Qanunvericilik › “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 08.05.2012) › Tam mətn

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 08.05.2012)

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 08.05.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.5-ci maddəsinə əsasən qərara alıram:

1. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).

2. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri” təsdiq edilsin (Əlavə II).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu Fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2012-ci il

1.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması (bundan sonra - geyim forması) onların geyim əşyaları və fərqlənmə nişanlarının dəstidir.

1.2. Geyim əşyalarına üst geyimləri, baş geyimləri, ayaqqabılar və digər geyim əşyaları daxildir:

1.2.1. üst geyimləri - palto, plaş, istiləşdirilmiş gödəkcə, demisezon gödəkcə, yay gödəkcəsi, yaz-payız gödəkcəsi, kapüşonlu gödəkcə, qış gödəkcəsi, kitel, şalvar, yubka;

1.2.2. baş geyimləri - papaq, furajka, pilotka, şlyapa, beysbolka;

1.2.3. ayaqqabılar - tufli, çəkmə, uzunboğaz çəkmə;

1.2.4. digər geyim əşyaları - pulover, köynəklər, qalstuk, şərf, əlcək, corab, yay örtüyü, xüsusi bel kəməri.

1.3. Fərqlənmə nişanları - geyim formasında rəmzlər şərti təsvir olunmaqla dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və xüsusi rütbəyə mənsubiyyəti göstərir. Fərqlənmə nişanlarına poqon, ulduzlar, qol və yaxa nişanları, döş nişanı, tanınma döş nişanı, lövhəcik, kokarda, forma düymələri, qalstuk üçün sıxac, kant və lampas aiddir. Bundan əlavə, geyim formasındakı rəng, biçim, geyimin komplektliyi və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

1.4. Geyim forması mərasim, gündəlik və səhra geyim formalarından ibarətdir.

1.5. Mərasim geyim forması dövlət, hökumət rəhbərlərinin iştirak etdikləri rəsmi tədbirlərdə və xüsusilə təntənəli hallarda geyinmək üçün nəzərdə tutulur.

1.6. Səhra geyim forması sutkalıq naryadlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulur.

1.7. Gündəlik geyim forması qalan bütün hallarda geyilir.

1.8. Geyim forması və fərqlənmə nişanları ilə təchizat normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

1.9. Geyim formasının daşınması qaydalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi təsdiq edir.

2.1. Geyim forması qış və yay geyimlərinə bölünür. Qış geyimləri yay geyimlərinə nisbətən qalın və isti parçadan tikilir.

2.2.1. ali rəis heyəti üçün - furajka, beysbolka, papaq (qadınlar üçün qalın parçadan şlyapa), palto, plaş, istiləşdirilmiş xəzli gödəkcə, demisezon gödəkcə, yaz-payız gödəkcəsi, kapüşonlu gödəkcə, kitel, şalvar (qadınlar üçün yubka və şalvar), pulover, uzunqol köynək, qalstuk, şərf, əlcək, corab və isti içlikli çəkmə;

2.2.2. baş və orta rəis heyəti və kiçik heyət üçün – furajka, beysbolka, papaq (qadınlar üçün qalın parçadan şlyapa), palto, plaş, istiləşdirilmiş gödəkcə, demisezon gödəkcə, yaz-payız gödəkcəsi, kapüşonlu gödəkcə, kitel, şalvar (qadınlar üçün yubka və şalvar), pulover, uzunqol köynək, qalstuk, şərf, əlcək, corab və isti içlikli çəkmə.

2.3.1. ali rəis heyəti üçün - furajka (qadınlar üçün nazik parçadan şlyapa), beysbolka, üçdüymə köynək, qısaqol köynək, şalvar (qadınlar üçün yubka və şalvar), corab və tufli;

2.3.2. baş və orta rəis heyəti və kiçik heyət üçün - kişilər üçün pilotka, qadınlar üçün nazik parçadan şlyapa, beysbolka, üçdüymə köynək, qısaqol köynək, şalvar (qadınlar üçün yubka və şalvar), corab və tufli.

3.1.1. ali rəis heyəti üçün boz qaragül xəzdən tikilir. Günlüyü və qulaqlıqları tünd mavi rəngdədir. Günlüyünün üzərinə ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 39);

3.1.2. baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli qalın parçadan tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan ibarətdir. İçərisində sırınma astarı vardır. Dövrə tünd göy rəngli xəzdən tikilir. Dövrə alın və iki düyməciklə bərkidilən arxa hissələrdən ibarətdir. Dövrənin alın hissəsinin aşağısına papağın öz rəngində günlük tikilir. Baş və orta rəis heyəti üçün papağın günlüyünün üstünə həmin heyət üçün müəyyən edilmiş qızılı rəngli naxış tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və kokardası vardır (şəkil 44).

3.2.1. ali rəis heyəti üçün tünd mavi parçadan hərbi nümunə ilə tikilir. Üst tərəfində və orta hissəsinin kənarında ensiz qırmızı rəngli zolaq vardır. Günlüyü tünd mavi rəngdədir və üzərinə ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə naxışı olan üzlük tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan kokardası vardır. Kokardanın sağ və sol hissələrində toxunma sünbül nişanları vardır (şəkil 42);

3.2.2. baş və orta rəis heyəti üçün tünd göy parçadan tikilir, üst tərəfində ensiz və orta hissəsində enli yaşıl zolaq vardır. Günlüyü qara rəngdədir və üzərinə baş və orta rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə zolaq tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və kokardası vardır (şəkil 46).

