Qanunvericilik › Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2001) › Tam mətn

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2001)

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının birinci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”, “Akt kitablarının saxlanması qaydası və müddətləri” və “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları” təsdiq edilsin (əlavə olunur).

2. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərini dəyişmək, bərpa və ləğv etmək qaydasını, akt kitablarının saxlanması qaydasını və müddətlərini müəyyən edən Əsas qaydaların təsdiq olunması haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 10 dekabr tarixli, 1006 nömrəli qərarı barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 25 dekabr tarixli 403 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 mart 2001-ci il

Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir:

övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə;

nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə;

atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə;

atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda;

vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;

övladlığa götürmə ləğv edildikdə;

atalığın müəyyən edilməsi ləğv olunduqda;

vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə;

vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə;

vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir:

övladlığa götürmə barədə məhkəmənin qərarı;

nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi;

adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi;

yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi;

övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi;

atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi;

atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi;

ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi;

vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı;

cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi;

vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Cinsin dəyişməsi ilə əlaqədar olaraq ada, soyada və ata adına dəyişiklik edildikdə, ərizə, həmçinin cinsin dəyişməsi haqqında rəy vermiş tibb müəssisəsinin olduğu yerdə verilə bilər.

Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.

6. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır.

Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi və konsulluq idarələrinin rəhbəri tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər.

7. Başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə akt qeydlərində dəyişiklik edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir.

8. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq akt qeydi digər qeydiyyat şöbələrində və ya konsulluq idarələrində olduqda həmin akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

10. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

10-1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

10-2. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məhkəmə qətnamə-sindən çıxarışa əsasən aparıldıqda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir.

11. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişiklik haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə və daxili işlər orqanlarının müvafiq qurumlarına elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.

16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.

17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Ərizə sahibinin təqdim etdiyi (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərdə barəsində doğum haqqında akt qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

19. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itmiş akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

20. Rəy toplanmış bütün materiallarla birlikdə itmiş akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir.

22. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir.

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikahın pozulması haqqında akt qeydinin ləğv olunması onların birgə ərizəsinə əsasən nikahı pozmuş qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.

27. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.

28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

29. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

30. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir.

Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına və ləğv olunmasına əsas verən sənədlərin (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.

2. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilən sənədlər, habelə itmiş akt qeydi bərpa olunarkən və ya ləğv edilərkən əsas götürülmüş sənədlər, yoxlama materialları, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyləri qeydiyyat şöbələrində və konsulluq idarələrində 50 il müddətində saxlanılır.

3. Akt kitabları illər üzrə nömrələnərək ardıcıl yığılmaqla saxlanılır.

4. Göstərilən müddət keçdikdən sonra sənədlər, materiallar və qərarlar müəyyən olunmuş qaydada məhv edilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi forması 1 — 8 nömrəli əlavələrdə müəyyən olunan müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında qeyd edilir və forması 9 — 18 nömrəli əlavələrdə müəyyən olunan müvafiq şəhadətnamələr verir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları eyni formalı iki nüsxədən ibarətdir. Qeydiyyat aparıldıqdan sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının birinci nüsxəsi qeydiyyat şöbələrində və konsulluq idarələrində saxlanılır, ikinci nüsxə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə göndərilir.

Uşaq haqqında məlumat

«____» ___________________ il

Respublika (ölkə) ____________________________ rayon (şəhər) qəsəbə, kənd _______________________

Neçə uşaq doğulmuşdur

Uşaq diri və ya ölü doğulmuşdur

Yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla)

Uşağın doğumunu təsdiq edən sənədlər

Doğulduğu tarix «____» ____________ il

Yaşı: _________ yaşı tamam olmuşdur

Doğulduğu tarix «___» __________ il

Yaşı: _______ yaşı tamam olmuşdur

Şəxsiyyətini təsdiq edən sənədi ______ №____ «___» _______ il

Yaşayış yeri (ünvan dəqiq göstərilir)

respublika (ölkə) __________________

rayon (şəhər), qəsəbə, kənd ___________

küçə, bina, mənzil __________________ _____________ ildən daimi yaşayır

respublika (ölkə) _______________

rayon (şəhər), qəsəbə, kənd _______

küçə, bina, mənzil ______________ ___________ ildən daimi yaşayır

Təhsili (xətt çəkmək)

Ata haqqında qeydin əsasları:

a) nikah haqqında «___» _______ 20__ il tarixli _______ №-li akt qeydi, qeydə alındığı qeydiyyat orqanının adı ___________, şəhadətnamənin nömrəsi _________________

b) atalığı müəyyən etmək haqqında «___» _______ 20__ il tarixli ______ №-li akt qeydi, qeydə alındığı qeydiyyat orqanının adı __________________, şəhadətnamənin nömrəsi ______________

c) ananın «___» __________ 20__ il tarixli ərizəsi

Məlumat verənin soyadı, adı, atasının adı, ünvanı və imzası

Doğum qeydində iştirak edənlərin soyadı, adı, atasının adı və imzası

Şəhadətnamə verilmişdir: seriyası _____________ № ____________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Bərpa olunan haqqında akt qeydi

Doğulduğu tarix «____» __________________ il

Doğulduğu yer respublika (ölkə) _____________ rayon (şəhər), qəsəbə, kənd ______________

Yaşayış yeri respublika (ölkə) ____________ rayon (şəhər), qəsəbə, kənd _________ _________________________________ küçə, bina, mənzil _______________________________ ______________________________ ildən daimi yaşayır

Şəxsiyyətini təsdiq edən sənədi ______ № ____ «___» ______ il

Bərpa akt qeydinin əsasları

Şəhadətnamə verilmişdir: seriqası ____________ № ___________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Övladlığa götürülən haqqında məlumat

Övladlığa götürülməzdən əvvəl

Övladlığa götürüləndən sonra

Doğulduğu tarix «____» _________ il

Doğulduğu yer: respublika (ölkə) __________

rayon (şəhər), qəsəbə, kənd ________________

Doğum haqqında akt qeydinin tarixi və nömrəsi: «____» ___________________ il

akt qeydi № __________________

Valideyn haqqında məlumat

Doğulduğu tarix «____» _________ il

Şəxsiyyətini təsdiq edən sənədi ______ № _____ «___» _______il

Övladlığa götürən kişi haqqında məlumat

Övladlığa götürən qadın haqqında məlumat

Şəxsiyyətini təsdiq edən sənədi ______ № _____ «___» _______il

Doğulduğu tarix «___» ___________ il

Yaşayış yeri (ünvan dəqiq göstərilir)

respublika (ölkə) _______________ _______________________________

rayon (şəhər), qəsəbə, kənd _______ _______________________________

küçə, bina, mənzil ______________ _______________________________

respublika (ölkə) ___________ ____________________________

rayon (şəhər), qəsəbə, kənd _____ _____________________________

küçə, bina, mənzil ____________ _____________________________

Övladlığa götürənlər valideyn kimi yazılırmı

Övladlığa götürmə barədə ____________ rayon (şəhər) məhkəməsinin «__» _________ il tarixli _________________ nömrəli qətnaməsi

Övladlığa götürənlərin imzası

Şəhadətnamə verilmişdir: seriyası __________________ № ________________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Evlənənlər haqqında məlumatlar

Soyadı evlənənədək evlənəndən sonra

«___» ____________ 20___ il

Yaşı: __________ yaşı tamam olmuşdur

«___» ___________ 20___ il

Yaşı: _________ yaşı tamam olmuşdur

respublika (ölkə) __________ ___________________________

rayon (şəhər), qəsəbə, kənd __________________________

respublika (ölkə) __________ ___________________________

rayon (şəhər), qəsəbə, kənd _________________________

Təhsili (xətt çəkmək)

Ailə vəziyyəti (xətt çəkmək)

evlənməmiş, dul, boşanmış

ərə getməmiş, dul, boşanmış

Ümumi uşaqlar haqqında məlumat

Soyadı, adı, doğum tarixi

Soyadı, adı, doğum tarixi

Yaşayış yeri (ünvan dəqiq göstərilir)

respublika (ölkə) _________

rayon (şəhər), qəsəbə, kənd __________________________

küçə, bina, mənzil _________

respublika (ölkə) _________

rayon (şəhər), qəsəbə, kənd __________________________

küçə, bina, mənzil _________

Şəxsiyyəti təsdiq edən sənədlər

Evlənənlərin imzaları: evlənənədək evlənəndən sonra

Şahidlərin soyadı, adı, atasının adı, imzası

Şəhadətnamə verilmişdir: seriyası _______________ № ________________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Uşaq haqqında məlumatlar

Doğulduğu yer — respublika (ölkə) _________________________________________________

rayon (şəhər), qəsəbə, kənd _________________________________________________________

doğum haqqında akt qeydi № _______________ «___» _________________ 20____ il

Şəxsiyyətini təsdiq edən sənədi ______ № _____ «___» _______il

Atalıq müəyyən edildikdən sonra soyadı, adı və atasının adı

respublika (ölkə) __________ __________________________

rayon (şəhər), qəsəbə, kənd ___________________________

respublika (ölkə) _________ __________________________

rayon (şəhər), qəsəbə, kənd ___________________________

Valideynlərin şəxsiyyətlərini təsdiq edən sənədlər

Atalığı müəyyən etmək haqqında qeydin əsası

Valideynlərin «___» __________________ 20___ il tarixli birgə ərizələri

Ananın imzası _______________________ Atanın imzası ________________

Rayon (şəhər) məhkəməsinin «__» ______ 20___ il tarixli _________ nömrəli qətnaməsi

Ərizə verənin soyadı, adı, atasının adı, yaşadığı yer və imzası

Şəhadətnamə verilmişdir

seriya ___________________ № ______________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Doğulduğu tarix «___» ________________ il

Doğulduğu yer respublika (ölkə) ____________ rayon (şəhər), qəsəbə, kənd __________

Doğum haqqında akt qeydi: «___» ________________ № _________

Yaşayış yeri: respublika (ölkə) _____________ rayon (şəhər), qəsəbə, kənd ______ küçə, bina, mənzil ________________ «_____»______________________

Adın, ata adının və soyadın dəyişdirilməsinin əsasları

Şəxsiyyəti təsdiq edən sənədlər

Şəhadətnamə verilmişdir: seriyası ___________ № _____________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Nikahı pozulanlar haqqında məlumat

Soyadı nikah pozulanadək nikah pozulandan sonra

«___» ____________ 20___ il

Yaşı: _____ yaşı tamam olmuşdur

«___» ___________ 20___ il

Yaşı: _____ yaşı tamam olmuşdur

respublika (ölkə) _________ __________________________

rayon (şəhər), qəsəbə, kənd __________________________

küçə, bina, mənzil ___________

respublika (ölkə) ________ _________________________

rayon (şəhər), qəsəbə, kənd _________________________

küçə, bina, mənzil ________ ___

Təhsili (xətt çəkmək)

Nikahda olmuşdur (bir, təkrar)

«___» ________ il № _______

«___» ________ il № ______

Qohumluq əlaqəsi haqqında məlumat – (babası və (və ya) nənəsi ümumi olanlar)

Ləğv edilən nikah qeyd edilmişdir

Ər-arvadın “___” __________________ 20___ il tarixli birgə ərizəsi

Nikahın pozulması haqqında _____________________ rayon (şəhər) məhkəməsinin “___” ___________ 20___ il tarixli ___________ nömrəli qətnaməsi.

Qətnamənin qanuni qüvvəyə mindiyi tarix “___” ___________ 20___ il

18 yaşa qədər ümumi uşaqlarının sayı _______

Ərin (arvadın) xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə _________ rayon (şəhər) məhkəməsinin

“___” ___________ 20___ il tarixli ___________ nömrəli qətnaməsi.

Qətnamənin qanuni qüvvəyə mindiyi tarix “___” ___________ 20___ il

Şəxsiyyəti təsdiq edən sənədlər

Nikahı pozulanların imzası

Şəhadətnamə verilmişdir

seriya _______ № _______

seriya il _____ № _____

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Qeyd. Akt qeydinin 9-1-ci hissəsində nəzərdə tutulan məlumatlar yalnız 2025-ci il 1 iyuladək qeydə alınmış nikahların pozulması qeydə alınarkən göstərilir.

Şəxsiyyətini təsdiq edən sənədi ______ № _____ «___» _______il

Öldüyü tarix «___» _______________________ il

Öldüyü yer: respublika (ölkə) _____________ rayon (şəhər), qəsəbə, kənd ______________

Doğulduğu tarix və yer: «___» _______________ il respublika (ölkə) __________________

rayon (şəhər), qəsəbə, kənd ________________________________________________________

Yaşı: _______ yaşı tamam olmuşdur. Bir yaşadək uşaqlar üçün ________ ay ______ günü, həmçinin ananın neçənci _________ uşağı olduğunu göstərmək.

Ananın yaşı ________________________

Sonuncu yaşayış yeri: respublika (ölkə) _________ rayon (şəhər), qəsəbə, kənd ____ _______________________________ küçə, bina, mənzil ______________________________

Ailə vəziyyəti (xətt çəkmək) nikahda olmuş / nikahda olmamış / dul, boşanmış

Təhsili (xətt çəkmək)

Ölüm faktını təsdiq edən sənədlər

Xəbər verənin soyadı, adı, atasının adı

Şəhadətnamə verilmişdir seriyası _____________ № _______________

qeydiyyat orqanının vəzifəli şəxsi

mütəxəssis (kargüzar)

Qeyd.1. 1 yaşa qədər uşaqların ölümü haqqında akt qeydinin 5-ci və 10-cu bəndlərinə ölüm haqqında tibbi şəhadətnamədə anaya aid göstərilmiş məlumatlar yazılır.

Azərbaycan Respublikası

Doğum haqqında şəhadətnamə

Doğum haqqında şəhadətnamə

_________________________________

__________________________________________

__________________________________________

__________________________________________ rəqəm və sözlə ___________ doğulmuşdur.

Doğulduğu yer: şəhər, kənd, qəsəbə ____________ ___________________________________________

rayon _____________________________________ __________________________________________

Atası ____________________________________

___________________________________________

Milliyyəti ________________________________

Anası ____________________________________

___________________________________________

Milliyyəti ________________________________

Qeyd edilən yer _____________________________

Qeydiyyat orqanının adı __________ ___________________________ və _________________________ _______________ olduğu yer

Verildiyi tarix «___» ________ 20___ il

M.Y. qeydiyyat orqanının vəzifəli şəxsi

Azərbaycan Respublikası

Nikah haqqında şəhadətnamə

Nikah haqqında şəhadətnamə

Vətəndaş _________________________________

___________________________________________

«___» _______________________ ildə doğulmuş

doğulduğu yer ______________________________ __________________________________________

__________________________________________

və vətəndaş _______________________________

___________________________________________

«___» _______________________ ildə doğulmuş

doğulduğu yer ______________________________ __________________________________________

___________________________________________

bu barədə nikahın bağlanması haqqında akt qeydlər kitabında 20_____ ilin _____ ayının _______ günündə _____ № ilə qeyd edilmişdir.

Nikah bağlandıqdan sonra

Ərə _______________________________________ Arvada ___________________________________ soyadı verilmişdir

Qeyd edilən yer _____________________________

Qeydiyyat orqanının adı

___________________________________________

__________________________________________

Verildiyi tarix «___» ________ 20___ il

M.Y. qeydiyyat orqanının vəzifəli şəxsi

Vətəndaş ______________________________________________________________________________

_______________________________________________________________________________________

«____» _______________________ ildə doğulmuş doğulduğu yer _______________________________ _______________________________________________________________________________________

soyadını, adını, ata adını _____________________________________________________________ _________________________________________________________________ dəyişdirdi və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 20_____ ilin __________________________ ayının __________ günündə ____________ № ilə qeyd edilmişdir.

Qeyd edilən yer __________________________________________________________________________

Qeydiyyat orqanının adı

________________________________________________________________________________________

________________________________________________________________________________________

Verildiyi tarix «____» _______________ 20____il

qeydiyyat orqanının vəzifəli şəxsi

Vətəndaş _______________________________________________________________________________

________________________________________________________________________________________

«____» _______________________ ildə doğulmuş doğulduğu yer _______________________________

vətəndaş _______________________________________________________________________________

________________________________________________________________________________________

və vətəndaş _____________________________________________________________________________

___________________________________________________________________ tərəfindən övladlığa

götürülmüş və ona ________________________________ soyadı, __________________________ adı, _______________________________ ata adı verilmişdir.

Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 20 _____ ilin _________________ ayının ____________ günündə _____________________ № ilə qeyd edilmişdir.

Qeyd edilən yer __________________________________________________________________________

Qeydiyyat orqanının adı

________________________________________________________________________________________

________________________________________________________________________________________

Verildiyi tarix «____» _______________ 20____il

qeydiyyat orqanının vəzifəli şəxsi

Vətəndaş _______________________________________________________________________________

________________________________________________________________________________________

«____» _____________________________ ildə vətəndaş

________________________________________________________________________________________

_______________________________________________________________________________ doğulmuş

________________________________________________________________________________________

________________________________________________________________ atası hesab edilmişdir.

Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 20__________ ilin _________________________ ayının ________________ günündə _______ № ilə qeyd edilmişdir.

Qeyd edilən yer __________________________________________________________________________

Qeydiyyat orqanının adı

________________________________________________________________________________________

________________________________________________________________________________________

Verildiyi tarix «____» _______________ 20____il

qeydiyyat orqanının vəzifəli şəxsi

___________________________________________________________________________________

____________________________________________________________________________________________

və _________________________________________________________________________________

____________________________________________________________________________________________

nikahı ______________________________________________________________ əsasən pozulmuşdur.

Nikaha “___”__________ 20__ il tarixində xitam verilmişdir.

Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20______ ilin _________________ ayının ______________ günündə _______________________ № ilə qeyd edilmişdir.

Nikah pozulduqdan sonra

Kişiyə ____________________________________________________________________________________

Qadına __________________________________________________________________ soyadı verilmişdir.

Qeyd edilən yer ____________________________________________________________________________

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

Şəhadətnamə _____________________________________________________________________

________________________________________________________________________________ verilmişdir.

Verildiyi tarix «____» _______________ 20____il

qeydiyyat orqanının vəzifəli şəxsi

Vətəndaş _______________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

_________________________________________________________________________ ildə ölmüşdür.

Bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 20____ ilin _____________ ayının __________ günündə ___________ № ilə qeyd edilmişdir.

Ölümün səbəbi: _________________________________________________________________________

Öldüyü yer: şəhər, kənd __________________________________________________________________

rayon __________________________________________________________________________________

vilayət (ölkə) ___________________________________________________________________________

respublika _____________________________________________________________________________

Qeyd edilən yer __________________________________________________________________________

Qeydiyyat orqanının adı

_______________________________________________________________________________________

________________________________________________________________________________________

Verildiyi tarix «____» _______________ 20____il

qeydiyyat orqanının vəzifəli şəxsi

respublika (ölkə), şəhər (rayon), kənd (qəsəbə)

Fərdi identifikasiya nömrəsi

Fərdi identifikasiya nömrəsi

(Azərbaycan Respublikasının

vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)

Fərdi identifikasiya nömrəsi

(Azərbaycan Respublikasının

vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)

Doğumun qeydə alındığı tarix

Doğum haqqında akt qeydinin nömrəsi

Şəhadətnamənin qeydiyyat nömrəsi

Qeydə alan orqanın adı və vəzifəli şəxsi

(vəzifəsi, adı, soyadı)

Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.

respublika (ölkə), şəhər (rayon), kənd (qəsəbə)

Fərdi identifikasiya nömrəsi

(Azərbaycan Respublikasının

vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)

Ölən şəxsin doğulduğu tarix

Ölən şəxsin doğulduğu yer

respublika (ölkə), şəhər (rayon), kənd

Ölümün qeydə alındığı tarix

Ölüm haqqında akt qeydinin nömrəsi

Şəhadətnamənin qeydiyyat nömrəsi

Qeydə alan orqanın adı və vəzifəli şəxsi

(vəzifəsi, adı, soyadı)

Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.

respublika (ölkə), rayon (şəhər), kənd (qəsəbə)

Fərdi identifikasiya nömrəsi

Atalıq müəyyən edildikdən sonra

Fərdi identifikasiya nömrəsi

Fərdi identifikasiya nömrəsi

Atalığın müəyyən edilməsinin qeydə alındığı tarix

Atalığın müəyyən edilməsi haqqında akt qeydinin nömrəsi

Şəhadətnamənin nömrəsi

Qeydə alan orqanın adı

Şəhadətnaməni verən orqanın adı və vəzifəli şəxsi

(vəzifəsi, soyadı, adı)

Qeyd. Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2002-ci il tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2002-ci il tarixli 152 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2005-ci il tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 678)

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2006-cı il tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

6. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

7. 11 dekabr 2012-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 dekabr 2012-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1360)

8. 3 dekabr 2014-cü il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 dekabr 2014-cü il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1662)

9. 21 dekabr 2017-ci il tarixli 579 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2526)

10. 19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737)

11. 28 avqust 2019-cu il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1478)

12. 23 iyun 2020-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 804)

13. 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)

14. 2 dekabr 2020-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1584)

15. 27 oktyabr 2021-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2021-ci il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1185)

16. 15 iyul 2022-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 iyul 2022-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 820)

17. 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)

18. 27 iyul 2023-cü il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 29 iyul 2023-cü il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1082)

19. 21 oktyabr 2023-cü il tarixli 375 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 25 oktyabr 2023-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1455)

20. 5 sentyabr 2024-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 13 sentyabr 2024-cü il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1061)

21. 29 dekabr 2024-cü il tarixli 558 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1463)

22. 1 fevral 2025-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 5 fevral 2025-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 181)

23. 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1216)

24. 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 84)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver