Qanunvericilik › “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.03.2023) › Tam mətn

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.03.2023)

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.03.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2023-cü il

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,

Tərəflər arasında mövcud dostluq münasibətlərini və strateji tərəfdaşlığı gücləndirmək üçün tikintidə normativ və qiymətqoyma sahəsində əməkdaşlığı inkişaf etdirməyi arzu edərək,

hazırkı və gələcək nəsillərin rifahı baxımından tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinin əhəmiyyətini dərk edərək,

tikinti sənayesinin təşviqi üçün tikinti işləri üzrə ortaq qiymətlərin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq,

belə bir əməkdaşlığın onların ümumi maraqlarına xidmət edəcəyinə, hər iki ölkədə iqtisadi və sosial inkişafa töhfə verəcəyinə inanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Tərəflər bu Anlaşma Memorandumunun şərtlərinə uyğun olaraq əməkdaşlıq imkanlarının genişləndirilməsinə zəmin yaratmaq, ortaq texniki terminologiya formalaşdırmaq, idarəetmə və texniki təcrübə (biliklər) mübadiləsini aparmaq məqsədilə iki ölkə arasında ədalət, bərabərlik və qarşılıqlı fayda əsasında bilik, ən yaxşı təcrübə və texnologiya mübadiləsinin aparılmasında əməkdaşlıq etməyə razılaşdılar.

Tərəflər öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

a) resursların illik cari qiymətlərinin sistemləşdirilməsi və təhlili;

b) resursların smeta qiymətlərinin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi;

c)tikinti-quraşdırma işləri üzrə ortaq qiymətlərin uyğunlaşdırılınası, təhlili və rəsmiləşdirilməsi.

Tərəflər 2-ci maddədə qeyd olunan istiqamətlər üzrə aşağıdakı formada əməkdaşlıq edirlər:

a) təlim proqramlarının, görüşlərin, konfransların və simpoziumların təşkili;

b) elmi və texniki səfər proqramlarının təşkili;

c) tədqiqatçıların, məsləhətçilərin, ekspertlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili;

d) tədqiqat, təkmilləşdirmə və tətbiqetmə fəaliyyətləri.

4.1. Tərəflər hər bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq, eləcə də bu məqsədlər üçün aidiyyəti qurumların maliyyə mənbələrindən asılı olaraq əməkdaşlığı təşviq edir və asanlaşdırırlar.

4.2. Səyahət, yemək və qalma xərclərinin göndərən Tərəf tərəfindən qarşılanması ilə Tərəflər razılaşdırılmış sahələrdə ekspert mübadiləsi həyata keçirirlər.

4.3. Bundan əlavə, 3-cü maddədə qeyd olunan tədbirlərin xərclərinin qarşılanması üçün maliyyə tənzimləmələrini belə tədbirləri təşkil edən Tərəf öz üzərinə götürəcək, lakin hər bir Tərəf bu tədbirlərdə iştirak edən nümayəndələrinin nəqliyyat, yemək və qalma xərclərini qarşılayır.

Hər bir Tərəf bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq fəaliyyətlərində iştirak etmək üçün dövlət qurumlarını, elmi müəssisə və təşkilatlan, özəl müəssisə və qeyri-hökumət təşkilatlarını dəvət edə bilər.

Tərəflər bu Anlaşma Memorandumunun məqsədləri üçün aşağıdakı qurumları səlahiyyətli orqanlar qismində təyin edirlər:

Azərbaycan Respublikası Hökuməti adından - Fövqəladə Hallar Nazirliyi;

Türkiyə Respublikası Hökuməti adından - Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi.

7.1. Qüvvəyəminmə tarixindən sonra bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın səmərəli icrasını təmin etmək məqsədilə Tərəflər Birgə Komitə təsis edirlər.

7.2. Hər bir Tərəf bu Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra 3 (üç) ay ərzində bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın idarə olunmasına məsul olan milli koordinator təyin edir. Hər bir Tərəf təyin etdikləri milli koordinatorun adını bir-birinə bildirir.

7.3. Milli koordinatorlar Anlaşma Memorandumunun 2-ci maddəsində qeyd olunan əməkdaşlıq fəaliyyətlərinin ehtiva olunduğu birgə iş proqramlarının hazırlanması üçün əməkdaşlıq edirlər.

7.4. Milli koordinatorlar əməkdaşlığın müzakirə olunacağı tarixi müəyyən edir, qarşılıqlı olaraq razılaşdırılmış tarixlərdə keçiriləcək Birgə Komitənin iclaslarında həmsədrlik edir və Birgə Komitə tərəfindən verilən tövsiyələrin icrasına nəzarət edirlər.

7.5. Birgə Komitənin iclasları növbə ilə Azərbaycan və Türkiyədə keçirilir.

Tərəflər qarşılıqlı yazılı razılıq ilə öz milli qanunvericiliklərinə uyğun olaraq əməkdaşlıqlarının nəticələrini üçüncü Tərəflərlə bölüşmək üçün razılığa gelə bilərlər.

Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin öz dövlətlərinin tərəf olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn mövcud hüquq və öhdəliklərinə təsir edəcək şəkildə şərh edilmir.

10.1. Tərəflər müvafiq milli qanunvericiliklərinə və Azərbaycan Respublikasının və Türkiyə Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Anlaşma Memorandumu çərçivəsində ötürülən və ya yaranan əqli mülkiyyət hüquqlarının səmərəli qorunmasını təmin edirlər.

10.2. Bu Anlaşma Memorandumunun məqsədi üçün “əqli mülkiyyət” dedikdə 1967-ci il 14 iyul tarixində Stokholm şəhərində imzalanmış “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması haqqında Konvensiya”nın 2-ci maddəsində verilən məna başa düşülür.

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqindən yarana biləcək hər hansı mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Anlaşma Memorandumuna dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 13-cü maddədə qeyd olunan prosedura uyğun olaraq qüvvəyə minir.

13.1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

13.2. Bu Anlaşma Memorandumu 1 (bir) il müddətində qüvvədə qalır. Anlaşma Memorandumunun müddətinin bitməsindən ən azı 6 (altı) ay əvvəl Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digərinə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılır.

13.3. Hər bir Tərəf digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməklə bu Anlaşma Memorandumunu istənilən zaman ləğv edə bilər. Bu halda bildiriş alındığı tarixdən 3 (üç) ay sonra bu Anlaşma Memorandumu ləğv edilir.

13.4. Bu Anlaşma Memorandumunun ləğvi bu maddənin müddəalarına uyğun olaraq razılaşdırılmış və ləğvetmədən əvvəl başlanılmış layihə və fəaliyyətlərin etibarlılıq və davamlılıq müddətinə təsir göstərmir.

13.5. Bu Anlaşma Memorandumu Ankara şəhərində 22 dekabr 2022-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.

13.6. Bu Anlaşma Memorandumunun müddəalarının təfsirində hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver