Deputatın Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarında etdiyi çıxışlar “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc edilir. “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları” dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc olunur.