Qanunvericilik › Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyun 1998-ci il tarixdə 113 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 6) əlavələr (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.05.2002) › Tam mətn

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyun 1998-ci il tarixdə 113 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 6) əlavələr (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.05.2002)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyun 1998-ci il tarixdə 113 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 6) əlavələr (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nazir _____________F. Məmmədov

Nazir _____________Ə. Nağıyev

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyun 1998-ci il tarixdə 113 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 6) əlavələr

TARİF - İXTİSAS XÜSUSİYYƏTLƏRİ

Akvanavt (dərinlik dalğıcı) 4-cü dərəcə

Boru kəmərlərinin, fontan və xüsusi armaturların, müxtəlif neft-qazmədən avadanlıqlarının sualtı hissələrinin və kabellərin tədqiqinin aparılması. Boru kəmərlərinin torpağa oturma dərinliklərinin xüsusi cihazların köməyi ilə təyin edilməsi.

Neft-qazmədən avadanlıqlarında yüngül qəzaların nəticələrinin aradan qaldırılması. Yığma işlərində, deşiklərin və metal səthlərin mexaniki emalında mürəkkəb olmayan texnoloji əməliyyatların yerinə yetirilməsi. 20 tona qədər metal konstruksiyaların quraşdırılması.

Əşyaların su altında burazla bağlanması və açılması, xüsusi ləvazimatların köməyi ilə su altında yüklərin daşınması.

Batmış. gəminin və ya metal konstruksiyanın mürəkkəb ölçülərinin çıxarılması. Hidrotexniki qurğuların sualtı videoçəkilişlərinin aparılması. Su altında konstruksiya, avadanlıq və ya batmış gəmi dəliklərinə yamaqların qoyulması. Su altında qaynaq və kəsmə işlərinin yerinə yetirilməsi. Gəmi vintlərinin və ya pərlərinin su altında dəyişdirilməsi. Elektrik naviqasiya və axtarış cihazlarının siqnal elementlərinin dəyişdirilməsi və ya təmiri. Qaldırıcı qurğuların troslarının bağlanması. Gəmiqaldırma pantonlarının quraşdırılması və pantonlara şlanqların birləşdirilməsi. Borulara, metal konstruksiyalara xalta və yarımxaltaların quraşdırılması və sökülməsi.

Neft-qazmədən qurğularının sualtı hissələrinin kənar cisimlərdən və zibildən təmizlənməsi. Su altında sadə quraşdırma əməliyyatlarının və yükqaldırma işlərinin yerinə yetirilməsi.

Elmi - tədqiqat işlərinin dalğıc təminatı.

Dərinlik Dalğıc Kompleksindən (DDK) istifadə etməklə qısa və uzun müddətli suya enmə metodları ilə həm 60 m-dən artıq, həm də 60 m-dən az dərinlikdə dalğıc işlərinin təşkili qaydalarını;

Dalğıc ləvazimatlarının, dalğıc kolokolunun (sualtı aparatların dalğıc bölməsinin) avadanlıqlarının, qazma gəmisi (ixtisaslaşdırılmış gəmi, dəniz qazma qurğusu) DDK-nın barokameralarının təyinatmı, quruluşunu və istismar qaydalarmı;

Dalğıc ləvazimatlarının, dalğıc kolokolunun avadanlıqlarının, barokameraların suya enməyə hazırlanması, onlara texniki xidmət qaydalarını və nasazlıqların aradan qaldırılması üsullarmı; iş yerinin təşkilini;

Sualtı texniki işlərin, eyni zamanda neft-qazmədən avadanlıqlarının sualtı hissələrinin sadə təmiri işlərinin yerinə yetirilməsi texnologiyasını; dəniz neft-qaz mədənlərinin sualtı avadanlıqlarının və boru kəmərlərinin təmiri və onlara xidmət üzrə məlumatları; tədqiqatın nəticələrinə uyğun sxemlərin, eskiz və aktların tərtibi qaydalarını; akvatoriya, boru kəmərlərinin və kabellərin tədqiqi üsullarını, əşyaların axtarılması və qaldırılması qaydalarmı; su altında torpaqda işləmə qaydaları;

Sadə çilingər, quraşdırma və takelaj işlərinin yerinə yetirilməsi qaydalarını;

Müxtəlif diametrli boruların, blokların, metal konstruksiyaların quraşdırılması qaydalarını; su altında xüsusi cihazlarla və qurğularla işləmə qaydalarmı;

Süni qaz qarışıqlarının hesablanıb, hazırlanma metodu və qaydalarmı, qaz qanunlarmı, qazların analizinin aparılma metodu və qaydalarmı; barokamerada, dalğıc kolokolunda qaz tərkibinin dəyişdirilməsini, qəza vəziyyətində ehtiyat vasitələrindən istifadə qaydalarmı;

Etalon qaz qarışıqlarına nisbətən süni qaz qarışığında qazların analizinin aparılması və ölçü cihazlarından istifadə qaydalarım; barokamera və kolokolda elektrik və rabitə avadanlıqlarına texniki qulluq və onlardan istifadə qaydalarını, dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsinin vahid qaydalarmı, normativ sənədləri və təlimatları, xüsusi səs və işıq siqnallarını verməyi və qəbul etməyi;

Eskiz və cizgilərin çəkilmə və oxunma qaydaları;

Barokamerada təzyiq altında normal psixoloji durumun yaratma üsullarını;

Qısa və uzun müddətli enmə metodları ilə dərin dalğıc suya enmələrinin fizioloji əsaslarını, dalğıc suyaenmələrinin patologiyasını, zərərçəkmiş dalğıca ilk tibbi yardım göstərilməsi üsullarmı; suyaenmələrdə və dərinlik dalğıc işlərini yerinə yetirərkən təhlükəsizlik texnikası qaydalarmı.

Akvanavt (dərinlik dalğıcı) 5-ci dərəcə

Sualtı neft-qazmədən avadanlıqlarının, hidrotexniki qurğuların tam dalğıc tədqiqi, eləcə də təmiri üzrə işlərin yerinə yetirilməsi. Sualtı boru kəmərlərinin və kabellərin döşənməsi və onların düzgün döşənməsinə nəzarət. Boru kəmərlərinə yüklərin, protektorların yerləşdirilməsi, mufta və yarımmuftaların sökülməsi və yığılması. 20 tondan 50 tona qədər metal konstruksiyaların quraşdırılması. Sualtı avadanlıqlarda qəza hallarının nəticələrinin aradan qaldırılması.

Xüsusi alətlərin köməyi ilə həcmcə orta çilingər işlərinin, yığma üzrə texnoloji işlərin yerinə yetirilməsi. Batmış texniki vasitələrin sudan çıxarılması. Sualtı qurğuların təmiri və kənar cisimlərdən təmizlənməsi. Xüsusi texniki vasitələrdən istifadə etməklə ciddi zədə almış boru kəmərlərinin təmiri.

Yeni növ, dalğıc suya enmələrin həyat təminedici avadanlıqların və dalğıcların əmək alətlərinin sınaqdan keçirilməsi.

Batmış gəminin və ya metal konstruksiyanın mürəkkəb ölçülərinin çıxarılması. Hidrotexniki qurğuların sualtı videoçəkilişlərinin aparılması. Su altında konstruksiya, avadanlıq və ya batmış gəmi dəliklərinə yamaqların qoyulması. Su altında qaynaq və kəsmə işlərinin yerinə yetirilməsi. Gəmi vintlərinin və ya pərlərinin su altında dəyişdirilməsi.

Elektrik naviqasiya və axtarış cihazlarının siqnal elementlərinin dəyişdirilməsi və ya təmiri. Qaldırıcı qurğuların troslarının bağlanması. Gəmiqaldırma pantonlarının quraşdırılması və pantonlara şlanqların birləşdirilməsi. Borulara, metal konstruksiyalara xalta və yarımxaltaların quraşdırılması və sökülməsi.

Elmi - tədqiqat işlərinin dalğıc təminatı.

Dərinlik dalğıc kompleksindən istifadə etməklə qısa və uzun müddətli suya enmə metodları ilə həm 60 m-dən artıq, həm də 60 m-dən az dərinliklərdə dalğıc işlərinin təşkilini; sualtı dalğıc aparatları ilə yerinə yetiriləcək işin təşkili qaydalarını;

Sualtı işlərə uyğun dalğıc avadanlıqlarının və dalğıc suyaenmələri təmin edən vasitələrin növlərini; dərinlik dalğıc avadanlıqları, dalğıc kolokolu, barokameralarda nasazlığın dəqiqləşdirilməsini; dalğıc vasitələrinə, dalğıc kolokoluna və barokameralara texniki xidmət qaydalarını və suya enmələrə hazırlığını; iş yerinin təşkilini; DDK-nın avadanlıqlarla təmin edilməsi qaydalarım; əsas qovşaqların və avadanlıqların ümumi quruluşunu; müxtəlif diametrli boruların, blokların quraşdırılması və uc-uca calanmasını; dərin suya enmələrin fizioloji əsaslarım; qısa və uzun müddətli suya enmələrin patologiyasını, zərərçəkmiş dalğıca ilk tibbi yardımın göstərilməsi üsullarını;

Süni qaz qarışıqlarının hesablanıb hazırlanma metodu və qaydalarmı, qaz qarmanlarını, qazların analizinin aparılma metodu və qaydalarmı; barokamerada, dalğıc kolokolunda qaz tərkibinin dəyişdirilməsini, qəza vəziyyətində ehtiyat vasitələrindən istifadə qaydalarmı.

Etalon qaz qarışıqlarına nisbətən süni qaz qarışığında qazların analizinin aparılması və ölçü cihazlarından istifadə qaydalarmı; barokamera və kolokolda elektrik və rabitə avadanlıqlarına texniki qulluq və onlardan istifadə qaydalarını; dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsinin vahid qaydalarını, normativ sənədləri və təlimatları, xüsusi səs və işıq siqnallarını verməyi və qəbul etməyi;

Eskiz və cizgilərin çəkilmə və oxunma qaydalarını;

Barokamerada təzyiq altında normal psixoloji durum yaratmaq üsullarını;

DDK-dan istifadə etməklə qəza-xilasetmə işlərinin üsul və qaydalarını;

Təhlükəsizlik texnikası qaydalarını.

Akvanavt (dərinlik dalğıcı) 6-cı dərəcə

Neft-qazmədən boru kəmərlərinin, fontan armaturlarının vəziyyətinin tədqiqi və neft-qazmədən sualtı avadanlıqlarının, hidrotexniki qurğularının qurulmasında mürəkkəb işlərin yerinə yetirilməsi. Mürəkkəb şəraitdə sualtı boru kəmərlərinin və elektrik kabellərinin düzülməsi, 50 tondan artıq hidrotexniki qurğuların konstruksiyalarının quraşdırılması. Sualtı avadanlıqlarda qəza vəziyyətinin aradan qaldırılması.

Bütün növ mürəkkəb sualtı çilingər, yükqaldırma və sair işlərin yerinə yetirilməsi. Xüsusi vasitələrlə su altında yüklərin yerinin dəyişdirilməsi.

Batmış gəminin və ya metal konstruksiyanın mürəkkəb ölçülərinin çıxarılması. Hidrotexniki qurğuların sualtı videoçəkilişlərinin aparılması. Su altında konstruksiya, avadanlıq və ya batmış gəmi dəliklərinə yamaqların qoyulması. Su altında qaynaq və kəsmə işlərinin yerinə yetirilməsi. Gəmi vintlərinin və ya pərlərinin su altında dəyişdirilməsi. Elektrik naviqasiya və axtarış cihazlarının siqnal elementlərinin dəyişdirilməsi və ya təmiri. Qaldırıcı qurğuların troslarının bağlanması. Gəmiqaldırma pantonlarının quraşdırılması və pantonlara şlanqların birləşdirilməsi. Borulara, metal konstruksiyalara xalta və yarımxaltaların quraşdırılması və sökülməsi.

Mürəkkəb təmir işlərinin yerinə yetirilməsi və sualtı avadanlıqların kənar cisimlərdən təmizlənməsi və başqa anoloji xarakterli işlərin görülməsi. Mürəkkəb və xüsusi texniki vasitələrdən istifadə etməklə boru kəmərlərinin zədələnmiş yerinin tutulması. Yeni növ dalğıc avadanlıqlarının, dalğıc suya enmələrinin, həyat təminedicilərin və dalğıcların işinin mexanikləşdirmə vasitələrinin sınaqdan keçirilməsi. Elmi - tədqiqat işlərinin dalğıc təminatı. Bütün növ qəza-xilasetmə işlərinin yerinə yetirilməsi.

Dərinlik Dalğıc Kompleksindən (DDK) istifadə etməklə qısa və uzun müddətli suya enmə metodları ilə həm 60 m-dən artıq, həm də 60 m-dən az dərinliklərdə dalğıc işlərinin təşkili qaydalarmı.

Sualtı işlərdə istifadə edilən dalğıc ləvazimatlarının və dalğıc suya enmələrinə dair təminat vasitələrinin növlərini; dalğıc vasitələrinin, dalğıc kolokolunun (sualtı aparatların dalğıc bölməsinin), qazma gəmisi DDK-nm barokamerasının quruluşunu və istismar qaydasını; sualtı işlərdə istifadə olunan bütün növ dalğıc vasitələrindən istifadə qaydalarmı.

Bütün növ dalğıc vasitələrinin və dalğıc kolokolunun avadanlıqlarının təmir qaydalarını; DDK-nın avadanlıqlarının, barokameranın, dalğıc kolokolunun, dalğıc ləvazimatının suya enməyə hazırlanması və onlara texniki xidmət qaydalarını; dəniz neft-qazmədən aqreqatlarının quruluşu haqqında əsas məlumatları.

Neft-qaz mədənlərinin yenidən qurulmasının bütün mərhələlərində sualtı avadanlıqlara xidmət edilməsi üzrə reqlamentləşdirilmiş bütün işləri; sualtı neft-qazmədən avadanlıqlarına xidmət və onun təmiri üzrə yüksək çətinlikli sualtı işlərin yerinə yetirilmə texnologiyasını (xüsusi mürəkkəb alət və vasitələrdən istifadə etməklə və etməməklə); sualtı elektrik avadanlıqlarına xidmət qaydalarmı; yoxlama üçün istifadə edilən xüsusi cihazlardan və alətlərdən istifadə qaydalarmı.

Çətin çilingər, yükqaldırma işlərinin yerinə yetirilməsi qaydalarmı;

Blokların, müxtəlif diametrli boru kəmərlərinin quraşdırılması və əsas xəttə qoşulması qaydalarmı; su altında xüsusi cihazlarla və qurğularla işləmə qaydalarını; obyektlərdə mürəkkəb tədqiqat işlərinin yerinə yetirilməsi ardıcıllığını və qaydalarını.

Süni qaz qarışıqlarının hesablama, hazırlanma metodu və qaydalarını, qaz qanunlarmı, qazların analizinin aparılma metodu və qaydalarını; barokamerada, dalğıc kolokolunda qaz tərkibinin dəyişdirilməsini, qəza vəziyyətində ehtiyat vasitələrindən istifadə qaydalarmı.

Etalon qaz qarışıqlarına nisbətən süni qaz qarışığında qazların analizinin aparılması və ölçü cihazlarından istifadə qaydalarım; barokamera və kolokolda elektrik və rabitə avadanlıqlarına texniki qulluq və istifadə qaydalarmı, dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsinin vahid qaydaların, normativ sənədləri və təlimatları, xüsusi səs və işıq siqnallarmı verməyi və qəbul etməyi;

Eskiz və cizgilərin çəkilmə və oxunma qaydalarmı;

Barokamerada təzyiq altında normal psixoloji durum yratmaq üsullarını;

Qısa və uzun müddətli enmə üsulu ilə dalğıc suya enmələrinin fizioloji əsaslarım, patologiyasını, zərərçəkmiş dalğıca ilk tibbi yardım göstərmək üsullarmı;

DDK-dan və sualtı avadanlıqlardan istifadə etməklə qəza-xilasetmə işlərinin yerinə yetirilməsinin üsul və qaydalarını;

Sualtı hidravlik və pnevmatik alətlərdən istifadə qaydalarını, sualtı kəsmə və qaynaq işlərini;

Təhlükəsizlik texnikası qaydalarmı.

Sualtı foto, kino, video çəkilişlərin yerinə yetirilməsi, elmi və tibbi tədqiqat işləri, tikinti və obyektlərə baxış və onların qəbulu, çətin olmayan sualtı metal konstruksiyaların, qovşaqların ölçülərinin çıxarılması. Sıxılmış hava ilə tənəffüs aparatlarının doldurulması. Dalğıc ləvazimatında olan xırda nasazlıqların aradan qaldırılması.

Hər hansı dalğıc ləvazimatından istifadə etməklə suya enmə qaydalarmı, suallı obyektlərə baxışın, kino, foto, videoçəkilişlərin yerinə yetirilmə üsullarım və fəhlələrdə spesifik dalğıc xəstəliklərinin yaranma səbəblərini və əlamətlərini, suya enmədə istifadə olunan dalğıc ləvazimatlarının texniki istismar qaydalarını və baş verə biləcək nasazlıqları, təhlükəsizlik texnikası qaydalarım. Suya enmə metodlarmı, dekompressiya cədvəllərindən istifadə qaydalarım.

Akvatoriyanın, hidrotexniki qurğuların sualtı hissələrinin, kabel və boru xətlərinin tədqiqi. Kanalın daş dayaqlarına, şlüzlərinə, bənd, damba, limanların yanalma divarlarını dayaq hissələrinə, pirslərə, gəmilərin yanalma qurğularına, üzən nişanlara, naviqasiya avadanlıqlarının vəziyyətinə baxış keçirilməsi. Diametr çıxarma üsulu ilə boru kəmərinin diametrinin təyini və ya elektrik kabelinin axtarılması. Hidroyuyucu qurğuların köməyi ilə dənizin dibinin təmizlənməsi və ya dərinləşdirilməsi məqsədilə qruntun hazırlanması və batmış gəminin gövdəsinin təmizlənməsi. Sualtı obyektlərin və hidrotexniki qurğuların özülünün altı üçün torpaq və ya daş-beton yatağının kobud düzəldilməsi. Su altında qruntun qazılması, taxta elementlərinin kəsilməsi, dayaq ayaqlarında mil ucların quraşdırılması, şpunt cərgələrində deşiklərin tutulması. Deşiklərə taxta tıxacların vurulması, taxta konstruksiyaların aralarına ara qatın qoyulması. Şpunt arasında və ya divarında pəncərənin açılması. Mismarın vurulması və s. elementlərin bərkidilməsi. Boltun qoyulması və bağlanması. Döşəmənin əllə sökülməsi. Metal konstruksiyaların və kütləsi 200 kq-a qədər hissələrin quraşdırılması, Kisə və yeşiklərdə olan beton qarışığının su altında layihəyə uyğun yığılması. Sualtı əşyaların trosla bağlanması və açılması. Tarazlaşdırılması tələb olunmayan yüklərin batmış gəminin gövdəsindən boşaldılması. Elmi-tədqiqat işlərinə xidmət, gəmi gövdəsinin profilaktiki sökülməsi. Gəminin sualtı hissəsinin, sükan-pər qrupunun, kinqstonların başlıqlarının balıqqulaqlarından və çirklənmələrdən təmizlənməsi. Su altında sadə xidmət, çilingər, texniki işlərin yerinə yetirilməsi. Batmış gəmi gövdəsinin sualtı-texniki tədqiqi, şlanqların gəmiqaldırma pantonlarına bərkidilməsi və açılması.

Bütün tip qəza-xilasetmə, gəmiqaldırma və sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı təchizat işləri.

Motorçu, elektrik və başqa ixtisaslı fəhlələrin xidmət etdiyi mexanizm, aqreqat və digər qurğulardan başqa dalğıc suya enmələrini təmin edən dalğıc ləvazimatı və vasitələrinin saxlanması, yoxlanılması, hazırlanması və xırda nasazlıqların aradan qaldırılması qaydalarını;

Dalğıc suya enmə qaydalarmı; dalğıc təbabətinin əsaslarmı; dalğıc suya enmələrinin fiziki və fizioloji xüsusiyyətlərini; ixtisaslarına uyğun dalğıc işlərinin yerinə yetirilmə texnologiyasını; iş yerinin təşkilini, su altında tətbiq olunan nəzarət-ölçü cihazlarının və s. alətlərin quruluşunu və iş prinsipini;

Akvatoriyanın dəniz dibində kabel və boru kəmərlərinin tədqiqi yollarını və texnologiyasını; su altında olan əşyaların axtarışını və qaldırılması yollanın;

Sualtı işin tədqiqatının nəticələri barədə sxemlərin və aktların tərtib olunma qaydalarını;

Eskiz və sadə cizgilərin oxunma qaydalarını;

Əşyaların qaldırması üçün qruntun hazırlanması, torpağın tökülmə üsullarını; sualtı qum və əsasların yayılması prinsiplərini;

Su altında sadə dülgər, çilingər, texnik və s. işlərin yerinə yetirilməsi texnologiyasını;

Gəmiqaldırma qurğularının, hidrotexniki qurğuların elementərinin və avadanlıqlarının quruluşu və iş prinsiplərini;

Gəmi gövdəsinin tədqiqinin ardıcıllığını və qaydalarını; Gəmi gövdəsindəki dəliyin ölçülmə qaydalarmı; Təhlükəsizlik texnikası qaydalarını.

Hidrotexniki qurğuların tədqiqi, gəmiqaldıran qurğuların sualtı hissələrinin tam tədqiqi və təmiri üzrə işlər, Keçidlərin, sualtı boruların və elektrik xətlərinin düzgün çəkilməsinə nəzarət edilməsi. Sualtı boru üzərinə yüklərin qoyulması, xaltaların, yarımxaltaların və qoruyucu elementlərin quraşdırılması və açılması. Çəkilmiş boruların əyilmə ölçülərinin çıxarılması, batmış gəmilərin gövdələrinin altından dərin xəndəklərin və tunellərin açılması, tunellərdə keçiricilərin çəkilməsi. Özüllərin, çəkisi 20 tondan 50 tona qədər avadanlıq, dayaqların və digər sualtı-texniki qurğuların konstruksiyalarının qurulması. Taxta hörgünün bütün növlərinin su altında qurulması və sökülməsi, yarıqlarda konstruksiyaların qurulması, qarmaqların və kanatların qoyulması. Şlyüzlərdə qapıların və dayaq-işlək hissələrinin yoxlanması və təmiri. Su altında məskunlaşmış laboratoriyalarda və aparatlarda görülən elmi-tədqiqat işlərinin dalğıc təminatı. Tarazlaşdırmaya ehtiyacı olan yükün batmış gəmi gövdəsindən boşaldılması. Gəminin su basmış hissəsində işlərin yerinə yetirilməsi. Gəmi gövdələrində yarıqların və hidrotexniki qurğuların zədələnmiş hissələrinin ölçülərinin çıxarılması. Gəmilərin sualtı qurğularının təmiri, yad əşyalardan təmizlənməsi və. s. eyni xarakterli və çətin işlərin yerinə yetirilməsi. Gəminin sualtı sükanının təmiri. Boru kəmərlərində zədələrin tutulması.

Dalğıc avadanlığı nümunələrinin, dalğıc suya enmələrinin həyat təminedici ləvazimatlarının, dalğıc əməyinin sualtı mexanikləşdirmə vasitələrinin yeni növlərinin sınaqdan keçirilməsi.

45 m-dək dərinlikdə dalğıc işlərinin təşkili; sualtı işləri yeni üsullarla yerinə yetirmək üçün dalğıc heyətinin təlim keçmə metodikasını və yollarmı, işçi dalğıc cədvəllərindən istifadə üzrə təlimatı və dekompressiya kamerasından istifadəni, bütün növ sənədləşmənin aparılması qaydalarmı, dalğıc suya enmələrini təmin edən vasitələrdə nasazlıqların üzə çıxarılması üsulları və onların cari təmir olunma qaydalarım; motorçular, elektriklər və. s. ixtisaslı fəhlələr işlətdikləri mexanizmlər, aqreqatlar və başqa qurğular istisna olmaqla, dalğıc avadanlığının dezinfeksiyası qaydalarını və vaxtını, səciyyəvi dalğıc xəstəlikləri baş verən zaman səhiyyə işçisi gələnə qədər ilk tibbi yardım edilməsi üsullarmı; elektrotexnikanın əsaslarını; gəmi gövdələrinin və müxtəlif hidrotexniki qurğuların sualtı hissələrinin tədqiqi, təmir üsullarmı və yollarmı; təhlükəli dəniz heyvanlarının bütün növlərini və onlardan qorunmaq yollarını; sualtı aparatların yoxlanılması və onların su altına endirilməsi, sudan gəmiyə qaldırılmağa hazırlanması qaydalarını, batan texnikanın qaldırılması üsullarını və yollarını, sualtı boru kəmərlərinin və elektrik xətlərinin çəkilişi qaydalarını, gəmiqaldıran qurğuların hərəkəti üçün dəmir yollarının çəkilməsi və yerinə yetirilmiş işə nəzarət üsullarını, gəmilərin gəmiqaldıran qurğularda yerləşdirmə üsullarmı və yollarını, batmış gəmilərin daxili otaqlarının tədqiqi yollarını, keçidlərin və tunellərin açılması, gəmiqaldırma zamanı elektrik keçiricilərinin işlədilməsi üsullarmı, dalğıc avadanlığının və dalğıc suya enmələrini təmin edən ləvazimatların yeni növlərinin tətbiq edilməsi yollarını və üsullarmı; sxemlərin tərtib olunması və oxunmasını; təhlükəsizlik texnikası qaydalarını.

Dəniz dibinin səciyyəvi xüsusiyyətlərini təyin etməklə, dərinliklərə nəzərən eskizlərin (planşetlərin) tərtibi. Batmış gəmilərin tədqiqi və mürəkkəb ölçülərin çıxarılması. Çəkisi 50 tondan artıq avadanlıqların, konstruksiyaların quraşdırılması. Gəmilərin sualtı hissələrinin və hidrotexniki qurğuların videoçəkilişlərinin aparılması. Zədələnmiş gəminin sualtı hissəsinin və hidrotexniki qurğunun kontur və həcmli şablonlarının eskizlərinin hazırlanması texnologiyasını. Sualtı konstruksiyaların dəliyinin bağlanması və ya yamaqların quraşdırılması. Sualtı qaynaq və kəsmə işlərinin yerinə yetirilməsi. Su altında partlatma işlərinin yerinə yetirilməsi. Su altında gəmi vintinin və ya pərlərinin dəyişdirilməsi. Gəmi gövdələrində quraşdırılmış elektrik naviqasiya və axtarış cihazlarının siqnal elementlərinin təmiri və dəyişdirilməsi. Qəza vəziyyətində olan gəmiyə su dolmasının qarşısının alınması. Gəmi qaldırma və ya yük qaldırma pantonlarına kanatların (burazların) bağlanması. Pantonlara hava şlanqlarının bağlanması.

Qəza-xilasetmə, gəmi təmiri üzrə bütün çətin işləri, sualtı-texniki işləri, neft-qaz mədənlərinin sualtı hissələrinin (hidrotexniki qurğuların) təmiri məqsədilə tam, dəqiq sualtı tədqiqat işlərinin və təmirin yerinə yetirilməsi. Mürəkkəb elmi-tədqiqat işlərində tam dalğıc təminatı. Sualtı boru kəmərlərinin xalta və xüsusi konstruksiya ilə hidrotexniki qurğulara bərkidilməsi və təmiri.

60 m-dək dərinlikdə dalğıc işlərinin təşkilini; motorçu, elektrik və digər ixtisaslı fəhlələr tərəfindən xidmət göstərilən avadanlıqlardan başqa 60 m-dək dərinlikdə istifadə edilən bütün növ dalğıc texnikasının istismar qaydalarmı və təmirini; dəniz neftqaz yataqlarının quruluşu barədə əsas məlumatı, dəniz neft-qazmədən avadanlıqlarına xidmət üzrə təmir işlərinin aparılmasını; dalğıclar tərəfindən su altında istifadə edilən televiziya və radio-texniki avadanlıqların qurğu prinsipini və tətbiqini; dəniz dibinin səciyyəvi xüsusiyyətlərini; neft-qazmədən avadanlıqlarının hidrotexniki qurğuların sualtı hissələrinin əsas zədələnmə növlərini; neft-qazmədən və hidrotexniki qurğuların sualtı hissələrinin texniki vəziyyətinin tədqiqat ardıcıllığını və qaydalarını, bu qurğularda təmir və bərpa işlərinin yerinə yetirilməsində; qəliz hidrotexniki qurğuların konstruksiyalarını; qəliz eskizlərin oxunuşunu; sualtı qaynaq və kəsmə işlərinin yerinə yetirilməsində istifadə edilən elektrik-qaynaq maşınlarının və aparatlarının işləmə prinsipini: elektrik-qaynaq aparatlarına xidmət qaydalarını, metalşünaslığın əsasmı; elektrik-ölçü cihazlarının və qurğularının təyinatmı, istismarda tətbiqini; sualtı kəsmə və qaynaq işlərində istifadə edilən qaz və məhlulların əsas xüsusiyyətini; partladıcı materiallarla və partlatma işlərində tətbiq edilən aparatlarla işləyən zaman texniki təhlükəsizlik qaydalarını; gəminin davamlılığı və quruluşu haqda ümumi anlayışı; batmış gəmilərin qaldırılması və batmış gəminin uzunu boyu pantonların quraşdırılmasını; batmış gəmilərin və yüklərin qaldırılması üzrə dalğıc işlərinin aparılması texnologiyasını.

Dalğıc-xilasedici 4-cü dərəcə

Dalğıc-xilasetmə işlərinin yerinə yetirilməsi. Suya düşmüş insanın xilas edilməsi və ona ilk tibbi yardım göstərilməsi. Xilasetmə vasitələrinin işə yararlı olmasının yoxlanılması.

Dalğıc ləvazimatlarının saxlanması, yoxlanması və işə hazırlanması qaydalarmı; dalğıc ləvazimatlarında olan xırda nasazlıqların aradan qaldırılması; üzgüçülüyün, suyaenmənın, suda batanın sudan çıxarılmasının qayda və üsullarını; suda batana və sudan çıxarıldıqdan sonra zərərçəkənə ilk tibbi yardım göstərməyin üsul və qaydalarmı; dalğıc təbabətinin əsaslarmı, dalğıc suya enmələrinin fiziki və fizioloji xüsusiyyətlərini; xilasetmə məntəqəsində (gəmidə) xidmətin təşkilini.

Dalğıc-xilasedici 5-ci dərəcə

Su hövzəsinin tədqiq edilməsi. Qəza vaxtı suda batmış şəxsin yerinin müəyyən edilməsi və onun sudan çıxarılması ilə bağlı bütün növ axtarış işlərinə rəhbərlik edilməsi. Müxtəlif növ xilasetmə vasitələrindən istifadə etməklə dalğıc-xilasetmə işlərinin aparılması, xilasetmə məntəqəsinə rəhbərlik və dalğıc ləvazimatlarına, müxtəlif növ xilasetmə vasitələrinə xidmət edilməsi.

45 metr dərinliyə qədər dalğıc işlərinin təşkilini; dalğıc işləri üzrə bütün növ sənədləşmə və hesabatların aparılması üçün təlimatlan, xilasetmə məntəqəsi üzrə bütün növ rəhbər sənədləri, axtarış dalğıc işlərinin metodlarmı; dalğıc avadanlıqlarında nasazlıqların aşkar edilməsi üsullarını və cari təmirin aparılması qaydalarmı; dalğıc avadanlıqlarının dezinfeksiya olunması vaxtmı və qaydalarını, dalğıc avadanlığı və müxtəlif növ xilasetmə vasitələrinə xidmət edilməsinin qayda və üsullarım; dalğıcların xəstələndiyi hallarda həkim gələnə qədər xəstəyə ilk tibbi yardım göstərilməsini.

Dalğıc-xilasedici 6-cı dərəcə

Xilasetmə xidmətində istifadə olunan bütün növ texnikadan istifadə olunmasını və təmir edilməsini. Çətin şəraitdə xilasetmə işlərinə, dalğıc-xilasedicilər qrupuna rəhbərlik edilməsi. Öz iş qrupu ixtisası üzrə dalğıcların praktiki hazırlanması. Dalğıcların (adamların) xilas edilməsi. Xırda gəmilərin müstəqil idarə edilməsi.

60 metr dərinliyə qədər enmə işlərinin təşkilini və ona rəhbərlik edilməsi metodlarmı; xilasetmə xidmətində olan bütün növ dalğıc ləvazimatı və avadanlıqlarının, öz iş qrupu ixtisası üzrə olan dalğıc texnikasının təmiri və ondan istifadə olunması qaydalarmı (Motorçu, elektrik və digər ixtisaslı fəhlələr tərəfindən xidmət göstərilən aqreqat, mexanizm və qurğulardan başqa); tabeçiliyində olan dalğıclara xilasetmə işlərinin yerinə yetirilməsinin yeni qaydalarının öyrədilməsinin metod və üsullarmı, məşqlərin keçirilməsi və dalğıc-xilasedicilərin hazırlanmasını, kiçik gəmilərin idarə olunması qaydaların.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver