1.1. Bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə (bundan sonra – Penitensiar xidmət) ilk dəfə qulluğa qəbul edilən şəxslərin (bundan sonra – şəxslər) fiziki hazırlığının yoxlanılması qaydalarını müəyyən edir.
1.2. Şəxslərin fiziki hazırlığının yoxlanılması onların Penitensiar xidmətdə qulluğa yararlılığının müəyyən edilməsi məqsədilə aparılır.
2.1. Şəxslərin fiziki hazırlığının yoxlanılması onların güc, sürət, dözümlülük kimi fiziki keyfiyyətlərinin müəyyən edilməsindən ibarətdir.
2.2. Şəxslərin fiziki hazırlığı onlar tərəfindən yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim edildikdən sonra Penitensiar xidmətin insan resursları qurumu tərəfindən verilmiş göndəriş əsasında yoxlanır.
2.3. Şəxslərin fiziki hazırlığının yoxlanılması Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisinin əmri ilə yaradılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması üzrə komissiya tərəfindən həyata keçirilir.
2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması üzrə komissiya şəxslərin güc, sürət, dözümlülük kimi keyfiyyətlərini aşağıdakı cədvələ müvafiq olaraq yoxlayır və alınan nəticələrə əsasən yekun qiymət müəyyən etməklə arayış tərtib edir (arayışın forması əlavə olunur).
2.5. Şəxslərin fiziki hazırlığının yoxlanılması üzrə yekun qiymət onun yerinə yetirdiyi normativlərə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:
2.5.1. “əla” - normativlərin yerinə yetirilməsinə görə qiymətlərin üçü “əla”, yaxud ikisi “əla” biri “yaxşı” olarsa;
2.5.2. “yaxşı” - normativlərin yerinə yetirilməsinə görə qiymətlərin üçü “yaxşı”, yaxud biri “əla”, ikisi “yaxşı”, və ya biri “əla”, biri “yaxşı”, biri isə “kafi” olarsa;
2.5.3. “kafi” - normativlərin yerinə yetirilməsinə görə qiymətlərin üçü “kafi”, yaxud biri “əla” və ya “yaxşı”, ikisi isə “kafi” olarsa;
2.5.4. “qeyri-kafi” - normativlərin yerinə yetirilməsinə görə qiymətlərin biri “qeyri-kafi” olarsa.
2.6. Şəxslər fiziki hazırlığın yoxlanılmasına gələrkən özləri ilə idman geyimi və ayaqqabısı gətirməlidirlər.
2.7. Şəxslər fiziki hazırlığının yoxlanılması təyin edildiyi gün səhhəti ilə bağlı bu yoxlamalardan müvəffəqiyyətlə keçə bilməyəcəyini güman etdikdə, onların xahişi ilə fiziki hazırlığın yoxlanılması bu tədbirlər üçün müəyyən edilmiş müddət çərçivəsində başqa vaxta keçirilə bilər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması qaydalarına Əlavə
fiziki hazırlığı yoxlanılarkən aşağıdakı göstəriciləri nümayiş etdirmişdir:
Fiziki hazırlıq vəziyyətinə görə Penitensiar xidmətdə qulluğa
____________________________
(yaralıdır/yararlı deyil)
Komissiyanın sədri ___________________________________________________________
(xüsusi rütbəsi, soyadı, adı, atasının adı, imzası)
Komissiyanın üzvləri ________________________________________________________
(xüsusi rütbələri, soyadları, adları, atalarının adları, imzaları)
Komissiyanın məsul katibi _________________________________________________________
(xüsusi rütbəsi, soyadı, adı, atasının adı, imzası)
1. 29 iyun 2026-cı il tarixli 3-16/1-KQ/10/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202606290010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2026-cı il)