“Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı, satışı üçün lisenziya verilməsi, onların satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması və gündəlik dövlət nəzarətinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarına əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı, satışı üçün lisenziya verilməsi, onların satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması və gündəlik dövlət nəzarətinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarına aşağıdakı əlavələr edilsin:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları”na aşağıdakı əlavələr edilsin:
a) 2.1.8-ci yarımbəndində aşağıdakı redaksiyada yeni dördüncü abzas əlavə edilsin:
“Tütün məmulatı qutularının nümunəvi formalarının təqdim edilməsi.”;
b) 6.1.-ci yarımbəndində aşağıdakı redaksiyada yeni ikinci abzas əlavə edilsin:
“tütün məmulatının istehsalçıları tütün qarışığını bilavasitə müəssisədə hazırlamalı və qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər. İstehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının tərkibində olan nikotin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat təqdim etməlidirlər. Tütün məmulatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınmalıdır.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi Qaydaları”nın 6.1-ci yarımbəndində aşağıdakı redaksiyada yeni ikinci abzas əlavə edilsin:
“Tütün məmulatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınmalıdır.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları”na aşağıdakı əlavələr edilsin:
a) 5-ci bəndə aşağıdakı redaksiyada yeni ikinci və üçüncü abzaslar əlavə edilsin:
“Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda, qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatının ədədlə satılması qadağan olunur.
Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.”;
b) 10-cu bəndə aşağıdakı redaksiyada yeni üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslar əlavə edilsin:
“Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;
tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşla (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.”.
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 26 fevral 2002-ci il № 32