Qanunvericilik › “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2017) › Tam mətn

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2017)

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1141, № 12, maddə 2247; 2017, № 3, maddə 506, № 7, maddə 1478) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Republikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən (bundan sonra - büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) yanında Dövlət Xəzinədarlıq Agentliyində İqtisadiyyat Nazirliyinin xüsusi xəzinə hesabı (bundan sonra - xüsusi xəzinə hesabı) açılır.

1.3. Büdcədənkənar vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

1.4. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

1.5. Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək İqtisadiyyat Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.

1.6. Büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, İqtisadiyyat Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

2.1. Xüsusi xəzinə hesabına maliyyə sanksiyalarından vəsaitin ayrılması hesabat dövrünün faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir. Bu azalma neft və qeyri-neft sektorları üzrə daxilolmaların ümumi daxilolmada xüsusi çəkisinə uyğun aparılır.

2.2. Büdcədənkənar vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) xüsusi xəzinə hesabına köçürülməsini Maliyyə Nazirliyi təmin edir.

2.3. Büdcədənkənar vəsait üzrə gəlirlərin və xərclərin məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti il üzrə xüsusi xəzinə hesabının gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə, cari ilin iyul ayının 1-dək aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

2.3.1. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

2.3.2. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.3.3. növbəti il üçün təklif olunan vəsaitlər üzrə gəlirlərin məbləği (büdcə gəlirlərinin təsnifatının kodları üzrə);

2.3.4. növbəti il üçün gəlirlərin və xərclərin proqnozuna dair hesablamalar;

2.3.5. növbəti il üçün gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) layihəsi;

2.3.6. izahat məlumatları.

2.4. Maliyyə Nazirliyi cari ilin iyul-avqust aylarında İqtisadiyyat Nazirliyi ilə növbəti il üçün büdcədənkənar vəsait üzrə gəlirlərin və xərclərin layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq, gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) protokolla rəsmiləşdirilir.

2.5. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar Maliyyə Nazirliyi tərəfindən baxılarkən, məqsədyönlü, səmərəli və düzgün istifadə edilməsinə diqqət yetirilir.

2.6. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 1 ay müddətində protokolla rəsmiləşdirilmiş büdcədənkənar vəsait üzrə gəlir (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Smetanın bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələr isə İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

2.8. Büdcədənkənar vəsait üzrə gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) layihələri üzrə aparılmış müzakirələrin nəticələrinə dair protokolla rəsmiləşdirilmiş məbləğlər, habelə təsdiq edilmiş smetasında dəyişikliklər yalnız əsaslandırılmış arayış əsasında həyata keçirilir.

3.1. Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.1.3. işçilərə maddi yardımın göstərilməsinə;

3.1.4. işçilər üçün səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;

3.1.5. işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;

3.1.6. işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə;

3.1.7. işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi;

3.1.8. işçilərə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş müavinətlərin ödənilməsinə;

3.1.9. sosial sığorta haqlarının (işçilər ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün) ödənilməsinə.

3.2. İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki potensialının artırılması məqsədi ilə büdcədənkənar vəsait aşağıdakı istiqamətlərə xərclənir:

3.2.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.2.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

3.2.3. maddi-texniki bazanın möhkəmləndirilməsinə və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə;

3.2.4. inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

3.2.5. İqtisadiyyat Nazirliyi tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsinə, həmçinin beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

3.2.6. məqsədli təqaüdlərin ödənilməsinə;

3.2.7. İqtisadiyyat Nazirliyinin sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımının ayrılmasına;

3.2.8. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər və məhdud məsuliyyətli cəmiyyətlər) saxlanma xərclərinin ödənilməsi, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə yardımının ayrılmasına.

3.2-1. Büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənir.

3.3. Büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

4.1. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri (bundan sonra - nazir) və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında nazirin və ya onun səlahiyyət verdiyi şəxsin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

5.1. Bu Qaydanın 3.1-ci bəndinə əsasən ödənilən vəsaitdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

5.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Cari ildə əldə edilən digər gəlirlər,

gəlirlərin növləri üzrə

Cari ildə cəmi gəlirlər:

Cari ildə cəmi xərclər:

təsnifatda nəzərdə tutulmuş maddələr üzrə

Qeyd. Smetaya gəlir və xərc maddələri üzrə haqq-hesablar və izahat vərəqəsi əlavə edilir.

1. 6 mart 2018-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 mart 2018-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 587)

2. 18 sentyabr 2018-ci il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 20 sentyabr 2018-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1927)

3. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

4. 27 may 2019-cu il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 976)

5. 31 avqust 2020-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 avqust 2020-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1133)

6. 20 yanvar 2022-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2022-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 73)

7. 25 may 2022-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyun 2022-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 571)

8. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver