Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 144, № 9, maddə 677; 2005-ci il, № 6, maddə 480 № 10, maddə 910; 2006-cı il, № 12, maddə 1055; 2007-ci il, № 11, maddələr 1106 1117; 2008-ci il, № 3, maddə 177; 2009-cu il, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83, № 4, maddə 294; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"nin 23-cü bəndində “daxili işlər” sözlərindən sonra “, ədliyyə, fövqəladə hallar” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci il