sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.
Sığorta hadisəsi baş verdikdə sığortaolunana bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində müəyyən edilmiş sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:
1) həlak olduqda - 100%;
2) aldığı xəsarət nəticəsində əlillik müəyyən edildikdə:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;
3) əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%;
3-1) az ağır xəsarət aldıqda - 10 %;
4) yüngül xəsarət aldıqda - 5%.
Deputat olarkən aldığı xəsarət nəticəsində sığortaolunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.