Qanunvericilik › “Azərbaycan Respublikası ərazisinə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 01.04.1999) › Tam mətn

“Azərbaycan Respublikası ərazisinə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 01.04.1999)

“Azərbaycan Respublikası ərazisinə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi qaydaları haqqında Təlimat (İqtisadiyyat Nazirliyi, 01.04.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

K Bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 saylı, 04 mart 1999-cu il tarixli Qərarına və bu Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi" Qaydalarına əsasən hazırlanmış və alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalında dövlət tənzimlənməsi mexanizminin icrasını müəyyən edir.

1.2. Ticarət Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra "ərizəçilər") aşağıdakı fəaliyyət növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1.etil (yeyinti) spirtinin idxalı

1.2.2.alkoqollu içkilərin idxalı

1.2.3.tütün məmulatının idxalı

Bu bənddə göstərilən hər bir fəaliyyət növü üçün lisenziyalar bu Təlimatın 1 saylı əlavəsində göstərilən xarici iqtisadi fəaliyyətdə əmtəə nomenklaturası üzrə həmin malların kodlarına uyğun verilir.

Hər bir təsərrüfat subyektinə lisenziya il ərzində bu malların idxalına İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş illik yuxarı həddi 15 faizdən çox olmayan həcmi şərti ilə verilir.

1.3.Ərizəçilər yalnız lisenziya aldıqdan sonra, həmin lisenziyalarda göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Lisenziyalar hər bir müqavilə (müqavilə olmadıqda əqdi təsdiq edən sənəd) üzrə ölkənin bu mallara idxal tələbatından asılı olaraq verilir.

1.4.Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu bənddə göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Təlimata uyğun olaraq lisenziya almalıdırlar.

1.5.Lisenziyanın sahibi verilən lisenziyalardan (lisenziyanın sürətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2.1. Lisenziya almaq üçün ərizəçi Ticarət Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir;

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün (əlavə №2) - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, statistik kodu, hüquqi ünvanın hesablaşma hesabının nömrəsi, bankın adı, malın godu və həcmi göstərilməklə fəaliyyət növü;

- fiziki şəxslər üçün əlavə (əlavə №3) - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu və həcmi göstərilməklə fəaliyyət növü.

2.1.2.Xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin (müqavilə olmadıqda əqdi təsdiq edən sənədin) əsli və surəti.

2.1.3.Ərizədə göstərilən fəaliyyət növü üzrə topdan və ya pərakəndə satış üçün qüvvədə olan lisenziyanın surəti (qanunvericiliklə nəzərdə tutulmuş halda);

2.1.4.Müəssisənin təsis sənədlərinin surəti;

2.1.5.Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.6.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.7.Lisenziya almaq üçün dövlət rüsumunun dövlət büdcəsinə ödənildiyini təsdiq edən sənəd;

2.1.8.Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surət.

2.2. Ərizəçidən bu Təlimatda nəzərdə tutulmayan sənədlərin tələb olunması,qadağandır

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Təlimatda nəzərdə tutulan sənədlər Ticarət Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Bu Təlimatda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina, edilir:

2.4.1.Bu Təlimatda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2.Ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3.Fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda (məhsulların topdan satışı və saxlanılması üçün sahəsi 100 kv.metrdən az olmayan daimi fəaliyyət göstərən stasionar anbar binasının olması, mühafizə siqnalizasiyası, sənədlərin saxlanılması üçün seyfin və ticarət texniki-texnoloji avadanlıqların olması);

2.4.4.Ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən bir il vaxt keçməmişdirsə;

2.4.5.Ərizəçi əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.6.Qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün Ticarət Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir;

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən dövlət qeydiyyatı şəhadətnaməsi qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziyada da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi, onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Ticarət Nazirliyinin verdiyi müddəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirilir. Ticarət Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlə təqdim edildikdə verilir.

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1.Ticarət Nazirliyinin adı;

3.1.2.Hüquqi şəxslər üçün - lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3.Fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4.Malın hami, dəyəri və kodu göstərilməklə həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5.Lisenziyanın qüvvədə olma müddəti;

3.1.6.Müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7.Lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.8.Malın təyinatı;

3.1.9.Müqavilə haqqında məlumat (4 saylı əlavədə göstərilən kodlar daxil olmaqla);

3.1.10. İdxalçının təsis sənədlərinin əsas göstəriciləri.

3.2. "Malın təyinatı" bəndi aşağıdakı 3 mümkün haldan biri kimi göstərilir:

3.3. Lisenziya Ticarət Nazirliyinin rəhbəri (o olmadıqda rəhbərin müavini) tərəfindən imzalanır və Ticarət Nazirliyinin möhürü ilə təsdiq olunur.

4.1. Lisenziyanın müddəti bir ilədək ola bilər.

4.2. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətini almaq üçün Ticarət Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1.Verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2.Obyektlər barədə bu Təlimatın 2.1.8. yarımbəndində tələb olunan sənədlər.

5.3. Ticarət Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Təlimatın 2.3. və 2.4. bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4.Lisenziyanın surəti - lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla blankın yuxarı sağ küncünə "Surəti" sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, Ticarət Nazirliyinin rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və Ticarət Nazirliyinin möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5.Lisenziyanın surəti Ticarət Nazirliyi tərəfindən qeydə alınır.

5.6.Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Ticarət Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

6.1.Lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən lisenziyanın qüvvədə olma qaydalarına, dövlət nəzarətinin aparılmasına şərait yaradılmasına, lisenziyada göstərilən idxal həcmlərinin tam yerinə yetirilməsinə, rəsmiləşdirilmiş lisenziyaları onların rəsmiləşdirilmə tarixindən etibarən 30 gün müddətində gömrük orqanına təqdim edilməsinə və lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən digər normativ-hüquqi aktlara əməl etməlidirlər.

6.2.Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Ticarət Nazirliyi həyata keçirir.

6.3.Nəzarət qaydasında Ticarət Nazirliyinin səlahiyyətləriniz aşağıdakılar daxildir:

6.3.1.Lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ - hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2.Yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3.Yoxlamanın nəticəsinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4.Müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5.Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4.Lisenziya sahibi aparılan yoxlama zamanı Ticarət Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri təqdim etməyə borcludur.

6.5.Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Ticarət Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6.Ticarət Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu təlimata uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

7.1. Ticarət Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1.Ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2.Ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyin uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3.Hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşmiş faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4.Lisenziyanın qüvvədə olma qaydalarının ərizəçi tərəfindən pozulduğu aşkar edildikdə.

7.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda Ticarət Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət gömrük orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Ticarət Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur. Həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət gömrük orqanlarına məlumat verilir.

7.3. Ticarət Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1.Ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2.Lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3.Lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4.Məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5.Hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Ticarət Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət gömrük orqanlarına məlumat verir.

5 gün müddətində ərizəçi lisenziyanı geri qaytarmadıqda Ticarət Nazirliyinin iddiası əsasında mübahisə məhkəmə qaydasında həll olunur.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Ticarət Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

8.1. Ticarət Nazirliyinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunverciliyinin pozulması, yaxud onun yazılı şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Ticarət Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Təlimatda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Malın satılması nəzərdə tutulan obyektin ünvanı:

Əməliyyatın növü (kodu):

Ödəniş valyutası (kodu):

Ödəniş forması (kodu):

Lisenziyanı alan məsul şəxs

Vəzifəsi______________________________________________________________________

“___” _______ 199__ il

Adı, atasının adı, soyadı:

Pasport (seriya, nömrə):

Kim tərəfindən verilib:

Malın satılması nəzərdə tutulan obyektin ünvanı:

Xarici şirkət: Ünvanı:

Ölkəsi (kodu): Bank rekvizitləri:

Əməliyyatın növü kodu): Ödəniş valyutası (kodu): Ödəniş forması (kodu):

XİF ƏN kodu: Ümumi dəyəoi

Ölçü vahidi Malın təyinatı

Lisenziyanı alan məsul şəxs

____________________________ ______________________________

Vəzifəsi. _________________________________________________________________________________

“___”_______ 199___il

________________________________________________________________________________________

Əməliyyat Əməliyyat xarakterinin adı

21 Sərbəst dönərli valyutayla hesablaşma yolu ilə mal göndərişi

23 Dövlət krediti üzrə mal göndərişi

24 Bank krediti üzrə mal göndərişi

25 Kommersiya krediti üzrə mal göndərişi

26 Dövlət kreditinin ödənilməsi üzrə mal göndərişi

27 Sərhədyanı və sahilyanı ticarət üzrə mal göndərişi

31 Məhdud konversiyalı klirinq üzrə hesablaşma yolu ilə mal göndərişi

33 Dövlət krediti üzrə mal göndərişi

34 Bank krediti üzrə mal göndərişi

35 Kommersiya krediti üzrə mal göndərişi

36 Dövlət kreditinin ödənilməsi üzrə mal göndərişi

37 Sərhədyanı və sahilyanı ticarət üzrə mal göndərişi

41 Sərbəst dönərli valyuta ilə hesablaşma yolu ilə mal göndərişi

43 Dövlət krediti üzrə mal göndərişi

45 Kommersiya krediti üzrə mal göndərişi

51 Birbaşa mal mübadiləsi ilə mal göndərişi (pul hesablaşması aparılmadan-barter əməliyyatları)

55 Birbaşa istehsalat əlaqələri üzrə mal göndərişi

93 Emal üçün xammal və yarımfabrikat göndərişi

94 Xammal və yarımfabrikat emalından sonra mal göndərişi

96 Komission əsasda, digər ölkələrin hesabına mal göndərişi

Ölkənin kodu Ölkənin adı

660 Angiliya (Britaniya)

533 Aruba (Hollandiya)

086 Britaniya ərazisi

136 Kayman (Britaniya)

400 Koreya Xalq Demokratik Respublikası

410 Koreya Respublikası

581 Kiçik Sakit Okean adaları

474 Martinika (Fransa)

583 Mikroneziya (ABŞ)

500 Montserrat (Britaniya)

570 Niye (Yeni Zelandiya)

574 Norfolk (Avstraliya)

654 Müqəddəs Yelena adaları

784 Birləşmiş Ərəb Əmrlikləri

598 Papua (Yeni Qvineya)

612 Pitkern (Britaniya)

630 Puerto-Riko (ABŞ)

678 San-Tome və Prins

682 Səudiyyə Ərəbistanı

659 Sent-Kits və Nevis

092 Virciniya adaları (Britaniya)

850 Virciniya adaları (ABŞ)

312 Qvadelupa (Fransa)

292 Qibraltar (Britaniya)

214 Dominikan Respublikası

092 Solomonov adaları

344 Sənqam (Honq-Konq)

780 Trinidad və Tobaqo

258 Fransa Polineziyası

260 Fransa Cənubi ərazisi

334 Herd və Maqdonald

140 Mərkəzi Respublika

744 Şpisberq və Yan-may

226 Ekvador Qvineyası

710 Cənubi Afrika Respublikası

000 müəyyən olunmamış ölkələr

003 İNGİLTƏRƏ FUNT STERLİNQİ

005 HOLLANDİYA QULVENİ

019 LÜKSENBURQ FRANKI

027 AVSTRİYA ŞİLLİNQİ

035 AVSTRALİYA DOLLARI

045 EKYU (AVROPA PUL VAHİDİ)

191 MEN ADALARI FUNTU

213 YUNANISTAN DRAHMI

216 FİNLANDİYA MARKASI

221 SƏUDİYYƏ ƏRƏBİSTANI RİALI

228 ARGENTİNA AUSTRALI

229 YƏMƏN ƏRƏB RESPUBLİKASI RİALI

242 BRAZİLİYA KRUZADOSU

243 ZELLANDİYA ADALARI ESKUDOSU

252 ƏFQANISTAN ƏFQANİSİ

253 PAPUA YENİ QVİNEYA KİNASI

260 İNDONEZİYA RUPİSİ

281 PORTUQAL ESKUDOSU

355 YENİ ZELANDİYA DOLLARI

358 MALAYZİYA RİNQQİTİ

364 SYERA-LEONE LEONU

365 HONQ-KONQ DOLLARI

373 MOZAMBİK METİKALI

380 TANZANİYA ŞİLLİNQİ

391 VENESUELA BOLİVARI

394 BOLİVİYA BOLİVİYANI

403 QVİNEYA-BİSAU PESOSU

412 SEYŞEL ADALARI RUPİSİ

421 ŞƏRQİ KARİB DOLLARI

423 KOSTA-RİKA KOLONU

433 HOLLANDİYA ANTİL QULDENİ

434 NİKARAQUA KORDOBU

435 PARAQVAY QUVARANI

438 TRİNİD VƏ TOBAQO DOLLARI

440 MAVRİTANİYA UQİSİ

479 VANUATU RESPUBLİKASI VATU

480 CƏNUBİ KOREYA BONU

482 KAYMAN ADALARI DOLLARI

483 SOLOMON ADALARI DOLLARI

486 SVAZİLEND LİLANQENİ

490 TONQAS DOLLARI (PAANQİ)

492 QƏRBİ SAMOA TALASI

504 MACARISTAN FORİNTİ

737 YUQOSLAVİYA DİNARI

889 QAZAXISTAN TƏNGƏSİ

902 TÜRKMƏNİSTAN MANATI

904 TACİKİSTAN MİLLİ VALYUTASI

905 AZƏRBAYCAN MANATI

950 UKRAYNA KARBOVENTSİ

04 DİGƏR HESABLAŞMA NÖVLƏRİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı, satışı üçün lisenziya verilməsi, onların satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması və gündəlik dövlət nəzarətinin aparılması qaydaları haqqında" 33 saylı, 04.03.99-cu il tarixli qərarının 15-ci bəndinin icrasını təmin etmək məqsədilə

1. "Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi qaydaları haqqında" Təlimat təsdiq edilsin.

2. Xarici Ticarətin Tənzimlənməsi Departamenti təlimatın müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsini təmin etsin və lisenziyalaşdırılma ilə bağlı sənədləşməni aprel ayının 1-dən etibarən bu təlimata uyğun həyata keçirsin.

3. 21 avqust 1997-ci il tarixdə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisinə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı üçün lisenziya verilməsi qaydaları haqqında" Təlimat qüvvəsini itirmiş hesab edilsin.

4. Əmrin icrasına nəzarəti öz üzərində saxlayıram.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver