1. Azərbaycan Respublikasının suverenliyini, dövlət təhlükəsizliyini və ərazi bütövlüyünün qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi yaradılsın.
II. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil olur:
1) Azərbaycan Respublikası Ali Sovetinin sədri;
2) Azərbaycan Respublikasının Baş naziri;
3) Azərbaycan Respublikasının müdafiə naziri;
4) Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
5) Azərbaycan Respublikasının daxili işlər naziri;
6) Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi;
7) Bakı şəhəri İcra hakimiyyətinin başçısı;
8) Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən təklif olunmuş 4 nümayəndə.
III. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
IV. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.
V. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin qorunması sahəsində dövlət siyasətini müəyyənləşdirir və hökumətin həmin siyasəti həyata keçirməsinə nəzarət edir.
VI. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin fəaliyyəti bu Qanun və Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi statusu haqqında Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi Əsasnamə ilə nizama salınır.
VII. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 12 mart 1992-ci il.