Qanunvericilik › Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Tam mətn

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə çevrilsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabe edilsin.

3. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları haqqında Qanunun layihəsini Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 1991-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver