Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilsin.
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödənilsin.
3. “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması normaları” təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, bu Qərarın 1-ci və 2-ci hissələrinin icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 sentyabr 2020-ci il
Tünd göy rəngli isti gödəkcə
Tünd göy rəngli pencək
Tünd göy rəngli şalvar
Qara rəngli qayış (şalvar üçün)
Ağ rəngli qısaqol köynək
Ağ rəngli uzunqol köynək
Tünd göy rəngli qalstuk
Göy rəngli isti gödəkcə
Tünd göy rəngli pencək
Tünd göy rəngli şalvar
Tünd göy rəngli yubka
Qara rəngli qayış (şalvar və yubka üçün)
Ağ rəngli qısaqol köynək
Ağ rəngli uzunqol köynək