3.3. Şlyapa (qadın əməkdaşların geyim dəstinə aiddir):

3.3.1. ali rəis heyəti üçün tünd mavi rəngli, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli parçadan tikilir. Eni 90 mm olan kənar hissələri arxadan və yanlardan bir az qaldırılmışdır. Ali rəis heyəti üçün şlyapanın iki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və kokardası vardır. Kənarlarında və orta hissəsində qırmızı rəngli ensiz zolaq vardır. Qış geyim dəsti üçün şlyapa qalın, yay geyim dəsti üçün isə nazik parçadan tikilir (şəkil 43);

3.3.2. baş və orta rəis heyəti və kiçik heyət üçün şlyapanın günlük hissəsində həmin heyət üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan üzlük tikilir. Kənarlarında və orta hissəsində yaşıl rəngli ensiz zolaq vardır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan kokardası vardır. Qış geyim dəsti üçün şlyapa qalın, yay geyim dəsti üçün isə nazik parçadan tikilir (şəkil 45).

3.3-1.1. ali, baş və orta rəis heyəti və kiçik heyət üçün yazpayız beysbolkası yaz-payız gödəkcəsinin hazırlandığı tünd mavi parçadan tikilir, günlüklüdür, günbəz formalı və dairəvidir. Ali rəis heyəti üçün beysbolkanın günlüyünün üzərinə həmin heyət üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlər gedir. Tikişlərin birləşdiyi təpə hissəsinin mərkəzinə düymə bərkidilir, yan və arxa hissələrində 4 ədəd hava dəlikləri vardır. Dairənin ön tərəfinin ortasına Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokarda, arxa tərəfinə üzərində qızılı rəngli “GÖMRÜK” sözü toxunmuş, ölçünü nizamlamaq üçün iki hissədən ibarət yapışqanlı lent tikilir (şəkil 43-3, 49-1);

3.3-1.2. ali, baş və orta rəis heyəti və kiçik heyət üçün yay beysbolkası yaz-payız gödəkcəsinin hazırlandığı tünd mavi parçadan tikilir, günlüklüdür, günbəz formalı və dairəvidir. Ali rəis heyəti üçün beysbolkanın günlüyünün üzərinə həmin heyət üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlər gedir. Tikişlərin birləşdiyi təpə hissəsinin mərkəzinə düymə bərkidilir, yan və arxa hissələri dəliklidir. Dairənin ön tərəfinin ortasına Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokarda, arxa tərəfinə üzərində qızılı rəngli “GÖMRÜK” sözü toxunmuş, ölçünü nizamlamaq üçün iki hissədən ibarət yapışqanlı lent tikilir (şəkil 43-4, 49-2);

3.3-1.3. ali, baş və orta rəis heyəti və kiçik heyət üçün qış beysbolkası kapüşonlu gödəkcənin hazırlandığı tünd mavi parçadan tikilir, içəri qatlanan qulaqlıqları vardır, günlüklüdür, günbəz formalı və dairəvidir. Ali rəis heyəti üçün beysbolkanın günlüyünün üzərinə həmin heyət üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlər gedir. Tikişlərin birləşdiyi təpə hissəsinin mərkəzinə düymə bərkidilir. Dairənin ön tərəfinin ortasına Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokarda, arxa tərəfinin ortasına qızılı rəngli “GÖMRÜK” sözü toxunulur (şəkil 43-5, 49-3).

3.4. Pilotka - baş və orta rəis heyətinin və kiçik heyətin kişilər üçün yay geyim dəstinə aiddir. Şalvarın hazırlandığı parçadan tikilir. Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir. Astarlıdır. Pilotkanın qabaq hissəsində kokarda vardır (şəkil 49).

3.4-1.1. ali rəis heyəti üçün boz rəngli parçadan tikilir, ikibortludur, hər iki tərəfindən kəsmə yan cibləri, üzərində 6 ədəd plastmas düyməsi və eyni parçadan tikilmiş bel kəməri vardır. Qadınlar üçün plaş birbortludur, 3 ədəd plastmas düymə ilə sol tərəfə düymələnir. Plaşın yaxalığında sağ və sol tərəflərdə ali rəis heyəti üçün müəyyən edilmiş sarı rəngli toxunma sünbül nişanı, çiyinlərində poqonlar, sol qolunda (qadınlarda sağ qolunda) ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı vardır (şəkil 4, 5);

3.4-1.2. baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli parçadan tikilir, ikibortludur, hər iki tərəfindən kəsmə cibləri, üzərində 6 ədəd plastmas düyməsi və eyni parçadan tikilmiş bel kəməri vardır. Qadınlar üçün plaş birbortludur, üzərində 4 ədəd plastmas düymə vardır. Plaşın yaxalığında sağ və sol tərəflərdə sarı metaldan hazırlanmış, diametri 20 mm olan yaxa nişanı, çiyinlərində poqonlar vardır. Plaşın sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil 19, 21).

3.5. İstiləşdirilmiş gödəkcə:

3.5.1. ali rəis heyəti üçün boz rənglidir, içliyi və yaxalığı xəzdəndir, düzbiçimlidir. Bir sırada yerləşən 3 ədəd düymə ilə bağlanır və hər iki yan tərəfində düz yerləşdirilmiş, üstlüyü qatlanan cibləri vardır. Sol qolunda (qadınlarda sağ qolunda) ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı, çiyinlərində poqonlar vardır (şəkil 1);

3.5.2. baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli sukeçirməyən parçadan tikilir, düzbiçimlidir. Bir sırada yerləşən 4 ədəd düymə ilə bağlanır, ətək və döş hissələrində hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan cibləri vardır. Gödəkcənin içəri hissəsinə düymələrlə bağlanan və açılıb çıxarılan istiləşdirilmiş içliyi vardır. Sol qolunda (qadınlarda sağ qolunda) baş və orta rəis heyəti və kiçik heyət üçün müəyyən edilmiş qol nişanı, çiyinlərində poqonlar vardır (şəkil 26, 27).

3.5-1. Kapüşonlu gödəkcə – ali, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd mavi rəngli sukeçirməyən parçadan tikilir, boyunluğu dikdir, düzbiçimlidir və bortları zəncirbəndlə bağlanır. İsti içliyi, boyunluğunda içəri yığılıb-açılan kapüşonu, döş hissələrində hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan və yapışqanlı döş cibləri, ətək hissəsində düz yan cibləri vardır. Çiyinlərində gödəkcənin parçasından hazırlanan taxılıb-çıxarılan poqonlar üçün basmadüymə ilə düymələnən kəmərcikləri vardır. Kürəyi koketkalıdır. Koketkanın tikiş xəttindən 3 sm yuxarıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən ağ rəngli “GÖMRÜK” sözü tikilir. Sol qolunda qol nişanı, sağ döş cibinin üstündə tanınma döş nişanı, sol döş cibinin üstündə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılan lövhəcik vardır (şəkil 4-1, 5-1, 26-1, 27-1).

3.6. Demisezon gödəkcə - ali rəis heyəti üçün tünd mavi, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli parçadan tikilir. Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Döş hissəsində kəsmə fiqurlu qapağı basma düymə ilə düymələnən cibləri, ətək hissəsində isə kəsmə cibləri vardır. Gödəkcənin qurşağı və qolları trikotajdandır. Boyunluğu dikdir, trikotajdandır və gödəkcənin parçasından hazırlanan taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basma düymə ilə düymələnir. Gödəkcənin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil 10, 11, 28, 29).

3.6-1. Yaz-payız gödəkcəsi – ali, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd mavi rəngli sukeçirməyən parçadan tikilir, boyunluğu dikdir, düzbiçimlidir və bortları zəncirbəndlə bağlanır. Döş hissələrində hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan və yapışqanlı döş cibləri, döş ciblərinin yanında zəncirbəndlə bağlanan düz cibləri və ətək hissəsində zəncirbəndlə bağlanan düz yan cibləri vardır. Çiyinlərində gödəkcənin parçasından hazırlanan taxılıb-çıxarılan poqonlar üçün basmadüymə ilə düymələnən kəmərcikləri vardır. Kürəyi koketkalıdır. Koketkanın tikiş xəttindən 3 sm yuxarıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən ağ rəngli “GÖMRÜK” sözü tikilir. Sol qolunda qol nişanı, sağ döş cibinin üstündə tanınma döş nişanı, sol döş cibinin üstündə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılan lövhəcik vardır (şəkil 10-1, 11-1, 28-1, 29-1).

3.7.1. ali rəis heyəti üçün tünd mavi rəngli parçadandır, açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu ortadan üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dörd böyük düymə ilə düymələnir. Ali rəis heyəti üçün müəyyən edilmiş kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və yan cibləri vardır. Kürək hissəsində, ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kitelin yaxalığında və qol manjetlərinin üzərində ensiz qırmızı rəngli zolaq, qollarının aşağı arxa hissəsində isə bir sırada yerləşən sarı metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd kiçik düymə vardır. Kitelin sağ və sol qatlanan yaxalıqlarında sarı rəngli toxunma sünbül nişanları, çiyinlərində poqonlar vardır. Kitelin sol qolunda (qadınlarda sağ qolunda) ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı vardır (şəkil 8, 9);

3.7.2. baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli parçadan tikilir, açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu orta hissədən üzərində Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri olan 4 ədəd böyük düymə ilə düymələnir. Kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və yan cibləri vardır. Kürək hissəsində, ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Qollarının aşağı arxa hissəsində bir sırada yerləşən sarı metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri olan 3 ədəd kiçik düymə vardır. Çiyinlərində poqonlar, sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil 24, 25).

3.8.1. ali rəis heyəti üçün tünd mavi rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərinə hər birinin eni 20 mm olan 2 ədəd qırmızı rəngli zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır;

3.8.2. baş və orta rəis heyəti üçün tünd göy rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvarın boyunca ensiz yaşıl zolaq tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır;

3.8.3. ali, baş və orta rəis heyəti və kiçik heyət kişi və qadın əməkdaşlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, üçdüymə və ya ətəyi düz uzunqol köynəklə geyinilən şalvar tünd mavi rəngli parçadan, düz, manjetsiz tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdə kəsmə cibləri vardır.

3.9. Yubka - ali rəis heyəti üçün tünd mavi rəngli, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli parçadan, düzünə tikilir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir.

3.10. Pulover - ali rəis heyəti üçün göy, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli yundan toxunur. Düzbiçimlidir, yaxalığı üçbucaq formalıdır. Yaxalıq 3 sm enində ikiqat toxunmuşdur və mərkəzdən düz tikişlə birləşir. Ətəyi və qollarının bilək hissəsi 5 sm enində ikiqat toxunmuş manjetdən ibarətdir. Kürəyi bütövdür. Qolun dirsək hissəsinə pulover rəngində ipək parçadan dirsəklik tikilir. Dirsəkliyin kənarları oval formalıdır və xüsusi tikişlə tikilir. Çiyinlərində poqon bərkitmək üçün puloverin rəngində parçadan hazırlanan və düymə ilə düymələnən kəmərciklər vardır (şəkil 12, 13, 30, 31).

3.11.1. ali rəis heyəti üçün qısaqol köynək ağ rəngli, uzunqol köynəklər isə ağ və açıq mavi rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Kapüşonlu gödəkcə və ya yaz-payız gödəkcəsi ilə geyinilən açıq mavi rəngli uzunqol köynəyin ətəyi düz, uzunqol və qısaqol ağ rəngli köynəklərin ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qısaqol köynəyin qolları manjetlidir. Uzunqol köynəyin qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Çiyinlərində poqonlar, ağ rəngli uzunqol və qısaqol köynəklərin sol qolunda (qadınlarda sağ qolunda) ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı vardır. Ağ rəngli uzunqol köynək kitelsiz geyilərkən qalstuk taxılır. Qısaqol köynək isə qalstuksuz geyilir. Açıq mavi rəngli uzunqol köynəyin sol qolunda qol nişanı, sağ döş cibinin üstündə tanınma döş nişanı, sol döş cibinin üstündə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılan lövhəcik vardır (şəkil 14-17);

3.11.2. baş və orta rəis heyəti və kiçik heyət üçün qısaqol köynək ağ rəngli, uzunqol köynəklər isə açıq mavi rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir, kapüşonlu gödəkcə və ya yaz-payız gödəkcəsi ilə geyinilmək üçün nəzərdə tutulan açıq mavi rəngli uzunqol köynəyin ətəyi isə düzdür. Qısaqol köynəyin qolları manjetlidir. Uzunqol köynəyin qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Hər üç köynəyin çiyinlərində poqonlar vardır. Ətəyi düz açıq mavi rəngli uzunqol köynəyin sol qolunda qol nişanı, sağ döş cibinin üstündə tanınma döş nişanı, sol döş cibinin üstündə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılan lövhəcik, ətəyi rezinli açıq mavi rəngli uzunqol və ağ rəngli qısaqol köynəklərin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır. Ətəyi rezinli açıq mavi rəngli uzunqol köynək kitelsiz geyilərkən qalstuk taxılır. Qısaqol köynək isə qalstuksuz geyilir (şəkil 32-35).

3.11.3. ali, baş və orta rəis heyəti və kiçik heyət üçün üçdüymə köynək açıq mavi rənglidir, qatlanan boyunluqludur, qısaqoldur və ətəyi düzdür. Yaxası üç adi kiçik düymə ilə düymələnir. Sol qolunda qol nişanı, çiyinlərində taxılıb-çıxarılan poqonlar üçün basmadüymə ilə düymələnən kəmərcikləri vardır. Kürəyi düzdür, boyunluğundan 13 sm aşağıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən ağ rəngli “GÖMRÜK” sözü tikilir. Sol döş cibinin üstündə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılan lövhəcik, sağ döş cibinin üstündə tanınma döş nişanı vardır (şəkil 16-1, 17-1, 34-1, 35-1).

3.12. Qalstuk - gömrük orqanlarının ali rəis heyəti üçün göy, digər vəzifəli şəxsləri üçün isə tünd göy rəngdə olur. Qalstuka qızılı rəngli sıxac taxılır.

3.13. Şərf – istiləşdirilmiş gödəkcə üçün tünd göy rəngli trikotaj, plaş üçün isə ağ rəngli ipək parçadan hazırlanır.

3.14. Əlcək - beşbarmaqlıdır, qara rəngdə olur.

3.15. Corab (qadınlar üçün dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngdə olur.

3.16. Tufli - bütün əməkdaşlar üçün qara rəngli dəridən tikilir, üstü hamar və naxışsız olur, yastı dabanlıdır.

3.17. Çəkmə (qadınlar üçün uzunboğaz çəkmə) - bütün əməkdaşlar üçün qara rəngli dəridən tikilir, üstü yumşaq, naxışsız olur, altlığı göndən hazırlanır, içərisinə süni dəridən istiləşdirilmiş içlik tikilir.

3.18. Xüsusi bel kəməri – qara rəngli göndən hazırlanır. Eni 4,5 sm, toqqası 5x6 sm-dir. Üzərində qobur, fənər və gömrük nəzarəti zamanı lazım olan digər əşyaların asılması üçün futlyarlar vardır (şəkil 73).

4.1. Ali rəis heyəti üçün mərasim geyim forması furajka (qadınlar üçün şlyapa), palto, kitel, şalvar (qadınlar üçün yubka), köynək, qalstuk, şərf, əlcək, corab, tufli və çəkmədən ibarətdir:

4.1.1. furajka - ağ rəngli parçadan tikilir, üst tərəfində və ortasının yuxarı hissəsində ensiz qırmızı rəngli zolaq vardır. Günlüyü ağ rəngdədir, 2 sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və toxunma sünbül nişanları əhatəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan kokardası vardır. Furajkanın günlüyünün üstünün sağ və sol tərəflərində qızılı rəngli sünbül nişanları vardır (şəkil 40);

4.1.2. şlyapa - ağ rəngli parçadan tikilir. Eni 90 mm olan kənar hissələri arxadan və yanlardan bir az qaldırılmışdır. Kənarlarında və orta hissəsində qırmızı rəngli ensiz zolaq vardır. Günlüyü ağ rəngdədir, 2 sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və toxunma sünbül nişanları əhatəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan kokardası vardır. Şlyapanın günlüyünün üstünün sağ və sol tərəflərində qızılı rəngli sünbül nişanları vardır (şəkil 41);

4.1.3. palto - boz rəngli yun parçadandır, ikibortludur, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sarı metaldan hazırlanmış 6 ədəd böyük düyməsi, hər iki tərəfindən düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri vardır. Qadınlar üçün palto birbortludur, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan 3 ədəd düymə ilə sol tərəfə düymələnir. Paltonun qollarının aşağı arxa hissəsində bir sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd kiçik düymələri, arxadan bel hissəsində isə sarı metaldan hazırlanmış 2 ədəd böyük düymə ilə bərkidilən kəmərciyi vardır. Paltonun yaxalığında sağ və sol tərəflərdə ali rəis heyəti üçün müəyyən edilmiş sarı rəngli toxunma sünbül nişanı, çiyinlərində poqonlar, qolunda ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı vardır (şəkil 2, 3);

4.1.5. kitel - ağ rəngli parçadandır, ikibortludur, arxası bütövdür, üstlüyü qatlanan iki yan cibi, iki sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 6 ədəd düyməsi vardır. Kitelin yaxalığında və qol manjetlərinin üzərində ensiz qırmızı rəngli zolaq, qollarının aşağı hissəsində sarı rəngli toxunma zolaq, aşağı arxa hissəsində isə bir sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd kiçik düymələr vardır. Kitelin qatlanan yaxalıqlarında sağ və sol tərəfdən sarı rəngli toxunma sünbül nişanı, çiyinlərində poqonlar, qolunda ali rəis heyəti üçün müəyyən edilmiş qol nişanı vardır (şəkil 6, 7);

4.1.6. şalvar - qara rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində hərəsinin eni 20 mm olan iki qırmızı rəngli zolaq vardır (şəkil 6);

4.1.7. yubka - qara rəngli parçadan, düzünə tikilir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir (şəkil 7);

4.1.8. köynək - uzunqol ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Qolları manjetli və yarıqlıdır. Bortlar və manjetlər adi düymələrlə düymələnir;

4.1.9. qalstuk - qara rəngdədir. Qalstuka qızılı rəngli sıxac taxılır;

4.1.10. şərf – palto üçün trikotaj parçadan hazırlanır, ağ rəngdə olur;

4.1.11. əlcək - beşbarmaqlıdır, ağ rəngdə olur;

4.1.12. corab (qadınlar üçün dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngdə olur;

4.1.13. tufli, çəkmə - qara rəngdə, üstü yumşaq, altlığı göndən olur.

4.2. Baş və orta rəis heyəti və kiçik heyət üçün mərasim geyim forması furajka, palto, kitel, şalvar (qadınlar üçün yubka), köynək, qalstuk, şərf, əlcək, corab, tufli və çəkmədən ibarətdir:

4.2.1. furajka – bu Əsasnamənin 3.2.2-ci yarımbəndində təsvir olunduğu kimidir (şəkil 46);

4.2.2. palto - tünd göy rəngli qalın parçadandır, ikibortludur, üzərində Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri olan sarı metaldan hazırlanmış 6 ədəd böyük düyməsi, hər iki tərəfindən düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri vardır. Qadınlar üçün palto birbortludur, üzərində Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri olan sarı metaldan hazırlanmış 4 ədəd böyük düyməsi vardır. Qollarının aşağı arxa hissəsində bir sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri olan 3 ədəd kiçik düymələri, arxadan isə bel hissəsində sarı metaldan hazırlanmış 2 ədəd eyni böyük düymə ilə bərkidilən kəmərciyi vardır. Paltonun yaxalığında sağ və sol tərəflərdə sarı metaldan hazırlanmış, diametri 20 mm olan yaxa nişanı, çiyinlərində poqonlar vardır. Paltonun sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil 18, 20);

4.2.4. kitel - tünd göy rəngli parçadandır, ikibortludur, arxası bütövdür, hər iki tərəfindən düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üstündə iki sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində gömrük orqanlarının embleminin təsviri olan 6 ədəd düymə vardır. Kitelin qollarının aşağı arxa hissəsində bir sırada yerləşən, üzərində gömrük orqanlarının embleminin təsviri olan sarı metaldan hazırlanmış 3 ədəd kiçik düymə vardır. Kitelin qatlanan yaxalıqlarında sağ və sol tərəfdən sarı metaldan hazırlanmış, diametri 20 mm, üzərində gömrük orqanlarının embleminin təsviri olan düymələr, çiyinlərində poqonlar vardır. Kitelin sol qolunda qol nişanı vardır. Qadınlar üçün kitel forması eyni qalmaqla, sol tərəfə düymələnir və qol nişanı kitelin sağ qolunda yerləşdirilir (şəkil 22, 23);

4.2.5. şalvar - tünd göy rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvar boyunca yaşıl rəngli ensiz zolaq tikilir. Kəsmə yan cibləri, arxada sağ tərəfdə qapalı kəsmə cibi vardır (şəkil 22);

4.2.6. yubka - tünd göy rəngli parçadan, düzünə tikilir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir (şəkil 23);

4.2.7. köynək - uzunqol ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Qolları manjetli və yarıqlıdır. Bortlar və manjetlər adi düymələrlə düymələnir;

4.2.8. qalstuk - tünd göy rəngdədir. Qalstuka qızılı rəngli sıxac taxılır;

4.2.9. şərf – palto üçün trikotaj parçadan hazırlanır, ağ rəngdə olur;

4.2.10. əlcək - beşbarmaqlıdır, ağ rəngdə olur;

4.2.11. corab (qadınlar üçün dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngdə olur;

4.2.12. tufli və çəkmə - qara rəngdə, üstü yumşaq, altlığı göndən olur.

5.1. Səhra geyim forması - hərbi nümunəli yay papağı, qış papağı, qış gödəkcəsi, yay gödəkcəsi, qısaqol yay köynəyi, mayka, şalvar, yay örtüyü, əlcək, corab, uzunboğaz qara rəngli hərbi nümunəli çəkmədən ibarətdir.

5.2. Yay papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) eyni parçadandır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-2, 48).

5.3. Qış papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) və qatlanan yan tərəfləri açıq mavi rəngdədir. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-1, 47).

5.4. Qış gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Qatlanan boyunluqludur (ali rəis heyəti üçün mavi rəngli), isti içliyi, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-1, 9-2, 36, 36-1).

5.5. Yay gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-3, 9-4, 37, 37-1).

5.5-1. Qısaqol yay köynəyi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-5, 9-6, 38, 38-1).

5.6. Mayka – qış üçün qalın, yay üçün nazik açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir.

5.7. Şalvar - açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan düzünə, balaqları ensiz, hərbi nümunə ilə tikilir. Şalvarın dizdən yuxarı hissəsində sol və sağ tərəflərdən üstdən tikilən, üstlüyü qatlanan və düymələnən cibləri vardır. Şalvarın balağı uzunboğaz çəkmənin içərisinə salınır.

5.8. Yay örtüyü - sarı rəngli parçadan hazırlanır, düzbiçimlidir. Mərkəzdən 6 sm uzunluğunda 3 ədəd yapışqanlı lentlə bağlanır. Örtüyün bel səviyyəsində 5 sm enində plastmas toqqası olan yapışqanlı lentlə bağlanan kəmər vardır. Qabaq və arxa hissələrin hər iki tərəfində qoltuğun altından oval şəkildə ətəyə doğru uzanan 5 sm enində işığı əks etdirən materialdan birinci zolaq və 3 sm enində ikinci zolaq tikilir. Ön hissənin döş nahiyəsində sol tərəfdə gömrük orqanının emblemi tikilir. Kürək hissə bütövdür. Kürək nahiyəsində eni 9 sm olan ətəkdən 32 sm məsafədə işığı əks etdirən materialdan “GÖMRÜK” sözü tikilir. Örtüyün boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində yaşıl rəngli köbə ilə tikilir. Bortun, köbələrin və zolaqların kənarları 0,2 sm-lik bəzək tikişi ilə haşiyələnir (şəkil 72).

5.10. Əlcək - beşbarmaqlıdır, qara rəngdə olur.

5.11. Corab - qara rəngdə olur.

5.12. Çəkmə - hərbi nümunəli uzunboğaz, qara rəngli dəridən, qaytanla bağlanan, altlığı qalın göndən olur.

6.1. Poqonlar - xüsusi rütbəni müəyyən etmək üçündür.

6.2. Daşınma üsuluna görə poqonlar tikilmə və taxılıb-çıxarılan poqonlara bölünür:

6.2.1. tikilmə poqonlar palto, plaş, istiləşdirilmiş gödəkcə və kiteldə daşınır;

6.2.2. taxılıb-çıxarılan poqonlar demisezon gödəkcədə, puloverdə, köynəkdə və səhra geyim formasında daşınır;

6.2.3. tikilmə poqonların və köynəyə (yay səhra geyim formasının köynəyi istisna olmaqla) taxılıb-çıxarılan poqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir;

6.2.4. ali rəis heyəti üçün nəzərdə tutulmuş həm tikilən, həm də taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz) sarı sapdan tikilmə üsulu ilə hazırlanır;

6.2.5. baş və orta rəis heyəti və kiçik heyət üçün demisezon gödəkcəyə, puloverə və səhra geyim formasına taxılıb-çıxarılan poqonlarda ulduzlar sarı sapdan tikilmə (və ya preslənmə) üsulu ilə hazırlanır;

6.2.6. baş rəis heyəti üçün paltoya, plaşa, istiləşdirilmiş gödəkcəyə, kitelə tikilən və köynəyə taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz) və aypara şəkilli emblem, həmçinin orta rəis heyəti və kiçik heyət üçün palto, plaş, istiləşdirilmiş gödəkcə, kitelə tikilən və köynəyə taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz) sarı rəngli metaldan hazırlanır;

6.2.7. demisezon gödəkcənin, puloverin və səhra geyim formasının poqonları üçün nəzərdə tutulan kəmərciklər adi kiçik düymələrlə düymələnir. Köynəklərə poqonlar forma düyməsi vasitəsilə bərkidilir.

6.3. Ali rəis heyəti üçün poqonlar - üzərində sarı rəngli sapdan tikilmiş, Azərbaycan Respublikası həqiqi dövlət gömrük xidmətinin müşaviri üçün diametri 40 mm olan, gömrük xidməti general-polkovniki, general-leytenantı, general-mayoru və tibb xidməti general-mayoru üçün isə diametri 30 mm olan 8 guşəli ulduzlar (ulduz), itibucaq altında birləşmiş xətlər çəkilmiş, kənarları ensiz qırmızı zolaqlı, uzunluğu 160 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir. Poqonun aşağı hissəsində qızılı rəngli toxunma aypara vardır. Yay geyim dəstinin poqonu ağ rəngdə, qış geyim dəstinin poqonu boz rəngdə, mərasim geyim formasının poqonu açıq sarı rəngdə olur. Azərbaycan Respublikası həqiqi dövlət gömrük xidmətinin müşaviri üçün poqonun yuxarı hissəsində sarı sapdan tikilmiş Azərbaycan Respublikası Dövlət gerbinin təsviri vardır. Tikilmə poqonların və köynəyə taxılıb-çıxarılan poqonların yuxarı hissəsində sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə vardır. Poqonlarda ulduzlar poqonun uzununa doğru düz xətt boyunca düzülür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə məxsus poqonların kənarı sarı rəngli bəzəkli lentlə haşiyələnir. Xüsusi rütbədən asılı olaraq, poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkil 50-53):

6.3.1. Azərbaycan Respublikası həqiqi dövlət gömrük xidmətinin müşaviri - 1 ulduz;

6.3.2. gömrük xidməti general-polkovniki - 3 ulduz;

6.3.3. gömrük xidməti general-leytenantı - 2 ulduz;

6.3.4. gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru - 1 ulduz.

6.4. Baş rəis heyəti üçün poqonlar - üstündə diametri 22 mm olan 8 güşəli ulduzlar (ulduz), uzunluğu 150 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir. Aşağı hissəsində aypara şəkilli emblem vardır. Qış geyim dəsti üçün poqonlar tünd göy rəngdə, yay dəsti üçün ağ rəngdədir. Tikilmə poqonların və köynəyə taxılıb-çıxarılan poqonların yuxarı hissəsində sarı metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə vardır. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkil 54, 55):

6.4.1. gömrük xidməti polkovniki, tibb xidməti polkovniki - 3 ulduz;

6.4.2. gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 2 ulduz;

6.4.3. gömrük xidməti mayoru, tibb xidməti mayoru - 1 ulduz.

6.5. Orta rəis heyəti üçün poqonlar - üstündə diametri 17 mm olan 8 güşəli ulduzlar (ulduz), uzunluğu 150 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir. Qış geyim dəsti üçün poqonlar tünd göy rəngdə, yay dəsti üçün ağ rəngdədir. Tikilmə poqonların və köynəyə taxılıb-çıxarılan poqonların yuxarı hissəsində sarı metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə vardır. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkil 56, 57):

6.5.1. gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 4 ulduz;

6.5.2. gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı - 3 ulduz;

6.5.3. gömrük xidməti leytenantı, tibb xidməti leytenantı - 2 ulduz;

6.5.4. gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 ulduz.

6.6. Kiçik heyət üçün poqonlar - üstündə diametri 15 mm olan 8 güşəli ulduzlar, uzunluğu 150 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir. Qış geyim dəsti üçün poqonlar tünd göy rəngdə, yay dəsti üçün ağ rəngdədir. Tikilmə poqonların və köynəyə taxılıb-çıxarılan poqonların yuxarı hissəsində sarı metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan düymə vardır. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkil 58, 59):

6.6.1. gömrük xidməti baş giziri, tibb xidməti baş giziri - 3 ulduz;

6.6.2. gömrük xidməti giziri, tibb xidməti giziri - 2 ulduz.

6.7.1. ali rəis heyəti üçün dairəvi şəkillidir, gündəlik geyim forması üçün mavi rəngli, mərasim geyim dəsti üçün ağ rəngli parçanın üzərində gömrük orqanlarının emblemi toxunmuşdur. Qol nişanının kənarları boyunca qırmızı rəngli ensiz zolaq toxunmuşdur (şəkil 65, 66);

6.7.2. baş və orta rəis heyəti və kiçik heyət üçün dairəvi şəkilli qara parçanın üzərində gömrük orqanlarının emblemi, kənarları boyunca yaşıl rəngli ensiz zolaq toxunmuşdur (şəkil 67).

6.8.1. ali rəis heyəti üçün yaxa nişanı sünbül şəkildədir. Sarı rəngli metaldan hazırlanır (şəkil 62);

6.8.2. baş və orta rəis heyəti və kiçik heyət üçün yaxa nişanı gömrük orqanlarının emblemi şəklindədir. Tibb xidməti əməkdaşları üçün yaxa nişanının ortasında tibb xidmətinin rəmzi olan kuzənin ətrafına dolaşmış ilan, onun arxasında qılınc, ətraflarında isə sünbül həkk olunmuşdur. Sarı rəngli metaldan hazırlanır (şəkil 63, 64).

6.8-1. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır. Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunmuşdur. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunmuşdur. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılmışdır. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunmuşdur. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilmişdir. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi vardır (Şəkil 67-1).

6.8-2. Tanınma döş nişanı – dairəvi formalı, aşağı hissəsi uzunsov, arxası yapışqanlıdır. Üzərində gömrük orqanının emblemi toxunmuşdur, qızılı rənglə “AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK XİDMƏTİ”, “AZERBAIJAN CUSTOMS SERVICE” sözləri və “1992” rəqəmləri yazılmışdır. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Üçdüymə və ətəyi düz uzunqol köynəyin, yazpayız gödəkcəsinin və kapüşonlu gödəkcənin sağ döş cibinin üstünə yapışdırılır (şəkil 67-2).

6.8-3. Lövhəcik – hündürlüyü 30 mm, eni 80 mm ölçülü düzbucaqlı formasında və arxası yapışqanlıdır. Üzərində qızılı rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi və şəxsi qeydiyyat nömrəsi yazılır. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Üçdüymə və ətəyi düz uzunqol köynəyin, yaz-payız gödəkcəsinin və kapüşonlu gödəkcənin sol döş cibinin üstünə yapışdırılır (şəkil 67-3).

6.9.1. ali rəis heyəti üçün kokarda toxunma üsulu ilə hazırlanır. Baş geyiminin ön hissəsinə vurulur. Kokardanın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, təsvirin aşağısında, sağ və sol tərəflərində 184 mm xətt boyunca qızılı rəngli sünbül nişanları vardır (şəkil 60);

6.9.2. baş və orta heyəti və kiçik heyət üçün metaldan hazırlanır. Baş geyiminin ön hissəsinə vurulur. Kokardanın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, təsvirin aşağısında, sağ və sol tərəflərində 65 mm xətt boyunca qızılı rəngli sünbül nişanları vardır (şəkil 61).

6.10. Forma düymələri – sarı rəngli metaldan hazırlanır. Ali rəis heyəti üçün düymələrin üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur. Baş və orta rəis heyəti və kiçik heyət üçün düymələrin üzərində gömrük orqanlarının emblemi həkk olunur (şəkil 69, 70).

6.11. Qalstuk üçün sıxac – sarı rəngli metaldan hazırlanır. Ali rəis heyəti üçün sıxacın üzərində rütbədən asılı olaraq 1, 2 və 3 ulduz həkk olunur. Baş və orta rəis heyəti və kiçik heyət üçün sıxacın üzərində gömrük orqanlarının emblemi həkk olunur (şəkil 71).

Gömrük orqanlarının ali rəis heyəti üçün xəzli gödəkcənin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün paltonun təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün paltonun təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün plaşın təsviri

Şəkil 4-1. Gömrük orqanlarının ali rəis heyəti üçün kapüşonlu gödəkcənin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün plaşın təsviri

Şəkil 5-1. Gömrük orqanlarının qadın ali rəis heyəti üçün kapüşonlu gödəkcənin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün mərasim geyim formasının təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün mərasim geyim formasının təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün gündəlik geyim formasının təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün gündəlik geyim formasının təsviri

Şəkil 9-1. Gömrük orqanlarının ali rəis heyəti kişi əməkdaşları üçün qış səhra geyim formasının təsviri

Şəkil 9-2. Gömrük orqanlarının ali rəis heyəti qadın əməkdaşları üçün qış səhra geyim formasının təsviri

Şəkil 9-3. Gömrük orqanlarının ali rəis heyəti kişi əməkdaşları üçün yay uzunqol səhra geyim formasının təsviri

Şəkil 9-4. Gömrük orqanlarının ali rəis heyəti qadın əməkdaşları üçün yay uzunqol səhra geyim formasının təsviri

Şəkil 9-5. Gömrük orqanlarının ali rəis heyəti kişi əməkdaşları üçün yay qısaqol səhra geyim formasının təsviri

Şəkil 9-6. Gömrük orqanlarının ali rəis heyəti qadın əməkdaşları üçün yay qısaqol səhra geyim formasının təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün gündəlik demisezon gödəkcənin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün yaz-payız gödəkcəsinin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün gündəlik demisezon gödəkcənin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün yaz-payız

Gömrük orqanlarının ali rəis heyəti üçün puloverin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün puloverin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün gündəlik uzunqol köynəyin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün ətəyi düz uzunqol köynəyin təsviri

Gömrük orqanlarının qadır ali rəis heyəti üçün gündəlik uzunqol köynəyin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün ətəyi düz

uzunqol köynəyin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün yay geyim dəstinin təsviri

Gömrük orqanlarının ali rəis heyəti üçün üçdüymə köynəyin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün yay geyim dəstinin təsviri

Gömrük orqanlarının qadın ali rəis heyəti üçün üçdüymə köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün paltonun təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün plaşın təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün paltonun təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün plaşın təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün mərasim geyim formasının təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün mərasim geyim formasının təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün gündəlik geyim formasının təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün gündəlik geyim formasının təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün istiləşdirilmiş gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün kapüşonlu gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün istiləşdirilmiş gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün kapüşonlu gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün demisezon gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün yaz-payız gödəkcəsinin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün demisezon gödəkcənin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün yaz-payız gödəkcəsinin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyət və kiçik heyəti üçün puloverin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyət i və kiçik heyət qadın əməkdaşları üçün puloverin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün gündəlik uzunqol köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün ətəyi düz uzunqol köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın əməkdaşları üçün gündəlik uzunqol köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün ətəyi düz uzunqol köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti üçün yay geyim dəstinin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti

üçün üçdüymə köynəyin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyət qadın aməkdaşları üçün yay geyim dəstinin təsviri

Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün üçdüymə köynəyin təsviri

Şəkil 36. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi əməkdaşları üçün qış səhra geyim formasının təsviri

Şəkil 36-1. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün qış səhra geyim formasının təsviri

Şəkil 37. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi əməkdaşları üçün yay uzunqol səhra geyim formasının təsviri

Şəkil 37-1. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün yay uzunqol səhra geyim formasının təsviri

Şəkil 38. Gömrük orqanlarının baş, orta rəis heyəti və kiçik heyəti kişi əməkdaşları üçün yay qısaqol səhra geyim formasının təsviri

Şəkil 38-1. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti qadın əməkdaşları üçün yay qısaqol səhra geyim formasının təsviri

Şəkil 39. Gömrük orqanlarının ali rəis heyəti üçün xəzli papağın təsviri

Şəkil 43-1. Gömrük orqanlarının ali rəis heyəti kişi və qadın əməkdaşları üçün səhra geyim formasının qış papağının təsviri

Şəkil 43-2. Gömrük orqanlarının ali rəis heyəti kişi və qadın əməkdaşları üçün səhra geyim formasının yay papağının təsviri

Şəkil 43-3. Gömrük orqanlarının ali rəis heyəti kişi və qadın əməkdaşları üçün yaz-payız beysbolkasının təsviri

Şəkil 43-4. Gömrük orqanlarının ali rəis heyəti kişi və qadın əməkdaşları üçün yay beysbolkasının təsviri

Şəkil 43-5. Gömrük orqanlarının ali rəis heyəti kişi və qadın əməkdaşları üçün qış beysbolkasının təsviri

Şəkil 47. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi və qadın əməkdaşları üçün səhra geyim formasının qış papağının təsviri

Şəkil 48. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi və qadın əməkdaşları üçün səhra geyim formasının yay papağının təsviri

gömrük orqanlarının baş rəis heyəti üçün

gömrük orqanlarının orta rəis heyəti üçün

gömrük orqanlarının kiçik heyəti üçün

Şəkil 49-1. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi və qadın əməkdaşları üçün yaz-payız beysbolkasının təsviri

Şəkil 49-2. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi və qadın əməkdaşları üçün yay beysbolkasının təsviri

Şəkil 49-3. Gömrük orqanlarının baş və orta rəis heyəti və kiçik heyəti kişi və qadın əməkdaşları üçün qış beysbolkasının təsviri

1. 11 dekabr 2020-ci il tarixli 1211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 dekabr 2020-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1473)

2. 29 oktyabr 2021-ci il tarixli 1472 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 oktyabr 2021-ci il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1116)

3. 7 iyul 2023-cü il tarixli 2202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyul 2023-cü il, “Xalq” qəzeti, 8 iyul 2023-cü il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 927)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver