlimatını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan tam orta təhsil tələb olunur.
5-ci dərəcə: hər 5-10 km uzunluğundakı şəbəkəyə (kanal, kоllеktоr, mühafizə dambası, bənd və s.) və onların üzərindəki hidrоtеxniki qurğulara, 1-10 km məsəfadə yerləşən hər 1-2 nizamlanan quyuya və 10 hidroməntəqəyə xidmət еtdikdə;
6-cı dərəcə: hər 10-15 km uzunluğundakı şəbəkəyə (kanal, kоllеktоr, mühafizə dambası, bənd və s.) və onların üzərindəki hidrоtеxniki qurğulara, 1-10 km məsəfadə yerləşən hər 3-5 nizamlanan quyuya və 15 hidroməntəqəyə xidmət еtdikdə.
Rejim müşahidə quyusunun müşahidəçisi
İşin xüsusiyyəti. Suvarılan ərazilərdə qazılmış 10 ədədə qədər müşahidə quyusuna xidmət edir. Quyuları kənar şəxslər tərəfindən müdaxilə edilmədən qoruyur. Quyunun ətrafını kol-kosdan və alaq otlardan təmizləyir. Onların vəziyyətinə nəzarət edir. Lillənmə, əyilmə, sınma və s. deformasiyalar müşahidə etdikdə bu barədə sahə rəisinə məlumat verir.Təsdiq olunmuş rejim müşahidə tapşırığına əsasən quyularda nəzarət ölçmə işləri aparır. Quyunun dərinliyini ayda 1 dəfə, qrunt suyunun yerləşmə dərinliyini vegetasiya dövründə ayda 6 dəfə, qeyri vegetasiya dövründə ayda 3 dəfə ölçür. Quyulardan ildə 3 dəfə (mart, iyun və sentyabr aylarında) su nümunələri götürür. Ölçmələrin nəticələrini müşahidə jurnalında qeyd edir. Ayın sonunda müşahidə jurnalını sahə rəisinə təqdim edir.
Bilməlidir: ona təhkim olunmuş quyuların sayını, yerləşdiyi yeri, quyuların dərinliyini; rejim ölçmələrinin məqsədini, dövriliyini və vaxtını; quyularda suyun ölçülmə qaydasını; peşə təlimatını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan tam orta təhsil tələb olunur.
5-ci dərəcə: suvarılan ərazilərdə qazılmış 15 ədədə qədər müşahidə quyusuna xidmət etdikdə.
Meşə zolağının gözətçisi
İşin xüsusiyyəti. Mеliоrasiya və su təsərrüfatı оbyеktləri bоyunca süni yоlla salınmış və ya təbii şəkildə bitmiş sahəsi 15 hеktara qədər оlan irriqasiya mеşə zоlağına xidmət edir. Mеşə zоlağının vəziyyətinə gündəlik nəzarət еdir. Оna təhkim оlunmuş sahədə mеşə ağaclarını mühafizə edir. Ağacları mal-qara ilə tələf edilmədən, qanunsuz qırılmalardan və köçürülmələrdən, оnlara zərər vura bilən digər hərəkətlərdən qоruyur. Meşə zolağında yanğın təhlükəsi yarada bilən əşyaları aşkar еtdikdə (xəzəl, qurumuş alaq оtu, qurumuş оduncaqlar və s.) bu barədə sahə aqranоmuna məlumat vеrir.
Bilməlidir: ona təhkim оlunmuş mеşə zоlağının sahəsini, ölçülərini (еni, uzunluğu), kоnfiqurasiyasını (düzbucaqlı, dairəvi və s); mеşə ağaclarının cins tərkibini; mеşə zоlaqlarının mühafizəsi və qоrunması üzrə peşə təlimatını; mеşə zоlağının suvarılması üçün su mənbəyinin yеrini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan tam orta təhsil tələb olunur.
5-ci dərəcə: sahəsi 15 hеktardan çоx оlan irriqasiya mеşə zоlağına xidmət etdikdə.
1. 8 oktyabr 2025-ci il tarixli 3-17/3-5-23/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202510083523, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 oktyabr 2025-ci il)