“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının statusu haqqında” Azərbaycan Respublikasının qanununda göstərilmiş hüquq və vəzifələrdən başqa komitə üzvlərinin komitənin bütün iclaslarında həlledici səs hüququ vardır. Komitənin üzvü komitənin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Komitənin qəbul etdiyi qərarı ilə razı olmadıqda komitənin üzvü xüsusi rəylə çıxış edə bilər.
Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4
Maddə 4. komitə üzvlərinin hüquqları və vəzifələri
Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver