Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Deputatın səlahiyyətləri

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;

Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;

qanunvericilik təşəbbüsünü həyata keçirmək;

deputat sorğusu vermək;

məlumat almaq və yaymaq;

toxunulmaz olmaq;

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifaə verməkdən imtina etmək;

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver