Qanunvericilik › Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.03.2002) › Tam mətn

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.03.2002)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.03.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2002-ci il № 677

1. Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

2. Döyüş Bayrağı, adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq, hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır.

3. Döyüş Bayrağı hər vaxt öz hissəsində, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.

4. Hərbi hissənin bütün şəxsi heyəti döyüş bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə «Azərbaycan uğrunda !» şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.

Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Daxili Qoşunların emblemi (hündürlüyü 55 sm) yerləşib. Emblem ağ ipəkdən tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rənglə «Daxili İşlər Nazirliyinin Daxili Qoşunları» sözləri tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.

Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda ipək sapla hərbi hissənin nömrəsi və adı tikilir. Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 sm olan girdə ağacdandır.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 270-285 sm-dir.

12 aprel 2004-cü il tarixli 49 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 229)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver