Qanunvericilik › “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.12.2020) › Tam mətn

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.12.2020)

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.12.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 dekabr 2020-ci il

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və 44.2-ci maddələrinə uyğun olaraq tətbiq edilən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) xəzinə hesabına köçürülən xidmət haqlarından (bundan sonra – büdcədənkənar vəsait) Nazirliyin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə qaydasını müəyyən edir.

2.1. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün büdcədənkənar xəzinə hesabı açılır.

2.2. Büdcədənkənar vəsaitin Nazirliyin qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsaitin istifadəsi xərclər smetasına uyğun olaraq həyata keçirilir. Xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq təsdiq edilir.

2.3. Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:

2.3.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

2.3.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;

2.3.3. işçilərə maddi yardımın göstərilməsi.

2.4. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

2.4.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

2.4.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

2.4.3. qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

2.5. İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

2.5.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

2.5.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

2.5.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

2.6. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.

2.7. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 (iki) mislindən çox olmamaq şərtilə müəyyən edilir.

2.8. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər.

2.9. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir.

2.10. İşçilərə aylıq vəzifə maaşlarının 2 (iki) mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir.

2.11. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

2.12. Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

2.12.1. işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

2.12.2. işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

2.13. İşçilərə maddi yardımın verilməsi əmrlə rəsmiləşdirilir.

3.1. Büdcədənkənar vəsaitlərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

3.2. Büdcədənkənar vəsaitdən istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə əsasən hazırlanır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

4.1. Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

4.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver