Qanunvericilik › Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 07.09.1992) › Tam mətn

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 07.09.1992)

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 07.09.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin statusu haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 may tarixli qərarına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman qüvvəyə mindiyi andan Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 1 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay ərzində nazirliklərin, dövlət komitələrinin və baş idarələrin normativ aktlarını nəzərdən keçirib, bu Əsasnamənin tələblərinə uyğunlaşdırmaq barədə təkliflər versin.

4. Əsasnamənin tələblərinə müvafiq olaraq zəruri ekoloji normativ aktlarının hazırlanması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılsın.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver