Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2012) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2012)

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.03.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 1 mart 2012-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 261.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) apardığı Reyestrə (bundan sonra - Reyestr) daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının (bundan sonra - kredit təşkilatları) müraciətlərinə baxılması məsələlərini tənzimləyir.

1.2. Gömrük Məcəlləsinə müvafiq olaraq, gömrük borcları bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və Reyestrə daxil edilmiş kredit təşkilatlarının qarantiyası ilə təmin olunur.

1.3. Gömrük orqanları yalnız bu Qayda ilə müəyyən edilmiş formada təqdim olunan qarantiyaları gömrük borcunun ödənilməsi təminatı kimi qəbul edir.

2.1. Kredit təşkilatının Reyestrə daxil olması üçün Komitəyə aşağıdakı sənədlər təqdim edilir:

2.1.1. Reyestrə daxil olmaq üçün ərizə (1 nömrəli əlavə);

2.1.2. son hesabat ilinə və tarixinə rəhbərinin və baş mühasibinin imzası, kredit təşkilatının möhürü ilə təsdiq edilmiş maliyyə hesabatları;

2.1.3. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın surəti;

2.1.4. bank qarantiyasını imzalamaq hüququ olan şəxslərin notarial qaydada təsdiq edilmiş imza və möhür nümunələri;

2.1.5. son kənar auditor yoxlamasının nəticələrinin surəti;

2.1.6. bankın son hesabat ilinə və tarixinə likvidlik və məcmu kapitala dair prudensial normativlərinin, bank olmayan kredit təşkilatının isə minimum nizamnamə kapitalı normativinin Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən müəyyən olunmuş tələblər səviyyəsində olması barədə məlumat.

2.1-1. Kredit təşkilatının Reyestrə daxil olması üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.2. Reyestrə daxil olmaq üçün kredit təşkilatının ərizəsinə bu məqsədlə Komitədə yaradılmış xüsusi Komissiya tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır.

3.1. Komitəyə təqdim edilən sənədlər tam və düzgün olduqda, habelə kredit təşkilatının prudensial normativlərin pozulmasına yol vermədiyi müəyyən edildikdə, kredit təşkilatının Reyestrə daxil edilməsi haqqında qərar qəbul edilir. Bu barədə qərar qəbul olunduğu gündən 2 (iki) iş günü müddətində Komitə tərəfindən ərizəçiyə məlumat verilir (2 nömrəli əlavə).

3.2. Reyestrə daxil edilməsi haqqında məlumat alan kredit təşkilatı Gömrük Məcəlləsinin 261.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş yığım məbləğini ödədiyi gündən sonrakı ayın 1-də Reyestrə daxil edilir və gömrük borclarını təmin etmək üçün qarantiya öhdəliyi vermək hüququnu əldə edir (3 nömrəli əlavə). Bu barədə kredit təşkilatına Reyestrdən çıxarış verilir (4 nömrəli əlavə).

3.3. Kredit təşkilatının təqdim etdiyi sənədlərin tam (bu Qaydanın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və düzgün olmadığı və ya onun prudensial tələblərə cavab vermədiyi müəyyən olunduqda, Komitə kredit təşkilatını Reyestrə daxil etməkdən imtina edir və bu barədə ərizəçiyə məlumat verilir (5 nömrəli əlavə).

3.4. Kredit təşkilatının Reyestrə daxil edilməsi ilə bağlı təkrar müraciətinə imtinanın səbəbləri aradan qaldırıldıqdan sonra baxılır.

4.1. Reyestrə daxil edilmiş kredit təşkilatı aşağıdakı vəzifələri daşıyır:

4.1.1. borclu şəxs bank qarantiyası ilə təmin edilmiş gömrük borclarını vaxtında ödəmədikdə, gömrük orqanının təqdim etdiyi hesaba əsasən bank qarantiyası ilə təmin etdiyi məbləği 10 (on) iş günü müddətində öz vəsaiti hesabına ödəmək;

4.1.2. hər rüb üzrə növbəti rübün ikinci ayının 1-dən gec olmayaraq, prudensial normativlərin yerinə yetirilməsi barədə məlumatı Komitəyə təqdim etmək;

4.1.3. Qanunla müəyyən edilən hesabat müddətindən 10 (on) iş günü ərzində özünün illik maliyyə hesabatlarını Komitəyə təqdim etmək.

4.2. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirməyən kredit təşkilatları Gömrük Məcəlləsinin 261.4-cü maddəsinə əsasən, Komitənin qərarı ilə Reyestrdən çıxarılır və bu barədə kredit təşkilatına məlumat verilir (6 nömrəli əlavə). Bu zaman Reyestrə daxil olmaq üçün ödənilmiş yığım Gömrük Məcəlləsinin 261.5-ci maddəsinə əsasən geri qaytarılmır.

4.3. Komitə kredit təşkilatının Reyestrdən çıxarılması barədə 3 (üç) iş günü ərzində Mərkəzi Bankına yazılı məlumat verir.

4.4. Kredit təşkilatı Reyestrdən çıxarılan günə qədər təqdim etdiyi qarantiya üzrə öhdəliklərinin tam və vaxtında icrasına görə məsuliyyət daşıyır.

5.1. Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilir.

məcmu kapitalın 1 faizindən çox olmamaqla

məcmu kapitalın 10 faizindən çox olmamaqla

Bank olmayan kredit təşkilatları

nizamnamə kapitalının 0,5 faizindən çox olmamaqla

nizamnamə kapitalının 3 faizindən çox olmamaqla

6.1. Reyestrdən çıxarılmış kredit təşkilatı bu Qaydanın tələblərinə uyğun olaraq, yenidən Reyestrə daxil edilməsi ilə bağlı bir il keçdikdən sonra müraciət edə bilər.

6.2. Banklar və bank olmayan kredit təşkilatlarının Reyestri bu Qaydaya uyğun olaraq aparılır və Komitənin internet saytında yerləşdirilir (7 nömrəli əlavə).

_____________________________________________________________________________

Sizdən xahiş edir ki, onu Reyestrə daxil edəsiniz.

Kredit təşkilatı verdiyi qarantiya öhdəliyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tələblərini yerinə yetirməyi öz öhdəsinə götürür.

Reyestrə daxil edilmək üçün zəruri sənədlər əlavə olunur.

Kredit təşkilatı xahiş edir ki, Reyestrə kredit təşkilatının aşağıdakı filiallarını da daxil edəsiniz.

Kredit təşkilatı filiallarının verdiyi bütün qarantiyalara görə tam məsuliyyəti öz üzərinə götürür.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

_____________________________________________________________________________

birlikdə ________________ Reyestrə daxil edilməsi barədə qərar qəbul etmişdir.

__________________________________________manat yığım ödənildiyi halda

_____________________________________________________________________________

Gömrük orqanları qarşısında qarant kimi çıxış etmək hüququ əldə edəcəkdir.

_______________(imza)

_____________________________________________________________________________

_____________________________________________________________________________

bununla təminat verir ki, 20 __ il “___” _______________ tarixli ________ №-li

müqaviləyə _____________________________________________ tərəfindən idxal (ixrac)

olunmuş ____________________________________ məbləğində mal üçün hesablanmış

___________________________________________________________________ məbləğdə

gömrük borclarını, ödəniş sərəncamı icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq

_____________________________________________________________________________

__________________ №-li hesabına köçürülməsini təmin edəcəkdir.

Qarantiya öhdəliyi ilə təmin olunmuş məbləğ göstərilən müddətdə müəssisə tərəfindən ödənilməzsə, bu zaman kredit təşkilatı həmin vəsaiti öz vəsaiti hesabına ödəməyi öhdəsinə götürür.

Bu qarantiya məktubuna əsasən gömrük ödənişləri vaxtında ödənilmədikdə, kredit təşkilatı gömrük orqanlarına qarantiya öhdəliyində göstərilən məbləğlə yanaşı, Gömrük Məcəlləsinin 247.3-cü maddəsinə əsasən hər gecikdirilmiş gün üçün 0,1 faiz dəbbə pulu ödəyəcəyinə də zəmanət verir.

Bu qarantiya öhdəliyi malın gömrük rəsmiləşdirilməsindən keçdiyi andan gömrük borclarının ödənildiyi anadək qüvvədədir.

_______________(imza)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

_____________________________________________________________________________

aşağıdakı filialları ilə birlikdə:

________tarixdə Reyestrə_________ nömrə ilə daxil etmişdir.

__________________________________________

20 ___il “____” _________ tarixindən gömrük orqanları qarşısında qarant

kimi çıxış edə bilər.

Azərbaycan Respublikasının

Dövlət Gömrük Komitəsi

________________(imza)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

_____________________________________________________________________________

Reyestrə daxil etməkdən imtina edir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bildirir ki, __________________

_____________________________________________________________________________

filialları ilə birlikdə ___________________________________________________________

Reyestrdən çıxarılmışdır.

1. 22 noyabr 2016-cı il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2016-cı il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1964)

2. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

3. 31 mart 2022-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 291)

4. 18 fevral 2023-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 22 fevral 2023-cü il, “Xalq” qəzeti, 24 fevral 2023-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 317)

5. 27 mart 2024-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 mart 2024-cü il, “Xalq” qəzeti, 31 mart 2024-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 359)

6. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver