Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2024-cü il
Suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi vərəqi
Fövqəladə hallar zamanı suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə