Qanunvericilik › Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 07.02.2001) › Tam mətn

Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 07.02.2001)

Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 07.02.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İdarə Heyətinin Sədri

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 1999-cu il 26 iyul tarixli, 161 saylı Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Milli Bankının (irəlidə “Milli Bank”) qısamüddətli notlarının (irəlidə “qısamüddətli notlar”) buraxılışı, yerləşdirilməsi və dövriyyəsi qaydalarını tənzimləyir.

2.1. Milli Bankın qısamüddətli notları—Milli Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul-kredit siyasəti vasitəsidir. Qısamüddətli notların sahibləri yalnız Milli Bankın lisenziyası əsasında fəaliyyət göstərən banklar ola bilər.

2.2. Müvəkkil bank—bank lisenziyasına malik olan və qiymətli kağızlar bazarında broker və ya diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış bankdır. Müvəkkil bank qısamüddətli notlarla əqdlərin bağlanması ilə əməliyyatları bu Qaydalar əsasında həyata keçirir.

2.3. İnvestor—qısamüddətli notlarla əqdləri müvəkkil bank vasitəsilə həyata keçirən bankdır.

2.4. Ticarətin təşkilatçısı—mövcud qanunvericiliyə uyğun olaraq qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziya almış qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır. Ticarətin təşkilatçısı Milli Bankla müqavilə əsasında qısamüddətli notlarla əqdlərin bağlanması prosedurasını təmin edir.

2.5. Depozitari—mövcud qanunvericiliyə uyğun olaraq müvafiq lisenziya almış və Milli Bankla müqavilə əsasında qısamüddətli notlarla depozitar fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış təşkilatdır. Depozitar fəaliyyəti—qısamüddətli notların uçotu və onlara olan hüquqların keçməsi üzrə xidmətlərin göstərilməsidir.

2.6. Qısamüddətli notların ilkin yerləşdirilməsi (irəlidə—“ilkin yerləşdirmə”)—Emitent tərəfindən qısamüddətli notların ilk sahiblərinə satış üsuludur.

2.7. Rəqabətli sifariş—sifarişdə göstərilən şərtlərlə (dəqiq qiymət və miqdar) qısamüddətli notların alqı-satqısı müqaviləsinin bağlanması barədə alıcının Milli Banka etdiyi təklif hesab olunur. Rəqabətli sifariş orada göstərilən qiymət kəsmə qiymətdən aşağı olmadıqda təmin edilir.

2.8. Qeyri-rəqabətli sifariş—ilkin yerləşdirmənin orta çəkili qiyməti ilə sifarişdə göstərilən pul vəsaiti məbləğində qısamüddətli notların alqı-satqısı müqaviləsinin bağlanması barədə alıcının Milli Banka etdiyi təklifdir.

2.9. Qısamüddətli notların tədavülü—qısamüddətli notlar üzrə mülkiyyət hüquqlarının keçməsinə səbəb olan mülki-hüquqi əqdlərin bağlanmasıdır.

2.10. Qısamüddətli notların ödənilməsi—Milli Bank tərəfindən qısamüddətli notların tədavüldən çıxarılması və sahiblərin hesablarına qısamüddətli notların nominal dəyəri miqdarında pul vəsaitinin köçürülməsidir.

2.11. “REPO əməliyyatı”—qısamüddətli notların sahibi (irəlidə—“Satıcı”) tərəfindən qısamüddətli notların digər şəxsə (irəlidə—“Alıcı”) satışı və eyni zamanda Alıcının həmin qısamüddətli notları Satıcıya satmaq, Satıcının isə onları Alıcıdan geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır.

2.12. Birbaşa hərrac - Milli Bank tərəfindən qısamüddətli notların qiymətinin elan olunması üsulu ilə həyata keçirilən hərracdır. Bu hərracda investorlar tərəfindən yalnız qeyri-rəqabətli sifariş verilir.

2.13. Dolayı hərrac - Milli Bank tərəfindən qısamüddətli notların həcminin elan olunması üsulu ilə həyata keçirilən hərracdır. Bu hərracda investorlar tərəfindən həm rəqabətli, həm də qeyri-rəqabətli sifarişlər verilir.

3.1. Milli Bank qısamüddətli notların Emitenti vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqlara malikdir:

3.1.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə qarşılıqlı münasibətləri müəyyənləşdirən müqavilələr bağlamaq;

3.1.2. qısamüddətli notların ilkin yerləşdirilməsi qaydalarını müəyyən etmək və onu keçirmək;

3.1.3. ilkin yerləşdirilmə zamanı satılmamış qısamüddətli notların əlavə satışını həyata keçirmək;

3.1.4. qısamüddətli notlarla təkrar bazarda əqdlər bağlamaq.

3.2. Qısamüddətli notların ilkin yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (irəlidə—“QKDK”) tərəfindən qısamüddətli notlar buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra həyata keçirilir.

3.3. Qısamüddətli notların buraxılışının qeydiyyatı üçün Milli Bank QKDK-ya ilkin yerləşdirilmənin keçirilmə tarixinə ən azı 3 iş günü qalmış aşağıdakı sənədləri təqdim edir:

3.3.1. buraxılışın qeydiyyatı üçün vəsatət;

3.3.2. qısamüddətli notların emissiya prospekti;

3.3.3. qısamüddətli notların buraxılması haqqında Milli Bankın qərarının surəti.

3.4. Qısamüddətli notların emissiya prospektində aşağıdakı məlumat əks olunur:

3.4.1. Emitentin tam adı və hüquqi ünvanı;

3.4.2. Qısamüddətli notların buraxılışı haqqında qəbul edilmiş qərarın tarixi;

3.4.3. Qısamüddətli notların gələcək buraxılışı haqqında məlumat:

- buraxılışın sıra nömrəsi;

- buraxılışın nominal üzrə ümumi məbləği;

- qısamüddətli notların nominal dəyəri;

- buraxılan qısamüddətli notların sayı;

- ilkin yerləşdirilmə zamanı təqdim edilə biləcək qeyri-rəqabətli sifarişlər üzrə limitin həcmi;

- buraxılışın ilkin yerləşdirilməsinin keçirilməsi və qısamüddətli notların ödənilməsi tarixləri;

- alıcıların qısamüddətli notları ala biləcəkləri yer;

- Milli Bank tərəfindən qısamüddətli notların satın alma şərtləri.

3.5. Sənədlər təqdim olunduqdan sonra növbəti iş günü QKDK tərəfindən qısamüddətli notların dövlət qeydiyyatı barədə Milli Banka Şəhadətnamə (Əlavə № 1) və ya buraxılışı dövlət qeydiyyatına almaqdan imtina etmək haqqında qərar qəbul edildikdə, bu haqda yazılı şəkildə məlumat təqdim olunur.

3.6. Qısamüddətli notların ilkin yerləşdirilməsi Milli Bank tərəfindən müəyyən edilmiş qaydada aparılır.

3.7. İlkin yerləşdirilmə Milli Bankda və ya Milli Bankla razılaşdırılmış reqlamentə uyğun Ticarətin təşkilatçısı vasitəsilə keçirilə bilər.

3.8. İlkin yerləşdirilmənin keçirilməsi qaydası, tarixi, yerləşdirilən qısamüddətli notların sayı, həcmi, qeyri-rəqabətli sifarişlər üzrə limitin həcmi, sifarişlərin qəbul edilmə vaxtı, təqdim olunmuş sifarişlər üzrə öhdəliklər yerinə yetirilmədikdə, Milli Bank tərəfindən tətbiq ediləcək sanksiya və buraxılışın digər şərtləri Milli Bank tərəfindən ilkin yerləşdirmənin keçirilməsinə azı 1 iş günü qalmış elan edilir.

3.9. İlkin yerləşdirilmə günü sifarişlərin qəbulu üçün elan olunmuş müddət ərzində müvəkkil banklar qısamüddətli notların alınması üçün sifarişlər (rəqabətli və qeyri-rəqabətli) təqdim edə bilərlər.

3.10. İlkin yerləşdirilmə Milli Bankda keçirildikdə, sifarişlər banklar tərəfindən qısamüddətli notların yerləşdirilməsi üzrə ilkin yerləşdirilmənin təşkili və aparılmasına vəkil edilmiş Milli Bankın müvafiq departamentinə yazılı şəkildə təqdim edilir (Əlavə № 2).

3.11. İlkin yerləşdirilmə Ticarətin təşkilatçısı vasitəsilə keçirildikdə, sifarişlər müvəkkil banklar tərəfindən Ticarətin təşkilatçısına təqdim edilir.

3.12. Sifarişdə aşağıdakılar göstərilir:

3.12.1. müvəkkil bankın adı;

3.12.2. sifariş investorun adından və vəsaiti hesabına verildikdə—investorun tam adı;

3.12.3. qısamüddətli notların dövlət qeydiyyat nömrəsi;

3.12.4. rəqabətli sifarişlər üçün—əqdin faizlə ifadə olunmuş qiyməti (nominaldan yüzdə bir dəqiqliyi ilə);

3.12.5. rəqabətli sifarişlər üçün—hər qiymət üzrə alınan qısamüddətli notların miqdarı;

3.12.6. qeyri-rəqabətli sifarişlər üçün—əqd üzrə nəzərdə tutulmuş məbləğ.

3.13. Sifarişlərin qəbulu müddəti ərzində hər hansı bir sifariş bank tərəfindən geri götürülə bilər.

3.14. Ticarətin təşkilatçısına müvəkkil banklar həm öz adı və vəsaiti hesabına, həm də xidmət göstərdikləri investorların adı və vəsaitləri hesabına sifariş vermək hüququna malikdirlər.

3.15. Sifarişlərin qəbulunun yekunları üzrə ilkin yerləşdirilməyə təqdim olunmuş sifarişlərin ümumi reyestri tərtib edilir (Əlavə № 3).

3.16. İlkin yerləşdirilmənin yekunlarının elan edilməsi üçün müəyyən olunmuş vaxtadək Milli Bank buraxılışın həcmi həddində qısamüddətli notların minimum satış (irəlidə—“kəsmə qiyməti”) və orta çəkili qiymətlərini, habelə təmin edilmiş rəqabətli və qeyri-rəqabətli sifarişlərin həcmini müəyyənləşdirir. Orta çəkili qiymət bu Qaydalara 4 №-li Əlavəyə müvafiq surətdə hesablanır. Alınan qısamüddətli notların miqdarı—qeyri-rəqabətli sifariş üzrə pul vəsaiti məbləğinin ilkin yerləşdirilmənin orta çəkili qiymətinə bölünməsindən alınan tam rəqəmdir.

3.17. Bərabər qiymət şərtləri ilə verilmiş sifarişlərin həcmi bu qiymət üzrə Milli Bank tərəfindən təklif olunan qısamüddətli notların həcmindən çox olduqda, sifarişlərin qismən ödənilməsinə yol verilir. Bu zaman sifarişlər mütənasib qaydada təmin edilir.

3.18. İlkin yerləşdirilmənin yekunları üzrə müvafiq hesablaşmalar aparıldıqdan sonra banklara əqdlər reyestrindən çıxarış təqdim edilir.

3.19. Əqdlər reyestrindən çıxarış ilkin yerləşdirilmənin iştirakçıları ilə Milli Bank arasında qısamüddətli notların alqı-satqısı barədə müqavilə bağlandığını təsdiq edir.

3.20. Müvəkkil bank və onun xidmət göstərdiyi investorlar arasında qısamüddətli notlarla əqdlərin bağlanması ilə əlaqədar münasibətlər bu Qaydalara zidd olmayan müvafiq müqavilə ilə tənzimlənir.

3.21. Qısamüddətli notların ilkin yerləşdirilmə zamanı yerləşdirilməmiş həcmi Milli Bankın müəyyən etdiyi qaydada əlavə yerləşdirilə bilər.

4.1. Təkrar bazarda qısamüddətli notlarla alqı-satqı, girov, REPO və digər əqdlərin bağlanmasına yol verilir.

4.2. Qısamüddətli notlarla REPO əməliyyatları Dövlət qısamüddətli istiqrazlarla REPO əməliyyatlarının Milli Bank və QKDK tərəfindən müəyyənləşdirilmiş qaydada (bu Qaydaların müddəaları nəzərə alınmaqla) aparılır.

4.3. Qısamüddətli notlar üzərində mülkiyyət hüququ bir sahibdən digərinə Depozitaridə alıcının hesabı üzrə mədaxil yazılışının aparıldığı andan keçir.

4.4. Qısamüddətli notlarla girov əməliyyatları qüvvədə olan qanunvericiliyə, bu Qaydalara və digər normativ aktlara müvafiq surətdə aparılır.

4.5. Qısamüddətli notların təkrar bazarda tədavülü Ticarətin təşkilatçısı vasitəsilə və ya bilavasitə banklar arasında bağlanılmış əqdlər əsasında həyata keçirilir.

4.6. Qısamüddətli notların ödənişi ödəniş günü təkrar bazarda növbəti hərraclar və ya yeni ilkin yerləşdirilmə başlananadək həyata keçirilir.

4.7. Qısamüddətli notların ödəniş günü qeyri-iş günü olduqda, ödəniş növbəti ilk iş günü həyata keçirilir. Bu zaman qısamüddətli notların ödənişi nominal qiymətlə aparılır.

5.1. Qısamüddətli notlar üzərində hüquqlar və hüquqların keçməsi halları Depozitaridə sahiblərin depo hesablarında qeydlərlə təsdiq edilir.

5.2. Qısamüddətli notlar üzrə hüquqların məhdudlaşdırılması isə girovun rəsmi reyestrində aparılan qeydlərlə təsdiq edilir.

6.1. Qısamüddətli notlarla bağlanmış əqdlər üzrə hesablaşmalar nağdsız qaydada aparılır.

6.2. Hesablaşmalar Milli Bankın müvafiq struktur bölməsi tərəfindən aşağıdakılar əsasında aparılır:

6.2.1. İlkin yerləşdirilmə Milli Bankda keçirildikdə, bağlanmış əqdlər reyestrindən çıxarışlar;

6.2.2. əqdlər Ticarətin təşkilatçısı vasitəsilə bağlandıqda, Ticarətin təşkilatçısı tərəfindən tərtib edilmiş hesablaşma sənədləri;

6.2.3. əqdlər bilavasitə banklar arasında bağlandıqda, bankların ödəniş tapşırıqları.

6.3. İlkin yerləşdirilmənin yekunlarına əsasən Milli Bank bankın müxbir hesabından təmin olunmuş sifarişlər üzrə öhdəlik məbləğində vəsaiti silir.

6.4. Bank təmin olunmuş sifarişlər üzrə öhdəliklərin yerinə yetirilməsi üçün müxbir hesabında kifayət qədər vəsaitin olmasını təmin etmədikdə, ilkin yerləşdirilməyə təqdim olunmuş sifariş qüvvəsini itirmiş hesab edilir. Bu zaman Milli Bank banka qarşı əvvəlcədən müəyyən olunmuş sanksiyanı tətbiq etmək hüququna malikdir.

7.1. Növbəti buraxılışın yerləşdirilməsi haqqında elan, bu Qaydalara 5№-li Əlavədə göstərilmiş formada tərtib edilir.

7.2. İlkin yerləşdirilmə qurtardıqdan sonra, bu Qaydalara 6 №-li Əlavədə göstərilən forma üzrə ilkin yerləşdirilmənin rəsmi yekunları haqqında məlumat tərtib edilir.

7.3. Ticarətin təşkilatçısı təkrar bazarda hərracların yekunları üzrə bu Qaydalara 7 №-li Əlavə formasında rəsmi məlumatı hazırlayır.

7.4. Ticarətin təşkilatçısı və Depozitari tərəfindən saxlanılan və rəsmi məlumata daxil edilməyən (bu bölməyə müvafiq surətdə) məlumat, o cümlədən qısamüddətli notların konkret alqı-satqısı əqdlərinin şərtləri və tərəfləri barədə məlumat məxfi məlumat hesab olunur.

8.1. Bu Qaydalar QKDK tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.

Verilir ondan ötrü ki, Azərbaycan Respublikası Milli Bankının ____ ____________ 200__-ci il tarixli qərarına və ____ ____________ 200__-ci il tarixli emissiya prospektinə əsasən buraxılan dövlət qısamüddətli notların ___________________ manat məbləğində buraxılışı Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən _______ ______________ 200__-ci il tarixində qeydiyyata alınmışdır.

Dövlət qeydiyyat nömrəsi ________________________

Bununla __________________________________________ Milli Bankın ________________

dövlət qeydiyyat nömrəli qısamüddətli notların “_____” ________________2001-ci ildə keçiriləcək ilkin yerləşdirilməsində bu Sifarişə ___ vərəqdə əlavə göstərilmiş həcmdə və qiymət şərtləri ilə iştirak etmək niyyətini bildirir.

Bankın adı və hesabından verilən sifariş

____________________ “Azərbaycan Respublikası Milli Bankının

qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”da müəyyən edilmiş şərtlərlə və qısamüddətli notlarının müəyyən olunmuş kəsmə və orta çəkili qiyməti ilə razıdır və onlardan irəli gələn öhdəlikləri öz üzərinə götürür.

Bank aşağıdakı şərtlərlə razı olduğunu bildirir:

1) Milli Bank ilkin yerləşdirilmənin yekunlarına əsasən ilkin yerləşdirilmə zamanı təmin edilmiş sifariş üzrə öhdəlik məbləğində vəsaitin silinməsi barədə; və

2) təmin edilmiş sifariş üzrə öhdəlikləri icra etmədikdə, əvvəlcədən müəyyənləşdirilmiş sanksiyanın tətbiq edilməsi barədə sərəncam vermək hüququna malikdir.

Qısamüddətli notların hər buraxılışı üzrə orta çəkili qiymət ilkin yerləşdirilmənin nəticələrinə əsasən aşağıdakı düstura uyğun olaraq hesablanır:

P— ilkin yerləşdirilmənin orta çəkili qiyməti (faizlə);

C—qısamüddətli notların yerləşdirilməsindən hasilat məbləği (manat);

Q—yerləşdirilmiş qısamüddətli notların nominal üzrə həcmi (manat).

Buraxılışın dövlət qeydiyyat nömrəsi—

Buraxılışın forması—adlı sənədsiz;

Qeyri-rəqabətli sifarişlərin həcmi—

Bir qısamüddətli notun nominal dəyəri;

Qısamüddətli notların ödənilməsi tarixi;

Potensial sahiblər dairəsi—Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyət göstərən banklar;

İlkin yerləşdirilmənin keçirilmə yeri;

İlkin yerləşdirilmənin keçirildiyi tarix və vaxt

Azərbaycan Respublikasının Milli Bankının qısamüddətli notlarının (“_____”____________2000-ci il buraxılışından, “_____” ____________2000-ci ildə ödənilmə, dövriyyə müddəti _____ gün) ilkin yerləşdirilməsi “______”___________ 200__-ci ildə keçirilmişdir.

Elan olunmuş buraxılışın həcmi _______ mlrd.manat təşkil etmişdir. Buraxılışın ümumi həcminin ______ %-dən artıq olmayan həcmdə qeyri-rəqabətli sifarişlərinin təqdim olunmasına icazə verilmişdir.

İlkin yerləşdirilmə zamanı nominalın ______%-dən _______%-dək diapazonunda sifarişlər verilmişdir. Verilmiş rəqabətli və qeyri-rəqabətli sifarişlərin ümumi həcmi nominal üzrə __________mln. manat təşkil etmişdir. Təmin edilmiş rəqabətli sifarişlərinin minimal qiyməti nominalın ______ faizini təşkil etmişdir. Rəqabətli sifarişləri nominal üzrə __________ mln. manat ümumi məbləğində təmin edilmişdir (bu da verilmiş rəqabətli sifarişlərinin ümumi həcminin ______%-ni təşkil edir).

İlkin yerləşdirilmə zamanı təmin edilmiş sifarişlərin orta çəkili qiyməti nominalın ______%-ni təşkil etmişdir. Bu qiymətlə nominal üzrə ________ mln. manat həcmində qeyri-rəqabətli sifarişləri təmin edilmişdir.

Qısamüddətli notlarının gəlirliyi ilkin yerləşdirilmənin yekunlarına görə:

orta çəkili qiymətlə- illik təşkil etmişdir.

*) Qısamüddətli notlarının gəlirliliyi aşağıdakı düstur üzrə hesablanır:

Y—qısamüddətli notların gəlirliliyi (faizlə);

P—qısamüddətli notların alış qiyməti (faizlə);

T—qısamüddətli notların dövriyyə müddəti (günlə).

1. 2 aprel 2008-ci il tarixli 034 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 04-05)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver