Qanunvericilik › “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 06.03.2008) › Tam mətn

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 06.03.2008)

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 06.03.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının xüsusi rəmzinin təsis edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2008-ci il

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı (bundan sonra “Bayraq”) şərəf, ləyaqət və şöhrət rəmzi olmaqla Polis Akademiyasının hər bir əməkdaşına, kursantına və dinləyicisinə daxili işlər orqanlarının qəhrəmanlıq ənənələrini, Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən Vətəni mərdliklə müdafiə etmək, ölkənin Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək kimi müqəddəs borcunu xatırlatmaq üçündür.

2. Bayraq Polis Akademiyasına Azərbaycan Respublikasının Prezidenti adından təqdim edilir.

3. Polis Akademiyasının adının dəyişməsindən asılı olmayaraq, Bayraq Akademiyada həmişəlik qalır. Polis Akademiyasının adı dəyişdikdə, Bayrağın təqdim edilməsi zamanı verilən Azərbaycan Respublikası Prezidentinin Təqdimatına yazılır və Bayrağın üzərinə həkk olunur.

4. Bayrağın təqdim olunması, qorunması və saxlanılması qaydası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir.

5. Polis Akademiyasının bütün şəxsi heyəti Bayrağı mərdliklə, fədakarlıqla qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

6. Bayrağın qorunmasına Polis Akademiyasının rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.

Qumaşın üz tərəfi “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA” sözləri yazılır. Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).

Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ”, yaşıl zolağın ortasında “POLİS AKADEMİYASI” sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri”nin tələblərinə uyğun hündürlüyü 35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir (Şəkil 2).

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var. Qaytanın uzunluğu 200-210 sm-dir.

1. 6 dekabr 2016-cı il tarixli 1142 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 dekabr 2016-cı il, № 271; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2060)

2. 20 iyun 2024-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 21 iyun 2024-cü il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 676)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver