Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 25 dekabr tarixli, iclasının protokoluna əsasən qərara alır:
2. Bu qərarın 1-ci bəndində göstərilən istiqamətlər üzrə daşınan hər 1 (bir) kiloqram yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər 30 qəpik səviyyəsində təsdiq edilsin.
3. Bu qərara müvafiq olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsi ilə daşınan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə güzəştlərin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunsun.
4. Bu qərar 2008-ci il 01 yanvar tarixindən qüvvəyə minir və ölkədaxili hava xətləri ilə sərnişin daşıma xidmətləri üzrə əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Sədri
Bakı şəhəri, 25 dekabr 2007-ci il