"Dövlət qeydiyyatına alınmışdır."
Azərbaycan Respublikasının
"18" noyabr 2005-ci il
Nazir________ Fikrət Məmmədov
Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin rəisi
"04" noyabr 2005-ci il
Rəis_________ Elçin Quliyev
1. Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın 1-6 nömrəli normaları (bundan sonra normalar) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (bundan sonra DSX hərbi qulluqçuları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
3. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən DSX hərbi qulluqçularına hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası bu Qaydanın 1-ci bəndində göstərilmiş normalara uyğun olaraq ödənilir.
4. Bu Qaydanın 3-cü bəndinə əsasən hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsinə icazə verilən DSX hərbi qulluqçularının kateqoriya və vəzifələrinin siyahısı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı tərəfindən müvafiq əmrlə təsdiq edilir.
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində bu Qaydaya əsasən hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı tərəfindən təsdiq edilən hərbi geyim və əşya əmlakının bir nəfər üçün müəyyən edilən qiymət cədvəli ilə hesablanır.
Cari il üçün hərbi geyim və əşya əmlakının qiymət cədvəli hərbi geyim və əşya əmlakının alınması məqsədilə mövcud qanunvericiliyin müddəalarına əsasən keçirilmiş sonuncu satın-almanın nəticələrindən asılı olaraq bağlanmış müqavilələrdə göstərilən qiymətlərə müvafiq tərtib edilir.
6. Cari ildə geyilmə müddəti başa çatmış hərbi geyim və əşya əmlakının bu Qaydanın 1-ci bəndində göstərilmiş normalara uyğun olaraq yeni hərbi geyim və əşya əmlakı ilə əvəz olunması tarixinə hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanının müvafiq əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilir.
7. Hərbi geyim və əşya əmlakının tərkibinə daxil olan əşyaların hər biri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödəniş cədvəlində ayrıca göstərilməklə müəyyən edilmiş qaydada hesablanır və DSX hərbi qulluqçusuna ödənilir. Hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödəniş cədvəlinin nümunəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanının müvafiq əmri ilə təsdiq edilir.
8. Tam yararlı geyim forması dəsti olmayan, ilk hərbi rütbə alan və yenidən attestasiya olunan DSX hərbi qulluqçularına bu Qaydaya əsasən hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilmir.
9. DSX hərbi qulluqçusu vəfat etdikdə onun vəfat etdiyi günə bu Qayda ilə müəyyən edilən şərtlər nəzərə alınmaqla hesablanmış hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası onunla birgə yaşamış ailə üzvlərinə və ya əmək qabiliyyəti olmadığına görə onun himayəsində olmuş şəxslərə müvafiq qaydada bir dəfə ödənilir.