Qanunvericilik › Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 01.07.2020) › Tam mətn

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 01.07.2020)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 01.07.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 78 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il

Telekommunikasiya xidmətləri:

İP-telefoniya (internet telefoniya)

ölkədaxili telekommunikasiya kanallarının təşkili

Maye və təbii qaz təsərrüfatı obyektlərinin:

Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri:

mühəndis-geoloji axtarış

mühəndis-hidrogeoloji axtarış

qruntların laboratoriya tədqiqatı

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri:

xüsusi torpaq işləri: ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi

beton və dəmir-beton konstruksiyaların quraşdırılması

metal konstruksiyaların quraşdırılması

ağac konstruksiyaların quraşdırılması

mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

dambaların (torpaq bəndlərin) tikintisi

yol tikintisi: avtomobil yolları

xüsusi qurğuların tikintisi və quraşdırılması:

rezervuarlar və qazholderlər (qaz anbarları)

elektrik ötürücü xətləri

sənaye obyektlərinin tikintisi:

aşırımı 24 metr və daha çox

hündürlüyü 65 metrədək

tutumu 5 min nəfərədək

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə

İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması

Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi

Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”

Qazın istehsalına və təbii qazın emalına icazə

Qazın nəqli üçün icazə

Qazın paylanmasına icazə

Qazın saxlanmasına icazə

Sənaye qaz qurğusunun istismarına icazə

Neft və qaz yataqlarının kəşfiyyatına icazə

Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə

Neft və neft məhsullarının emalına icazə

Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə

diametri 1000 mm-dən artıq olan magistral (neft və qaz) boru kəmərləri

neft emalı maddələrinin istehsalı zavodları

həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları

maye qaz, neft və neft məhsullarının rezervuar parkları

həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər (qaz anbarları)

dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları

gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar

dövlət əhəmiyyətli hidrotexniki qurğular

sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları

hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular)

Xəzər dənizi akvatoriyasında inşa edilən obyektlər

dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular

Tikinti obyektinin istismarına icazə:

diametri 1000 mm-dən artıq olan maqistral (neft və qaz) boru kəmərləri

neft emalı maddələrinin istehsalı zavodları

həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları

maye qaz, neft və neft məhsullarının rezervuar parkları

həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər (qaz anbarları)

dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları

gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar

dövlət əhəmiyyətli hidrotexniki qurğular

sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları

hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular)

Xəzər dənizi akvatoriyasında inşa edilən obyektlər

dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular

1. 13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728)

2. 14 noyabr 2023-cü il tarixli 2351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 15 noyabr 2023-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1505)

3. 19 avqust 2025-ci il tarixli 486 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 21 avqust 2025-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 771)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver