Qanunvericilik › Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Dövlət Reyestrindəki məlumatların mühafizəsi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Dövlət Reyestrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmış informasiya kateqoriyasına aid edilir.

11.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadə olunmasında iştirak edən dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrindəki məlumatların mühafizəsini təmin etməlidirlər.

11.3. Məhkəmə icraatı və ya cinayət işi üzrə məhkəməyədək icraat zamanı Dövlət Reyestrindən alınmış məlumatlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühafizə edilir.

11.4. Müvafiq icra hakimiyyəti orqanı Dövlət Reyestrindəki məlumatların texniki mühafizəsi məqsədilə Dövlət Reyestrinin informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətini Dövlət Reyestrindən məkanca kənarda saxlanmasını, əsas və ehtiyat surətinin dayanıqlı alternativ telekommunikasiya vasitələri ilə təmin olunmasını təşkil etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver