Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18-2

Maddə 18-2. Elm və təhsil komitəsi

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Elm və təhsil komitəsi elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Elm və təhsil komitəsi:

elm, texnika, təhsil, peşə hazırlığı, ixtiraçılıq və patent hüququ, informatika və informasiyanın mühafizəsi sahələrinə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində elm və təhsil sahələrinə aid məsələlərə dair rəy verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver