Qanunvericilik › Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Tam mətn

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsi ilə həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin IV hissəsinə əsasən, aşağıdakı məsələlərin həll edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aiddir:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;

2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;

3. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvlərinin bir qisminin seçilməsi;

4. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi;

5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2005-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver