Qanunvericilik › “Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 15.12.1997) › Tam mətn

“Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 15.12.1997)

“Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 15.12.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq.

2. “Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallar və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında” Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Əsasnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin və həmin andan Dövlət Gömrük Komitəsinin 29 iyul 1996-ci il tarixli 532 saylı əmri ilə təsdiq edilmiş “MDB” hüdudları kənarından gətirilən aksiz vergisinə cəlb edilən mallara və minik avtomobillərinə aksizlərin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimat öz qüvvəsini itirmiş hesab edilsin.

4. Tabelikdə olan gömrük orqanlarının rəhbərlərinə tapşırılsın ki, gömrük rəsmiləşdirilməsi zamanı mövcud Təlimata ciddi riayət edilməsini təmin etsinlər.

5. İşlər İdarəsi (R.Həsənəliyev) Respublika Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Təlimatın gömrük orqanlarına çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (F.Məmmədov) həvalə edilsin.

Azərbaycan Respublikası Dövlət

Gömrük Komitəsinin sədri K.HEYDƏROV

1. 12 aprel 2021-ci il tarixli 1000/02/002 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202104122002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 aprel 2021-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver