Qanunvericilik › “Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq ediləsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 25.12.1997) › Tam mətn

“Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq ediləsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 25.12.1997)

“Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq ediləsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 25.12.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

__________№ 1101 “25”.12.1997-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 16 iyun 1997-ci il tarixli 61-li qərarının tələblərinin respublika gömrük orqanlarında yerinə yetirilməsini təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi haqqında” Təlimat (1-4 №-li əlavələri ilə) təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında” Təlimat (əlavələri ilə) normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı kündən qüvvəyə minsin və həmin andan Gömrük Komitəsinin 05.07.1995-ci il tarixli 983-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında” Təlimat öz qüvvəsini itirmiş hesab edilsin.

4. Gömrük orqanları rəhbərlərinə tapşırılsın ki, idxal əməliyyatlarının rəsmiləşdirilməsi zamanı mövcud Təlimata ciddi riayət edilməsini təmin etsinlər.

5. İşlər İdarəsi (R.Həsənəliyev) Respublika Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Təlimatın Komitənin müvafiq strukturlarına və gömrük orqanlarına çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət və bu Təlimatın icrası ilə bağlı gömrük orqanlarına metodik köməklik göstərilməsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (F.Məmmədov) tapşırılsın.

Azərbaycan Respublikası Dövlət

Gömrük Komitəsinin sədri K.HEYDƏROV

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver