Qanunvericilik › Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.1993) › Tam mətn

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.1993)

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.1993) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 noyabr tarixli 560 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin və Gömrük Komitəsinin birgə hazırladığı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti məntəqələrinin haqqında əsasnamə” (1 nömrəli əlavə) təsdiq edilsin.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırladığı “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi qaydaları” (3 nömrəli əlavə) təsdiq edilsin.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırladığı “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi qaydaları” (5 nömrəli əlavə) və “Xarici dövlətlərin hərbi gəmiləri Azərbaycan Respublikasının ərazi və daxili sularında aşkar edildikdə hərbi dəniz donanmasının hərbi gəmiləri və katerləri tərəfindən silah və döyüş texnikasının tətbiq edilməsi qaydaları” (6 nömrəli əlavə) təsdiq edilsin.

Baş nazirin səlahiyyətlərini icra edən Ə. MƏSİMOV

Bakı şəhəri, 9 mart 1993-cü il

Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, mallar və nəqliyyat vasitələri üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd və gömrük nəzarəti həyata keçirilir. Bu məqsədlə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd mühafizəsi orqanlarının nəzarət buraxılış məntəqələri və gömrük idarələri (postları) yaradılır.

Dövlət sərhədindən buraxılış məntəqələrinin ərazisi sərhəd mühafizəsi orqanları tərəfindən müəyyən edilir. sərhəd nəzarəti məntəqələrinin funksiyalarına buraxılış məntəqələrində dövlət sərhədinin mühafizəsi, sərhəd nəzarəti, Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin buraxılışı daxildir.

Yüklərin və başqa əmlakın gömrük nəzarəti zonasının ərazisinə keçirilməsi və ya bu ərazinin hüdudlarından kənara çıxarılması gömrük orqanlarının nəzarəti altında həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin olması və hərəkət etməsi qaydası, habelə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması ilə bağlı digər fəaliyyət qaydasını tənzimləyən rejim sərhəd mühafizəsi orqanları tərəfindən gömrük orqanları ilə razılaşdırılmaqla müəyyən edilir.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim sərhəd mühafizəsi orqanları və gömrük orqanları tərəfindən təmin edilir.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində nəzarəti və onların dövlət sərhədindən buraxılmasını həyata keçirərkən sərhəd nəzarəti məntəqələri və gömrük orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, Azərbaycan Respublikası qanunvericiliyini, müvafiq nazirlik və idarələrin normativ aktlarını (əmr və sərəncamlarını), bu Əsasnaməni rəhbər tuturlar.

Dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliklə müəyyən olunmuş qaydada eyni zamanda ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" - buraxılış sistemləri tətbiq olunur.

Sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Sərhəd nəzarəti Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti-operativ fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətə aşağıdakılar daxildir:

- Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanması;

- əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;

- zəruri olduqda nəqliyyat vasitələrinin müşayiət edilməsi;

- Azərbaycan Respublikasına gəlməsi qadağan olunmuş şəxslər üzərində nəzarət;

Sərhəd nəzarəti operativ və rejimin təmin edilməsi üçün nəzərdə tutulmuş digər tədbirlərlə qarşılıqlı şəkildə həyata keçirilir.

Sərhədkeçmə nəzarəti həyata keçirilərkən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir.

Sərhəd nəzarəti məntəqələrinin vəzifələri aşağıdakılardan ibarətdir:

- xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınlarını dəf etmək, dövlət sərhədində silahlı və digər fitnələrin qarşısını almaq, əhalini, dövlət mülkiyyətini, vətəndaşların mülkiyyətini cinayətkar qəsdlərdən qorumaq;

- şəxslərin qanunsuz üsullarla Azərbaycan Respublikası dövlət sərhədini keçməsinin qarşısını almaq və buna yol verməmək, sərhədi pozanları aşkar etmək və tutub saxlamaq;

- Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən şəxslərin buraxılmasını həyata keçirmək;

- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını müstəqil surətdə və ya gömrük orqanları ilə birlikdə almaq;

- Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində qoyulmuş rejiminə əməl olunmasına müstəqil surətdə və ya gömrük orqanları, beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarının (aerodromların), sərhəd boyu dəmir yolu stansiyalarının, dəniz limanlarının, beynəlxalq avtomobil daşınması bölmələrinin müdiriyyəti ilə birlikdə nəzarət etmək;

- dövlət sərhədindən keçən şəxslər tərəfindən həyata keçirilən düşmənçilik fəaliyyətini dövlət təhlükəsizliyi orqanları ilə birlikdə, zəruri olan hallarda gömrük orqanları ilə qarşılıqlı əlaqədə aşkar etmək və qarşısını almaq, əməliyyat üçün maraq kəsb edən şəxslərə münasibətdə məlumatları sonrakı istifadə üçün toplamaq və öyrənmək;

- dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə, nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə əməliyyat tapşırıqlarını yerinə yetirmək;

- Azərbaycan Respublikasının dövlət sərhəd rejimi məsələlərində Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

- buraxılış məntəqələrində xüsusi vəkil edilmiş Azərbaycan Respublikası dövlət orqanlarına təbii mühiti çirklənməkdən mühafizə işində lazımi kömək göstərmək.

Sərhəd nəzarəti məntəqələrinin hüquqları aşağıdakılardan ibarətdir:

- Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədləri yoxlamaq, həmin sənədlərdə müvafiq qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti almaq;

- Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədləri olmayan şəxsləri onlar dövlət sərhədindən keçmək hüququna dair sənədləri lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə olduqları dövrdə öz sənədlərini itirməsi halları dəqiqləşdirilənədək və onların şəxsiyyəti müəyyən edilənədək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxmamaq;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin normativ aktları ilə müəyyən edilmiş qaydada və sərhəd mühafizəsi orqanlarının səlahiyyətləri həddində operativ fəaliyyəti həyata keçirmək;

- dövlət sərhədindən keçən şəxslərin üzərində odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək;

- Azərbaycan Respublikası dövlət sərhədinin pozulması ilə əlaqədar işlər üzrə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə təhqiqat aparmaq — lazımi operativ-axtarış tədbirləri görmək, sərhədi pozanları tutmaq, yoxlamaq, axtarmaq, dindirmək və digər zəruri istintaq tədbirləri görmək;

- Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimi pozmuş şəxsləri qanunla müəyyən edilmiş qaydada və müddətdə inzibati qaydada tutmaq, habelə onlarda olan əşyaları yoxlamaq və lazım olduqda almaq;

- inzibati qaydada tutulan şəxsləri tutulmuşlar üçün kameralarda və ya xüsusi olaraq bu məqsədlər üçün düzəldilmiş başqa binalarda saxlamaq. Şəxsin inzibati qaydada tutulmasının, üst-başının yoxlanmasının, onda olan əşyanın yoxlanmasının və alınmasının hər bir halı haqqında protokol tərtib edilir;

- Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimin pozulması hallarının aydınlaşdırılması üçün şəxsləri sərhəd nəzarəti məntəqələrinə dəvət etmək, zəruri olduqda həmin pozulma halları başqa yerlərdə də aydınlaşdırıla bilər;

- şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;

- əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılmasını təmin etmək;

- dövlət sərhədindən qanunsuz keçirilən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı, odlu silah və döyüş sursatını, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarını, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialları və avadanlıqları, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaları götürmək;

- Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malı Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusunun ağırlığı və halları nəzərə alınmaqla həll etmək;

- gömrük orqanları ilə razılaşdırılmaqla buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin həyata keçirildiyi binaları və digər yerləri müəyyən etmək və kənar şəxslərin həmin yerlərə gəlməsinə yol verməmək, Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməyin qarşısının alınması məqsədi ilə orada əlavə rejim qaydaları qoymaq;

- xaricə gedən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini gömrük orqanları və digər əlaqədar müəssisə, idarə və təşkilatlar ilə birlikdə müəyyən etmək;

- Azərbaycan Respublikasının ərazi və daxili sularında üzərkən və olarkən, habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol verilmiş xarici gəmilərin heyət üzvlərinin və gəmilərdə olan digər şəxslərin sahilə çıxmasını və sahildə olmasını qadağan etmək;

- cinayət törətmiş və Azərbaycan Respublikasının qanunlarına görə cinayət məsuliyyəti daşımalı olan şəxsləri gəmidən düşürmək və tutmaq, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, həmin şəxsləri təhqiqat və istintaq orqanlarına təhvil vermək;

- müəyyən edilmiş qaydada həmsərhəd dövlətlərin sərhəd nəzarəti məntəqələri ilə əlaqə saxlamaq və onlarla qarşılıqlı fəaliyyət göstərmək.

Şəxslərin, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışını sərhəd nəzarəti məntəqələri gömrük orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.

Şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı üzrə funksional fəaliyyətin qaydaları və ardıcıllığı (texnoloji sxem) gömrük orqanları və digər əlaqədar idarə, müəssisə və təşkilatlarla razılaşdırılmaqla sərhəd mühafizəsi orqanları tərəfindən müəyyən edilir.

Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı sərhəd nəzarəti məntəqələri tərəfindən Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədlər olduqda həyata keçirilir.

Nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı sərhəd nəzarəti məntəqələrindən gömrük nəzarətindən sonra həyata keçirilir.

Sərhəd nəzarəti məntəqələri Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın dövlət sərhədindən buraxılışının heç bir əsas olmadan yubadılmasına yol verməməlidirlər.

Azərbaycan Respublikasının və ya xarici dövlətin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda təhlükəli sahələrdə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər, yaxud da Azərbaycan Respublikasının dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin materialları, heyvan və bitki mənşəli digər məhsullar üçün karantin qoyula bilər. Bu barədə sərhəd nəzarəti məntəqələri Dövlət Sərhəd Xidmətindən müvafiq göstəriş alırlar.

Ayrı-ayrı hallarda (operativ, zərurət, qoşunların dislokasiya yerlərinin dəyişdirilməsi, Azərbaycan Respublikasına və xarici dövlətə mənsub hava gəmilərinin liter reysləri və s.) Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışının xüsusi qaydası müəyyən edilə bilər. Bu barədə sərhəd nəzarəti məntəqələri Dövlət Sərhəd Xidmətindən müvafiq göstəriş alırlar.

1.1. Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi xarici ölkələrdən respublika ərazisinə vəba, taun, sarı qızdırma (karantin xəstəliyi), viruslu kontagioz, hemorragik qızdırma (Lasso qızdırması, Marburq xəstəliyi, Ebol qızdırması), malyariya və ağcaqanadla keçən insan üçün qorxulu digər yoluxucu xəstəliklər (Denqe qızdırması, Çikunqun, Rift düzənliyi, Qərbi Nil at ensefalomiyeliti, Qərbi Amerika, Şərqi Amerika, Venesuela, Yapon, Kaliforniya, Sent Luis, Murrey düzənliyi ensefalitləri), qazanılmış immuno-defisit sindromu xəstəliklərinin gətirilmə və yayılma qarşısının alınması, aşkar edilməsi, onların lokalizasiyası və ləğvi üzrə ümumi sistemli dövlət tədbirlərindən ibarətdir. Xəstəliklər baş verdiyi hallarda Qaydalarda nəzərdə tutulmamış tədbirlər, o cümlədən xarici ölkə vətəndaşları və ya nəqliyyat vasitələri haqqında tədbirlər respublika ərazisində qanunvericiliyə uyğun olan əmr, təlimat və metodik göstərişlərə əsasən aparılır.

1.2. Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi tədbirlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) həyata keçirir, sanitariya-epidemioloji xidmət müəssisələrinin fəaliyyətini əlaqələndirir və onların işinə nəzarət edir.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sanitariya nəzarətini gömrük orqanları həyata keçirirlər və öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirliklə əlaqələndirirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirir.

1.3. Respublika şəhər, rayon sanitariya-epidemioloji xidmət müəssisələri xidmət etdikləri ərazidə sanitar mühafizə tədbirlərinin yerinə yetirilməsi üzərində dövlət sanitar nəzarətini həyata keçirir.

1.4. Nazirliyin ərazinin sanitar mühafizəsinə aid məsələlər üzrə qərar və tədbirlərinə bütün nazirliklər, dövlət və kooperativ təşkilatları, kolxoz, sovxoz, digər kənd təsərrüfatı orqanları, vəzifəli şəxslər, vətəndaşlar, əcnəbilər, beynəlxalq xarici təşkilat və müəssisələr tərəfindən əməl edilməlidir.

1.5. Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi tədbirləri idarələrarası tədbirlər olmaqla, həmin inzibati ərazinin sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən hazırlanır.

1.6. Nazirlik qəbul edilmiş qaydada respublikada və xarici ölkələrdə epidemioloji vəziyyətin dəyişməsi haqqında tibb müəssisələrinə və gömrük orqanlarına məlumat verir.

1.7. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi” Qaydaları ilə reqlamentləşdirilmiş xəstəliklər əvvəllər qeydə alınmayan xarici ölkə ərazisində baş verdikdə, onun miqdarı və yerli hakimiyyət orqanlarının apardıqları tədbirlər haqqında respublika səfirlikləri Nazirliyə məlumat verməlidir.

1.8. Nazirlik xaricə gedən vətəndaşlara müvafiq profilaktik peyvənd edilməsi lazım gələn ölkələri müəyyənləşdirir və bu haqda sanitariya-epidemioloji xidmət müəssisələrinə və gömrük orqanlarına məlumat verir.

1.9. Nazirlik yoluxucu xəstəliklərə beynəlxalq epidemioloji nəzarət və beynəlxalq tibbi sanitar qaydalarına riayət edilməsi məqsədilə xarici ölkələrlə müəyyən olunmuş qaydada əlaqə yaradır. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi” Qaydaları ilə reqlamentləşdirilmiş xəstəliklərin Azərbaycan Respublikasında qeydə alınması haqqında Beynəlxalq Səhiyyə Təşkilatına, diplomatik missiyalara, xarici ölkə səfirliklərinə məlumat verir.

1.10. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi” Qaydaları həyata keçirilərkən tələblərə əməl edilmədikdə respublikaya və respublikadan kənara vətəndaşların və əcnəbilərin gediş-gəlişi, poçt göndərişi, yük daşınması qadağan oluna bilər. Bu halda qayda pozanlar dövlət qanunlarına əsasən inzibati intizam və cinayət məsuliyyətinə cəlb edilir.

1.11. Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi kompleks şəkildə təşkilati, sanitar gigiyenik, müalicə-profilaktik və epidemiya əleyhinə tədbirlərdən ibarət olub, beynəlxalq əlaqələr zamanı bütün nəqliyyat növlərində, dövlət sərhədinin buraxılış məntəqələrində və ölkənin bütün ərazisində aparılır.

1.12. Azərbaycan Respublikası və ya xarici ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərin yayılma qorxusu olduqda şəxslərin, yük, heyvan və s. sərhəddən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə məhdudlaşdırıla və ya dayandırıla bilər. Belə hallarda sərhədi keçən şəxslər, yük, heyvan və s. üçün karantin qaydası qoyula bilər.

2.1. Dəniz donanması, dəmiryol nəqliyyatı, mülki aviasiya, balıq sənayesi, avtomobil nəqliyyatı şirkətləri, onların yerlərdəki təşkilat, müəssisə və idarələri, nəqliyyat vasitələrinin sahibləri və müdiriyyəti tərəfindən aşağıdakılar təmin edilməlidir:

- xaricə gedən Azərbaycan Respublikası nəqliyyat vasitələrinin epidemiya əleyhinə hazırlığı;

- nəqliyyat vasitələri heyətinin (briqadasının) Qaydalarla reqlamentləşdirilmiş xəstəliklərin profilaktikası, mübarizə qaydaları haqqında xüsusi hazırlığı (hazırlıq Nazirlik, dəmiryol tibbi sanitar xidməti idarələri tərəfindən aparılır);

- heyət üzvlərinin (briqada), sərnişinlərin keyfiyyətli içməli su ilə təchizi;

- nəqliyyat vasitələrinə, limana və onun ərazisindəki obyektlərə gəmirici və həşəratların daxil olmasından mühafizə, reysdə (hava, dəniz, çay gəmilərində, dəmiryol qatarlarında) göstəriş üzrə deratizasiya və dezinseksiya aparılması.

2.2. Aidiyyəti qurumlar nəqliyyat vasitələri heyət üzvlərini (briqadanı) və sərnişinləri keyfiyyətli qida məhsulları ilə təmin etməlidirlər.

2.3. Hava gəmilərinin komandirləri və sərnişin qatarlarının rəisləri yoluxucu xəstəliklər və ya onlara şübhə yarandıqda, habelə ölü gəmiricilər aşkara çıxarıldıqda tabe olduğu müdiriyyətə (dəniz, çay, hava, liman) dövlət sanitariya nəzarəti orqanlarına nəqliyyatın olduğu yeri göstərməklə heyət üzvləri, sərnişinlər haqqında əldə etdiyi məlumatı dərhal çatdırmalı, yolda olduğu müddətdə belə hallar baş verərsə, epidemiya əleyhinə tədbirlər aparmalı, xəstəni təcrid etməli, dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirməli, tutulmuş (və ya təsadüfən ölmüş) gəmiricilərin yığılmasını, saxlanılmasını, limana çatdırılmasını təmin etməlidirlər.

2.4. Nəqliyyat vasitələrində sanitariya nəzarətinə aşağıdakılar daxildir:

- dəniz tibbi sanitar deklarasiyasının, hava gəmisinin ümumi deklarasiyası tibbi sanitar hissəsinin deratizasiya və deratizasiyadan azad olma şəhadətnaməsinin yoxlanılması;

- nəqliyyat vasitələrinin yüklər əlavə edilməklə konteynerlərin və lixterlərin yoxlanılması.

Konteyner və lixterlər sahibləri olan zaman və ya onların tamlığı pozulan zaman sanitariya nəzarətindən keçirilir. Konteyner və lixterlər sərhəd keçid məntəqələrindən uzaqlarda sahibi tərəfindən açılan zaman gəmirici və həşəratlar aşkar edildikdə, bu barədə dövlət sanitariya nəzarəti orqanlarına xəbər verilməlidir.

2.5. Dövlət sərhədinin buraxılış məntəqəsində ilk növbədə sanitariya nəzarəti, sonra digər yoxlama işi aparılır. Nəqliyyat vasitələrində epidemiya əleyhinə tədbirlər aparılması lazım olduqda, xəstəyə məxsus yükün saxlanılmasını gömrük orqanlarının məlumatına əsasən sanitariya-epidemioloji xidmət müəssisəsi təyin edir.

2.6. Azərbaycan Respublikası dövlət sərhədlərinin buraxılış məntəqələrində sanitariya nəzarəti aşağıda göstərilən qaydada:

- beynəlxalq dəniz, çay, hava limanlarında, avtomobil şose yollarında gömrük orqanlarının qüvvəsi ilə, sərhəd dəmiryol stansiyalarında sanitar karantin müəssisələrinin, dəmiryol sanitar epidemioloji xidməti yoxlama məntəqəsinin qüvvəsi ilə aparılır.

2.7. sanitariya nəzarəti aparan şəxs nəqliyyat vasitələrinə, habelə sərnişinlər, heyət üzvləri (briqada) olan hissəyə, otaqlara sərbəst giriş icazəsinə malikdir, o, yoxlanışdan sonra və ya epidemiya əleyhinə lazımi tədbirlər gördükdən sonra nəqliyyat vasitələrinin sərbəst hərəkətinə icazə verir.

2.8. Dövlət sərhədinin buraxılışı məntəqələrində gömrük orqanları nəqliyyat vasitələrinin və yüklərin yoxlanması prosesində yoluxucu xəstəliklərin əlamətləri olan xəstələrin aşkar edilməsinə diqqət yetirməli, hər bir xəstə haqqında bu məntəqə müvafiq sanitariya-epidemioloji xidmət müəssisəsinə təxirə salmadan xəbər verməlidirlər.

2.9. Nəqliyyat vasitələrində yoluxucu xəstəlik əlamətləri olan xəstənin, ağcaqanadın, ölü gəmiricilərin olmaması məlumatı daxil olduqda nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən sərbəst hərəkət edə bilməsi haqqında icazə verilir.

2.10. Epidemioloji vəziyyətə nəzarət məqsədilə gömrük orqanları seçmə yolu ilə nəqliyyat vasitələrində sanitariya nəzarətini aparırlar.

- tibbi sanitar yoxlanışı aparan işçilərin yerləşdirilməsi və xəstənin müvəqqəti təcrid edilməsi üçün onları pulsuz olaraq lazımi əşyalarla təchiz edilmiş otaqlarla təmin edirlər. Ayrılmış bina (otaqlar) liman, vağzal, aeroport və ya onun ərazisində olmaqla teletayp, telefon rabitə əlaqəsi ilə təmin olunur;

- tibbi sanitar yoxlanışın vaxtında aparılması üçün tibb idarəsinin sərəncamına nəqliyyat vasitələri ayırırlar;

- ərazisinin, nəqliyyat vasitələrinin, obyektlərin tələb olunan sanitariya vəziyyəti səviyyəsində olmasını təmin edirlər.

2.12. Su təchizatı, kanalizasiya, işıqlanma, telefon və radio rabitəsini nəzərə almaqla beynəlxalq dəniz və ya çay limanlarında sanitar körpülər, beynəlxalq hava limanlarında sanitar dayanacaqlar, sanitar meydançalar, beynəlxalq avtovağzallarda sanitar dalanlar ayırmalıdır.

2.13. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi” Qaydaları ilə reqlamentləşdirilmiş xəstəlik şübhəsi olduqda epidemiya əleyhinə aşağıdakı tədbirlər həyata keçirilir:

- sanitariya nəzarətini aparan gömrük orqanları bu haqda sanitariya-epidemioloji xidmət müəssisələrinin rəhbərliyinə təcili məlumat verir;

- diaqnozun müəyyənləşdirilməsi, müalicənin təşkili, təcili hospitalizasiya üçün xəstə müvəqqəti olaraq təcrid edilir;

- profilaktik dezinfeksiya şöbəsi hava gəmilərindən başqa bütün nəqliyyat vasitələrinin, yüklərin, bağlamaların və s. dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərini həyata keçirir.

2.14. Hava gəmilərindən başqa bütün nəqliyyat vasitələri, otaqlar, nəqliyyat vasitəsi olan ərazi və s. aparılan profilaktik deratizasiya, dezinseksiya tədbirləri yüklərə zərər dəyməməsi, şəxslərə narahatlıq olmaması şərti ilə həyata keçməlidir.

2.15. Taun, vəba və hemorragik qızdırma xəstəlikləri (simptomları) aşkar edilən nəqliyyat vasitələri yük və sərnişinlərlə birlikdə epidemiya əleyhinə tədbirlər aparılması üçün sanitar körpüyə (sanitar dayanacağa, sanitar meydançaya, sanitar dalana) aparılır.

2.16. Nəqliyyat vasitələrində epidemiya əleyhinə tədbirlər dərhal, vaxt itirmədən, ləngitmə və əngəlolmadan aparılmalıdır.

2.17. Xəstənin müayinəsi, müalicəsi, bakterioloji müayinəsi, qidalanması, epidemik göstəriş olarsa, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri üçün pul xərci alınmır.

2.18. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi” Qaydalarına əsasən tədbirlər Milli Müdafiə Nazirliyi tərəfindən aparılır.

2.19. Qaydalara uyğun olaraq nəzərdə tutulmuş tədbirlər aparılmazdan əvvəl nəqliyyat vasitələrinin rəhbərliyi xəbərdar edilir.

2.20. Nəqliyyat təşkilatlarının, sərnişinlərin, heyət üzvlərinin və s. müraciəti və gömrük orqanlarının bildirişinə əsasən onlara nəqliyyat vasitələri və ya yüklər barədə epidemiya əleyhinə aparılan tədbirlər (səbəbini, gəlmə və getmə vaxtı göstərilməklə), görülən işlər haqqında pulsuz şəhadətnamə verilir, hava gəmilərində aparılan tədbirlər haqqında məlumat ümumi hava deklarasiyasının sanitar hissəsinə əlavə oluna bilər.

2.21. Qaydalarda nəzərdə tutulmuş bütün tədbirlər ilk buraxılış məntəqəsində aparıldıqda limanda (hava limanında, dayanacaqda və s.) təkrar tədbirlər (tibbi baxışdan başqa) aparılmır. Təkrar yoxlama yalnız epidemioloji əhəmiyyət kəsb edən fakt, aparılan tədbirlərin səmərəli olmaması aşkar olduqda aparılır.

2.22. Nəqliyyat vasitələrinin rəhbərliyi Qaydalara əsasən nəzərdə tutulan epidemiya əleyhinə tədbirlər aparılmasına razılıq vermədikdə onlar sərbəst hərəkət etmə icazəsi verilmədən yanacaq, su, qida ilə (lazım gələrsə) təmin edilərək geri qaytarılır.

2.23. Yük və malların yoluxmuş olması haqqında sanitariya-epidemioloji xidmət müəssisəsində məlumat olduqda, yük və mallar xəstəlik qeyd olunan yerlərdən gətirildikdə və bu xəstəliyin yayılması ehtimal edildikdə sanitar tədbirlər aparılır.

Canlı heyvanlardan başqa yük və mallar boşaldılmadan tranzit yolla daşınırsa, onlara qarşı sanitar tədbirlər aparılmır.

2.24. Beynəlxalq poçt göndərişlərində aşağıdakılar sanitariya nəzarətindən keçir:

taun, vəba kontagioz hemorragik qızdırmalı xəstələrin (və ya şübhəlilərin) istifadə etdiyi və ya çirkləndirdiyi alt geyim, üst geyim, ayaqqabı, yataq ağları;

Qaydalarla reqlamentləşdirilmiş xəstəliklərlə yoluxma mənbəyi ola bilməsi ehtimal edilən diri heyvanlara.

2.25. Bütün nəqliyyat növləri ilə səfərə çıxmazdan əvvəl peyvənd edilməsi tələb olunan ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşları dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarına vaksinasiya və revaksinasiya edilmələri barədə beynəlxalq şəhadətnamə təqdim edir və onun doğruluğu yoxlanılır. Nəzarət həyata keçirilən vaxt Nazirliyin direktiv göstərişləri rəhbər tutulur.

Qaydaların şamil olunduğu xəstəliklərin gətirilmə və yayılmasının qarşısını almaq üçün Nazirlik tərəfindən təsdiq edilmiş müvafiq təlimatlara əsasən dezinfeksiya, dezinseksiya və deratizasiya kimi xüsusi tədbirlər aparılır. Xüsusi tədbirlər respublika ərazisində Nazirlik, dövlət sərhədinin buraxılış məntəqələrində isə gömrük orqanları tərəfindən aparılır.

4.1. Bu Qaydaların şamil olunduğu xəstəliklərin profilaktikası və mübarizə tədbirləri Nazirlik, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, sanitariya-epidemioloji xidmət müəssisələri, ərazi icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş kompleks planlar əsasında aparılır.

Qaydaların şamil olunduğu xəstəliklərin profilaktikası və onlara qarşı əksepidemik tədbirlərin yerinə yetirilməsində iştirak edən bütün xidmətlərin vəzifələri kompleks planlarda müəyyənləşdirilir.

4.2. İnzibati tabeliyindən asılı olmayaraq bütün tibb müəssisələri taun, vəba, kontagioz viruslu hemorragik qızdırma ocaqlarının lokalizasiya və ləğvi üzrə ilkin tədbirlər aparılmasına hazır olmalıdırlar. Əksepidemik hazırlıq hər bir tibb müəssisəsi üçün ərazi kompleks planında nəzərdə tutulan vəzifələrə uyğun tərtib edilmiş ilkin əksepidemik tədbirlər aparılmasına hazırlıq planı ilə təmin edilir.

4.3. Tibb müəssisələrinin əksepidemik hazırlığı, onların maddi-texniki təchizatı, epidemioloji məlumat sistemi, funksional vəzifələrin bölüşdürülməsi və tibbi heyətin xəstələri vaxtında aşkar etməsi yayılma mənbəyinin lokalizasiyası və ləğvi barədə xüsusi hazırlığın olmasını nəzərdə tutur. Stasionarın hazırlığına qospital, təcridxana (kütləvi və fərdi xəstələnmə vaxtı), observator laboratoriya açılması üçün binanın pasportlaşdırılması və profilinin dəyişdirilməsi, nəqliyyat ayrılması, vəbalı xəstələrin müalicəsi üçün intensiv terapiya palatasının təchiz edilməsi də daxildir.

4.4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, avtonəqliyyat, mülki aviasiya şirkətləri, dəmiryol nəqliyyatı idarəsi, onların yerlərdəki təşkilatları, idarələri, müəssisələri və nəqliyyat vasitələrinə malik olan digər inzibati təşkilat və sahibkarlar sanitar karantin şöbə və məntəqələrinin irəli sürdüyü profilaktik tədbirlərin yerinə yetirilməsini təmin etməlidirlər.

4.5. Nazirlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu Qaydaların şamil edildiyi xətəliklərin profilaktikası barədə əhali arasında sanitar maarifi işi aparmalıdırlar.

4.6. Müvafiq xəstəliklərə yoluxmuş ölkələrdən Azərbaycan Respublikasına gəlmiş şəxslər üzərində profilaktik tədbir kimi tibbi müşahidə aparılır. Tibbi müşahidənin nəticələri əsasında zərurət yarandıqda Nazirliyin əsaslandırılmış göstərişi ilə müayinə aparılır. Malyariya qeydə alınan ölkələrdən gələn şəxslər isə müəyyən edilmiş qaydada tibbi müşahidə altında saxlanılırlar.

4.7. Sanitariya-epidemioloji xidmət müəssisəsi tibbi müşahidə ediləcək şəxslər barədə müvafiq müalicə-profilaktika müəssisəsinə məlumat göndərir, habelə müşahidə aparılmasının keyfiyyət və müddətinə nəzarət edir:

- tibbi müşahidəyə məruz qalacaq şəxs daimi və ya müvəqqəti yaşayış yeri üzrə müalicə-profilaktika müəssisəsinə çağırıla bilər. Onlardan lazım gələrsə, konkret xəstəliyin inkubasiya dövrünə müvafiq vaxtda daimi və ya müvəqqəti yaşayacağı yer, gedəcəyi marşrut barədə yazılı məlumat vermələrini tələb etmək olar;

tibbi müşahidə altında olan şəxs təcrid edilmir və hərəkət azadlığı məhdudlaşdırılmır.

4.8. Qaydalarla reqlamentləşdirilmiş xəstəlik ocaqlarında Nazirliyin təqdimatı əsasında icra hakimiyyətinin, Nazirlər Kabinetinin qərarı ilə karantin qoyulur.

4.9. Yayılma mənbəyindəki əksepidemik tədbirlərə daxildir:

- ərazi və inzibati tibb xidməti tərəfindən xəstələrin (şübhəlilərin) və onlarla təmasda olmuş şəxslərin fəal aşkar edilməsi;

- xəstələrin qospitalizasiya və müalicəsi, göstərişə görə təmasda olanların təcridi, yayılma mənbəyində olan və oradan kənara gedən şəxslərin tibbi müşahidə altına alınması, profilaktik müalicəsi və müayinəsi (observatorlarda), sanitariya-epidemioloji xidmət müəssisələrinin gücü ilə dezinfeksiya, dezinseksiya və deratizasiya aparılması;

- fövqəladə əksepidemik komissiya tərəfindən təşkilati tədbirlərin həyata keçirilməsi üçün lazımi material və nəqliyyat vasitələri səfərbərliyinin aparılması;

- fövqəladə kəsepidemik komissiya tərəfindən karantin zonasından kənara gedən şəxslərin göstərişə görə observasiyasının təşkili;

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Dəmir Yolu İdarəsi, mülki aviasiya şirkəti, balıq sənayesi, avtomobil nəqliyyatı şirkəti və şəhərlərarası yük daşınmasını həyata keçirən digər müəssisələrin yük, məhsul və poçt göndərişlərində sanitar qaydalara əməl etməsi;

- qida, balıqçılıq, ticarət və digər nazirlik, təşkilat idarələri tərəfindən ocaqda qida məhsulları istehsalı, realizasiyası, nəql edilməsi zamanı infeksiyanın yayılmasının qarşısını alacaq şəraiti təmin etməsi;

- Mənzil Kommunal Təsərrüfat Nazirliyinin idarə, müəssisə və təşkilatları, digər nazirlik və idarələr tərəfindən əhalinin içməli su ilə təminatı və çirkab suların zərərsizləşdirilməsi;

- inzibati tabeliyindən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən sanitar-gigiyenik norma və əksepidemik rejimin qaydalarına əməl edilməsi.

4.10. Karantin qoyulan zaman yayılma mənbəyində olan obyektlərin, əsas nəqliyyat vasitələrinin qorunması polis orqanları tərəfindən həyata keçirilir, karantin zonası sərhədlərinin xarici mühafizəsi daxili qoşunların xüsusi hərbi qüvvələri tərəfindən aparılır.

4.11. Karantin zonasından çıxan bütün nəqliyyat yollarında sanitariya-epidemioloji xidmət müəssisələri, yol idarələri, mülki aviasiya şirkəti, Azərbaycan Respublikası DİN təşkilatları ilə birlikdə müvəqqəti sanitar-nəzarət və nəzarət-buraxılış məntəqələri təşkil edirlər.

4.12. Əksepidemik tədbirlər yayılma mənbəyinin tam ləğvinədək aparılır, Karantin Nazirliyin və sanitariya-epidemioloji xidmət müəssisələrinin razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetlərinin, şəhər, rayon icra hakimiyyətinin qərarı əsasında götürülür.

1. Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində uçan hava gəmilərini müşahidə etdikdə, hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin (birləşmələrin komanda məntəqəsinin) əməliyyat növbətçiləri hava hərəkətini İdarəetmə üzrə Vahid Sistemin rayon mərkəzləri və uçuş istiqamətinə daha yaxın olan aviasiyanı yönəltmə məntəqələri vasitəsilə, yaxınlaşan hava gəmisinin tipini müəyyən etmək, qəbul edilmiş radio tezlikli dalğalarda onunla əlaqəyə girmək üçün tədbirlər görür.

Yaxınlaşan hava gəmiləri və digər uçuş aparatları hava hücumundan müdafiə qoşunları növbətçi qüvvələrinin 1 nömrəli döyüş hazırlığına gətirilməsi həddinə çatdıqda və ya bu hava hədəfləri buraxıla bilən məsafəni pozaraq Azərbaycan Respublikasının dövlət sərhədlərinə doğru istiqamət götürdükdə hava hücumundan müdafiə qoşunlarının hava hücumundan müdafiənin müvafiq məsuliyyət zonaları üzrə olan növbətçi qüvvələri hava gəmisinin və ya uçuş aparatlarının uçuşu istiqamətində 1 nömrəli döyüş hazırlığına gətirilir. Bundan sonra şəraitdən asılı olaraq növbətçi qüvvə döyüş texnikasının necə hərəkət etməsi qərarlaşdırılır.

Əməliyyat növbətçiləri hava hücumundan müdafiə qoşunlarının növbətçi silah və döyüş texnikasının 1 nömrəli döyüş hazırlığına gətirilməsi və bu qüvvələrin hərəkətlərinə dair qəbul edilmiş qərar barədə yuxarı komanda məntəqələrinə, bilavasitə öz komandirlərinə məlumat verir və qarşılıqlı əlaqəli hərəkətdə olan komanda məntəqələrinə xəbər çatdırırlar.

Hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvələrinin 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün zəruri son hədd hava hücumundan müdafiə qoşunları komandanının qərarı ilə hər bir hissə və bölmə üçün ayrılıqda müəyyən edilir.

2. Hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin əməliyyat növbətçisi xarici dövlətə mənsub hava gəmiləri ilə rabitə əlaqəsinə girərkən hava hərəkətini idarəetmə Vahid sistemin rayon mərkəzləri və ya aviasiyanı yönəltmə məntəqələri vasitəsilə həmin hava gəmilərinin heyətini Azərbaycan Respublikasının hava sərhədini pozmaq ehtimalı və ya hava sərhədini pozma faktı haqqında müəyyən edilmiş beynəlxalq komandalarla (sözlərlə), müşahidə edilə bilən siqnallarla xəbərdarlıq edir, hava sərhədinin pozulması səbəblərini aydınlaşdırır və bunun qarşısını almaq üçün tədbirlər görür.

Xarici dövlətə mənsub hava gəmisinə kömək göstərmək lazım olduqda (gəmidə) səmt üzrə idarəolunma pozulduqda, qəza baş verdikdə, fors major vəziyyətlərində* hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin əməliyyat növbətçisi bu xarici dövlətə mənsub hava gəmisinin respublikamızın ərazisi sərhədlərindən kənara çıxarılması və ya ölkə daxilində yaxınlıqdakı aerodroma endirilməsi üçün hərbi hava qüvvələrinin komanda məntəqəsinin əməliyyat növbətçisi vasitəsilə lazımi miqdarda növbətçi təyyarələrin havaya qalxmasına komanda verir.

Növbətçi təyyarə heyətlərinin havaya qaldırıldığı bütün hallarda müvafiq əməliyyat növbətçiləri bu barədə yuxarı komanda məntəqələrinə və bilavasitə komandanlara (komandirlərə) məlumat verirlər.

3. Azərbaycan Respublikasının hava sərhədi pozulduqda və buna yol vermiş heyətlə əlaqəyə girmək mümkün olmadıqda və ya hava sərhədini pozmaq haqqında xəbərdarlıq komandalarına (siqnallarına) tabeolmama və göstərilən aerodroma enməkdən imtina hallarında, hava sərhədini pozmuş hava gəmisinin mənsubiyyətini müəyyənləşdirmək, sərhədi pozmuş hava gəmisinin hərəkətlərini qiymətləndirmək və hava sərhədinin pozulmasının qarşısını almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbi ilə növbətçi təyyarə heyətləri havaya qaldırılır.

Azərbaycan Respublikasının sərhədi hava gəmisi və uçuş aparatları tərəfindən pozulduqda hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinə, habelə məsuliyyət zamanı daxilində hava sərhədi pozulmuş və tərkibində hava hücumundan müdafiə növbətçi qüvvələri ayrılmış birləşmə və hissələrin komanda məntəqələrinə komandan (komandir) və ya onları əvəz edən şəxslər əvəzləyici qüvvələrlə gəlirlər.

4. Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş xarici dövlətə mənsub hava gəmiləri qayda-qanunu pozmaqda davam və ona göstərilən aerodroma enməkdən imtina etdikdə havaya qaldırılmış qırıcılar, bombardmançı qırıcılar, döyüş helikopterləri hava sərhədini pozmuş hava gəmisini yaxınlıqdakı (ayrılmış) aerodroma enməyə məcbur edirlər. Sərhədi pozan hava gəmisi silah tətbiq etdikdə və ya ona verilən komandalara (siqnallara) etinasızlıq göstərdikdə və bu hava gəmisinin sonrakı uçuşu ağır nəticələnmə (trassadakı hava gəmiləri ilə toqquşma, əhalisi sıx olan rayonlara düşmə və s.) ehtimalı olduqda bu hava gəmisini məhv etmək üçün atəş açılır.

Pilotsuz hava gəmilərinə və uçuş aparatlarına qarşı da silah tətbiq edilə və döyüş texnikasından atəş açıla bilər.

5. Tanınmamış, kiçik ölçülü, kiçik sürətli alçaqdan uçan hədəfin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi radiolokasiya vasitələri ilə (adi gözlə müşahidə edilməsi haqqında məlumat alındıqda) aşkar edildikdə hava hücumundan müdafiə komanda məntəqəsinin müvafiq əməliyyat növbətçisinin qərarı ilə həmin hədəfin ehtimal olunan marşrutu üzrə hava hücumundan müdafiənin növbətçi qüvvə və döyüş texnikası 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilir. Havaya bir-birinin ardınca lazımi miqdarda növbətçi qırıcı təyyarələr, qırıcı bombardmançı təyyarələr, helikopterlər, habelə Dövlət Sərhəd Xidməti, hərbi-dəniz qüvvələri, mülki aviasiya şirkəti tərəfindən ayrılmış təyyarələr və helikopterlər havaya qaldırılır, yerüstü müşahidə postlarının sayı artırılır.

Hava hədəfinin hansı dövlətə mənsub və nədən ibarət olmasını müəyyənləşdirmək üçün bütün lazımi tədbirlər görülür.

Hava hədəfinin hansı dövlətə mənsub və nədən ibarət olması müəyyənləşdirildikdən sonra bu barədə yuxarı komanda məntəqəsinə məlumat verilir və o hədəfi enməyə məcbur etmək və ya hədəfin uçuşunun davamı Azərbaycan Respublikası üçün təhlükə törədə bilərsə, onu məhv etmək haqqında qərar qəbul edilir.

6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsinin növbətçi qüvvə və döyüş texnikasının xarici dövlətlərin hava gəmilərinə atəş açılması, habelə bu gəmilərin radioelektron vasitələrilə susdurulması haqqında qərar qəbul etməyə aşağıdakılara icazə verilir:

dövlət sərhədini pozanlara qarşı — Azərbaycan Respublikasının müdafiə nazirinə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə, hava hücumundan müdafiə qoşunlarının komandanına (qərargahın rəisinə), hərbi-dəniz qüvvələrinin komandanına, hərbi hava qüvvələrinin komandanına (qərargah rəisinə), ordu korpuslarının komandirlərinə, habelə yuxarıda adları çəkilənləri əvəz edənlərə;

komanda məntəqələrində yuxarıda adları qeyd edilən vəzifəli şəxslər olmadıqda və təxirəsalınmaz hallarda sərhədi pozan hava gəmisinə məhvetmə atəşi açmaq qərarı zərurəti yarandıqda hərbi hava qüvvələrinin növbətçi qüvvələrini idarə edən müvafiq əməliyyat növbətçilərinə (bu barədə o təcili surətdə bilavasitə öz rəisinə və yuxarı komanda məntəqəsinə məlumat verməlidir).

7. Mülki hava gəmiləri Azərbaycan Respublikasının sərhədlərini pozaraq, onlara verilən radiokomandalara və gözlə görünən siqnallara etina etmədikdə və ya bunlara tabe olmaqdan imtina etdikdə, birləşmələrin (hissələrin) komanda məntəqələrinin əməliyyat növbətçiləri yuxarı komanda məntəqələrinə məlumat verir və komanda məntəqəsinin göstərişi ilə növbətçi qırıcı təyyarələrə (helikopterlərə) sərhədi pozmuş hava gəmisini göstərilən aerodroma enməyə məcbur etmək barədə komanda verirlər.

8. Qaçırılmaq və ya başqa qanuna zidd məqsədlər üçün Azərbaycan Respublikasının hava sərhədini pozmağa çalışan Azərbaycan hava gəmilərinin qarşısını almaq üçün hava hücumundan müdafiə və hərbi hava qüvvələri qoşunlarının mərkəzi komanda məntəqələrinin əməliyyat növbətçiləri qanunu pozan hava gəmilərini havaya qaldıran növbətçi qırıcı təyyarələr və qırıcı-bombardmançı təyyarələr və helikopterlər vasitəsilə müəyyən aerodromlara enməsini tələb edirlər. Bu hava gəmiləri komandalara və siqnallara tabe olmadıqda yalnız hərbi hava gəmilərinə qarşı silah işlətməyə icazə verilir.

Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir. Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılır.

9. Nadir hallarda dövlət hava sərhədi pozulduqda və ya Azərbaycan Respublikasının hava ərazisində müəyyən olunmamış hava gəmiləri müşahidə edildikdə, hava hücumundan müdafiə qoşunları komandanının qərarı ilə bəzi rayonlar üzərində hava gəmilərinin uçuşları məhdudlaşdırılır və ya tamamilə dayandırılır. Bunun üçün hava hərəkətini idarəetmə üzrə Vahid sistemin orqanları “Kover” siqnalı verirlər. Bu siqnalın verilməsi ilə hava sərhədini pozan hava gəmisini təqib etməklə və ya sərhədi pozmuş gəmiləri axtarıb tapmaqla məşğul olan hava gəmilərindən, habelə axtarış-xilasetmə tapşırığı yerinə yetirən hava gəmilərindən savayı bütün hava gəmiləri yerə endirilir və ya göstərilən rayonlara yollandırılır.

10. Sərhəd mühafizəsi orqanları adi müşahidə və radiotexniki kəşfiyyat aparır, Azərbaycan Respublikasının hava sərhədlərinin pozulması hallarının qeydiyyatını aparır və təcili olaraq Mərkəzi Komanda Məntəqəsinə və hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı əlaqəli hərəkətdə olan bölmələrinə bu məqsədlə xüsusi olaraq təşkil edilmiş rabitə kanalları ilə məlumat verirlər.

Sərhəd mühafizəsi orqanları ilə hava hücumundan müdafiə qoşunları arasında qarşılıqlı əlaqəni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmin edir.

Azərbaycan Respublikasının dövlət sərhədini pozan və adi gözlə müşahidə olunan hava şarlarına və məsafədən idarə olunan uçuş aparatlarına sərhəd mühafizəsi orqanları atəş açırlar.

**fors-major vəziyyəti dedikdə, hava gəmisinin və həmçinin bu gəminin içərisindəki insanların həyatı üçün təhlükə törədə bilən fövqəladə hallar nəzərdə tutulur ki, bunun da nəticəsində hava gəmisinin heyəti bilərəkdən başqa dövlətin ərazisinə girmək məcburiyyətində olur. Bu vəziyyət o vaxt ola bilər ki, hava gəmisində nasazlıqlar olsun, yanacaq ehtiyatı olmasın, hava gəmisində yanğın baş vermiş olsun, gəmi heyətinin üzvlərindən və yaxud sərnişinlərdən ağır xəstələnən olsun, mürəkkəb hava şəraiti və s.

1. Dövlət sərhədinin su sahəsinin mühafizəsini Dövlət Sərhəd Xidməti sərhəd gözətçi gəmiləri vasitəsilə təşkil edir və həyata keçirir.

2. Sərhəd gözətçi gəmiləri və katerləri Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinin əmri ilə dövlət sərhədinin mühafizəsi xidmətinə təyin edilir.

3. Xarici dövlətin hərbi gəmisi tərəfindən sərhədin pozulmasını müşahidə edən sərhəd gözətçi (hərbi) gəmisinin komandiri təcili surətdə bu barədə Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə məruzə etməli və sərhədi pozan hərbi gəmidən bütün rabitə vasitələri ilə (ultraqısa, işıq siqnalları, kiçik bayraqlı semafor) tələb etməlidir ki, dərhal dayansın, gəmidən suya qayıqlar və dalğıclar buraxmasın və gəmini xəbərdar etməlidir ki, o bu tələbləri yerinə yetirməsə, xəbərdarlıq atəşindən (güllə qatarı buraxıldıqdan) sonra silah tətbiq edəcəkdir.

Sərhədi pozan gəmi "dayan" tələbini yerinə yetirmirsə, sərhəd gözətçi gəmisinin komandiri xəbərdarlıq atəşi açmasına sərbəst qərar verir.

Silah tətbiq edilərkən güllələrin və mərmilərin həmsərhəd dövlətlərin ərazisinə düşməsinə bir qayda olaraq yol verilmir.

Sərhəd gözətçi gəmisinin komandiri həyata keçirdiyi bütün tədbirlər barədə Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə məruzə edir.

Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandiri sərhəd gözətçi gəmisinin komandirinin işinə müdaxilə edərək ona silah işlətməyi qadağan edə bilər. Belə halda son nəticə üçün bütün məsuliyyət Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinin üzərinə düşür.

Silahı qanunsuz tətbiq etmiş şəxslər Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə intizam və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

4. Sərhəd gözətçi (hərbi) gəmisinin komandiri daxili sularda sualtı qayıq aşkar etsə, onu məhv etmək üçün silah və döyüş texnikası işlətməlidir. Sərhəd gözətçi gəmisinin komandiri Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə bütün hərəkətləri barədə məlumat verməlidir.

5. Zərurət yaranarsa Müdafiə Nazirliyinin hərbi dəniz qüvvələrinin hərbi gəmiləri Dövlət Sərhəd Xidmətinin müraciəti əsasında dövlət sərhədini pozmuş xarici dövlətin hərbi gəmisinə qarşı görülən tədbirlərə cəlb oluna bilər.

1. 5 fevral 1998-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 118)

2. 30 iyun 1998-ci il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 442)

3. 17 avqust 2000-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 646)

4. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

5. 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750)

6. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

7. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)

8. 28 noyabr 2008-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 1042)

9. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

10. 13 sentyabr 2012-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №09, maddə 926)

11. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

12. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

13. 20 sentyabr 2016-cı il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 sentyabr 2016-cı il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1575)

14. 27 iyul 2017-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2017-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1503)

15. 6 dekabr 2017-ci il tarixli 533 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2481)

16. 5 fevral 2018-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 fevral 2018-ci il, №27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 333)

17. 12 oktyabr 2018-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2156)

18. 21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153)

19. 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)

20. 30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1195)

21. 4 aprel 2022-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 390)

22. 14 sentyabr 2022-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2022-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1082)

23. 9 mart 2023-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 431)

24. 12 yanvar 2024-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 78)

25. 20 noyabr 2024-cü il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 noyabr 2024-cü il, “Xalq” qəzeti, 23 noyabr 2024-cü il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1260)

26. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver