Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bir ay müddətində normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2004-cü il
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra - Nazirlik) kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Nazirliyin normativ hüquqi aktlarmı rəhbər tutur.
3. Nazirlik xüsusi xidmət orqanı olaraq ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Nazirliyin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Nazirliyin aparatı, Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, şəhər və rayon orqanları, hərbi əks-kəşfiyyat qurumları, Akademiya, hərbi-tibb müəssisələri, habelə digər struktur bölmələr Nazirliyin vahid sistemini təşkil edir.
4. Nazirlik fəaliyyətini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət, humanistlik, konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması prinsipləri əsasında qurur.
5. Nazirlik həqiqi və şərti adlara, rəsmi emblemə, müstəqil balansa, əmlaka, banklarda hesablara, Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malikdir.
6. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
7. Nazirliyin kadr tərkibi hərbi qulluqçulardan və əmək müqaviləsi ilə işləyən mülki heyətdən (işçilərdən) ibarətdir.
8. Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görür;
8.2. Milli təhlükəsizliyin təmin edilməsi məqsədilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır;
8.3. Xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır;
8.4. Xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə tədbirlər görür;
8.5. Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparır;
8.6. Azərbaycan Respublikası Prezidentini və onun tapşırığı ilə müvafiq dövlət orqanlarmı milli təhlükəsizliyə olan təhdidlər barədə məlumatlandırır, habelə siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir;
8.7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun tərkibindəki qurumların, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidməti və onun tərkibindəki qurumların və qanunvericiliyə uyğun yaradılmış digər hərbi qurumların (bu Əsasnamənin məqsədləri üçün bundan sonra – Silahlı Qüvvələr və başqa silahlı birləşmələr) əks-kəşfiyyat təminatını həyata keçirir;
8.8. Hərbi-sənaye kompleksinin, energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və onların nəticələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür;
8.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəlikləri əməkdaşlarının və onların ailə üzvlərinin xarici ölkələrdə olma müddətində, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri hallarda tədbirlər görür;
8.10. Azərbaycan Respublikasının dövlət orqanlarında, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə, idarə, müəssisə və təşkilatlarda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərində dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təminatında iştirak edir;
8.11. Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə silahların, hərbi sursatın saxlanma və daşınması qaydalarının pozulması, döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş əməllərin, dövlət əmlakının, o cümlədən silah, sursat, hərbi texnika, partlayıcı, zəhərləyici və radioaktiv maddələrin ələ keçirilməsi, talanması, məhv edilməsi hallarının aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirir;
8.12. Hərbi obyektlərin mühafizəsi rejiminin, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərin pozulması və belə pozuntulara səbəb olan hallar, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində baş verə biləcək və aşkarlanmış pozuntular, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə ağır nəticəli fövqəladə hadisələrin baş verməsinə səbəb ola biləcək hallar barədə Silahlı Qüvvələri və başqa silahlı birləşmələri məlumatlarla təmin edir;
8.13. Xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirir, texniki kəşfiyyat aparır;
8.14. Milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən informasiya texnologiyalarının və proqram təminatlarının mühafizəsi sahəsində kompleks tədbirlər görür;
8.15. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir;
8.16. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
8.17. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarım yerinə yetirir;
8.18. Öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, habelə cinayət prosesində iştirak etmiş şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyini təmin edir;
8.19. Qaçaqmalçılığa, qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı digər dövlət orqanları ilə ələqədə mübarizə aparır;
8.20. Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin texniki-təşkilati təminatı sahəsində dövlət orqanları və rabitə müəssisələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
8.21. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
8.22. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin digər subyektləri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
8.23. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir;
8.24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür;
8.25. Nazirliyin orqanları üçün ixtisaslı kadrlar hazırlayır, hərbi qulluqçuların və işçilərin əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir;
8.26. Nazirliyin səfərbərlik hazırlığını təşkil və təmin edir;
8.27. Daxil olan müraciətlərin qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;
8.28. Maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;
8.28-1. internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
8.28-2. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;
8.30. Nazirliyin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir;
8.30-1. Hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir;
8.31. Nazirlik qanunvericiliyə müvafiq olaraq digər vəzifələri də yerinə yetirir.
9. Nazirlik qanunvericiliyə uyğun olaraq vəzifələrinin yerinə yetirilməsi üçün aşağıdakı hüquqlara malikdir:
9.1. Milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək;
9.2. Kəşfiyyat, əks-kəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək;
9.3. Səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək;
9.3-1. Qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;
9.4. Dövlət sirrinin mühafizəsi vəziyyəti, hərbi obyektlərə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, silah və sursatın itirilməsi, talanması və ya onların istifadəyə yararsız vəziyyətə gətirilməsi, hərbi təlimlər, hərbi texnika və silahın sınaqdan keçirilməsi, qoşunların və hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi barədə Silahlı Qüvvələr və başqa silahlı birləşmələrdən məlumat almaq;
9.5. Siyasi və sosial-iqtisadi vəziyyətin inkişaf proqnozları əsasında milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə təkliflər hazırlamaq;
9.6. Beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizə tədbirlərini həyata keçirmək;
9.7. Könüllülük və konspirasiya əsasında milli təhlükəsizlik orqanlarına kömək edə bilən şəxslərlə konfidensial əməkdaşlıq münasibətləri qurmaq;
9.8. Səlahiyyətləri daxilində Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə komandanlığın razılığı ilə normativ sənədlər, planlar, aktlar, habelə hərbi qurumların sərəncamında olan silah və hərbi texnika ilə tanış olmaq;
9.9. Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin qarşısının alınmasında iştirak etmək, hərbi obyektlərin pərdələnməsi üçün tədbirlərin keçirilməsi, habelə xüsusi rejimli hərbi obyektlərin dislokasiya yerlərinin seçilməsinə dair təklif vermək;
9.10. Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə keçirilən müşavirə və yığıncaqlarda razılaşdırılmış qaydada iştirak etmək və təkliflər vermək;
9.11. Əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və digər informasiyaların, hesabatların məlumat banklarmı yaratmaq, bu məlumatların təhlilini və onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək;
9.12. Səlahiyyətləri daxilində dövlət orqanlarında, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə, idarə, müəssisə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görmək, bu sahədə Nazirliyin əsas fəaliyyət istiqamətlərini müəyyən etmək, dövlət sirri ilə işləməyə buraxılan şəxslərin müəyyən olunmuş qaydada öyrənilməsini həyata keçirmək;
9.13. Səlahiyyətləri daxilində şifr xidməti ilə əlaqədar müvafiq tədbirlər həyata keçirmək, məlumatı mühafizə vasitələrinin sertifikatlaşdırılmasını aparmaq və bununla bağlı digər məsələləri həll etmək;
9.14. Qanunvericiliklə müəyyən edilmiş səbəblər və əsaslar olduqda səlahiyyətləri daxilində dövlət orqanlarım xarici xüsusi xidmət orqanlarının və təşkilatların təhdidlərindən qorumaq məqsədilə əks-kəşfiyyat tədbirlərini həyata keçirmək;
9.15. Milli təhlükəsizliyi təhdid edən və ya qanuna zidd məqsədlər üçün istifadə edilən ötürücü radioelektron vasitələrin radioşüalarını aşkar etmək, radio-tutum tədbirlərini həyata keçirmək, radioelektron vasitələrdən milli təhlükəsizliyə zidd məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı tədbirlər görmək;
9.16. Dövlət orqanları ilə qarşılıqlı razılaşma əsasında bu orqanların xüsusi əhəmiyyətli iş yerlərini və orada yerləşən texniki vasitələri məlumat sızmasından qorumaq, habelə onlardan məlumat çıxarılması üçün istifadə olunan mümkün elektron vasitələrini aşkarlamaq və onları zərərsizləşdirmək;
9.17. İnformasiya sistemlərindən, radioelektron, video, audio, kino, foto çəkilişlərdən, digər metod və vasitələrdən istifadə etmək;
9.18. Rabitə müəssisələrində əməliyyat-axtarış tədbirlərinin texniki-təşkilati təminatına dair şərtləri müəyyənləşdirmək və onların icrasına nəzarət etmək;
9.18–1. öz səlahiyyətləri daxilində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;
9.19. Öz fəaliyyətini həyata keçirmək üçün informasiya, rabitə sistemləri, habelə kriptoqrafik və digər məlumatların mühafizəsi sistemlərini yaratmaq və istismar etmək;
9.20. Xüsusi texniki vasitələr hazırlamaq, bu cür vasitələrin hazırlanması üçün digər təşkilatlarla müqavilə bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyaclan üçün silah, sursat, rabitə vasitələri, xüsusi texnika və digər maddi-texniki vasitələr almaq, onların saxlanması və təmiri ilə bağlı işlər görmək;
9.21. Müəyyən edilmiş hallarda və qaydada Nazirliyin əməkdaşlarının şəxsiyyətinin, onların idarə mənsubiyyətinin, ayn-ayrı struktur bölmələrinin, bina və nəqliyyat vasitələrinin, həmçinin konfidensial əsasla əməkdaşlıq (kömək) edən şəxslərin pərdələnməsi məqsədilə digər dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların sənədlərindən istifadə etmək, bu məqsədlə həmin qurumların istifadəsində olan sənədlərin əldə edilməsi üçün icrası zəruri olan sorğular göndərmək;
9.22. Qarşılıqlı razılıq, o cümlədən müqavilə əsasında dövlət orqanlarına, Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə, yerli özünüidarə orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus binalardan, nəqliyyat, rabitə və sair vasitələrdən, informasiya sistemlərindən, məlumat banklarından, həmçinin vətəndaşların yaşayış yerlərindən və digər tikililərindən zəruri müddətlərdə istifadə etmək;
9.23. Nazirliyin struktur bölmələrinin daxili təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirmək;
9.24. Nazirliyə həqiqi hərbi xidmətə və işə qəbul olunan şəxslər barəsində xüsusi yoxlama tədbirləri keçirmək;
9.25. Hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;
9.26. Xüsusi təyinatlı quram, habelə Nazirliyin müvafiq obyektlərinin mühafizəsini təşkil etmək məqsədilə müddətli hərbi qulluqçulardan ibarət mühafizə taboru yaratmaq;
9.27. Nazirlikdən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçuları və öz razılıqlarına əsasən digər hərbi vəzifəliləri səlahiyyətləri daxilində ehtiyata daxil etmək və həmin şəxslərin hərbi qeydiyyat məsələlərini təşkil etmək;
9.28. Nazirlikdə həqiqi və şərti adların tətbiqi qaydalarmı müəyyən etmək,
müəyyən olunmuş qaydada şərti adlar vermək;
9.29. Milli təhlükəsizlik problemlərinə dair elmi araşdırmalar aparmaq, habelə kriminalistik tədqiqatlar həyata keçirmək;
9.30. Səlahiyyətləri daxilində Nazirlikdə kargüzarlıq işinin, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin sənədləşdirilməsi, əməliyyat, arxiv və digər materialların saxlanması və istifadəsi qaydalarmı müəyyən etmək, arxiv işinin aparılmasına dair tələbləri müəyyənləşdirmək, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini özündə əks etdirən əməliyyat-qeydiyyat işlərinin növlərini, qeydiyyatı və aparılması qaydalarmı təsdiq etmək;
9.31. Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verilməsi məsələlərinin həllində iştirak etmək, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan Respublikası vətəndaşlarının xaricə getməsi məsələlərinin həlli barədə milli təhlükəsizliyin təmin edilməsi məqsədilə təkliflər vermək;
9.31-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, habelə müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilməsi (müddətinin uzadılması) ilə bağlı rəy vermək;
9.32. Milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, bu sahədə beynəlxalq müqavilələrin layihələrinə rəy və təkliflər vermək, qanunvericiliyin tətbiqi təcrübəsini səlahiyyətləri daxilində ümumiləşdirmək, onun təkmilləşdirilməsi üçün müəyyən olunmuş qaydada təkliflər vermək, struktur bölmələrə normativ hüquqi işin təşkilində əməli və metodiki kömək göstərmək, hüquqi biliklərin təbliğini təşkil etmək;
9.33. Digər dövlət orqanları ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində keçirilən kütləvi tədbirlərin təhlükəsizliyinin təmin olunmasında zəruri hallarda iştirak etmək;
9.34. Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunmasında, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə dövlət tədbirlərinin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak etmək;
9.35. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış qaydada Azərbaycan Respublikasının dövlət sərhədində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini həyata keçirmək;
9.36. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqədə xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;
9.37. Qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələri ilə əlaqələr yaratmaq, Nazirliyin fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək, qəzet, jurnal, bülletenlər buraxmaq, nəşriyyat işini həyata keçirmək;
9.38. Qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq müqavilələr bağlamaq;
9.39. Xarici xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əlaqələr qurmaq, qanunvericiliklə müəyyən edilmiş qaydada onlarla əməliyyat məlumatlarının və xüsusi texniki vasitələrin mübadiləsini həyata keçirmək;
9.40. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri, habelə Nazirliyin bağladığı beynəlxalq müqavilələri icra etmək məqsədilə xarici xüsusi xidmət və hüquq mühafizə orqanlarına nümayəndələr göndərmək, beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak etmək;
9.41. Qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı fəaliyyət növləri üzrə lisenziyalaşdırmam həyata keçirmək;
9.42. Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində kadrların hazırlanması üzrə müqavilələr bağlamaq;
9.43. Nazirliyin ehtiyacları üçün əsaslı tikinti, o cümlədən mənzil tikintisinin aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
9.43-1. Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək;
9.44. Qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək.
10. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirir.
11. Nazirliyin strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Nazirliyin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Nazirlikdə işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
13. Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularına əks-kəşfiyyat təminatmı həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir.
14. Nazirliyə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri rəhbərlik edir. Nazir Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
15. Nazir müavini vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş digər vəzifələrə təyin və vəzifələrdən azad etmə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
16. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri:
16.1. Nazirliyin işini təşkil edir, təkbaşçılıq və kollegiallıq prinsiplərinin qarşılıqlı əlaqələndirilməsi əsasında onun fəaliyyətinə rəhbərlik edir, Nazirliyin vəzifələrinin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır;
16.2. Müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin və Nazirliyin digər vəzifəli şəxslərinin əməliyyat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyən edir və qarşılıqlı fəaliyyətini təmin edir;
16.3. Nazirliyin baş idarə, idarə, şöbə və digər qurumlarının fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;
16.3-1. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
16.4. Əmr və göstərişlər verir, təlimatlar və digər normativ hüquqi aktla təsdiq edir, başqa dövlət orqanlarının rəhbərləri ilə birgə və ya onlarla razılaşdırılmış əmrlər, göstərişlər verir, onların icrasının təmin edilməsi üzrə tədbirlər görür;
16.5. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının Prezidentini və onun tapşırığı ilə digər dövlət orqanlarını məlumatlandırır;
16.6. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müqavilə və digər sənədləri imzalayır;
16.7. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini ləğv edir;
16.8. Nazirliyin fəaliyyəti ilə bağlı qanun və digər normativ hüquqi aktların layihələrini baxılması üçün müəyyən edilmiş qaydada təqdim edir;
16.9. Nazirliyin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və strukturu barədə, o cümlədən həmin struktura daxil olan baş idarələrin, idarələrin, şöbələrin yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla şəhər və rayon orqanlarını yaradır və ləğv edir;
16.10. Qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçu heyəti vəzifələrinin siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir;
16.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçuların və işçilərin say həddi daxilində Nazirliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
16.12. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə rəislərini, şəhər və rayon orqanlarının rəislərini vəzifəyə təyin və vəzifədən azad edir;
16.13. Səlahiyyətləri daxilində vətəndaşları Nazirliyə həqiqi hərbi xidmətə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
16.14. İşçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair vəzifəli şəxslərin səlahiyyətlərini müəyyən edir;
16.15. Nazirliyin ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali zabit rütbələrinin verilməsi və ali zabit rütbəsi olan hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
16.16. Nazirliyin hərbi qulluqçularına, habelə səlahiyyətləri daxilində ehtiyatda olan hərbi qulluqçulara polkovnik rütbəsi də daxil olmaqla hərbi rütbələr verir;
16.17. Nazirliyin hərbi qulluqçularının və işçilərinin, habelə Nazirliyin vəzifələrinin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün müəyyən edilmiş qaydada döş nişanları təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri döş nişanlan ilə təltif edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir, habelə bu məqsədlə təltif və hədiyyə fondları yaradır;
16.18. Nazirliyin hərbi qulluqçularını və işçilərini, habelə Nazirliyin vəzifələrinin həyata keçirilməsinə kömək etmiş şəxsləri dövlət mükafatlarına və fəxri adlara təqdim edir;
16.19. Dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarım müəyyən edir, xidmətin xüsusiyyətləri və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, Nazirliyin hərbi qulluqçularının və işçilərinin vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir, müvafiq vəzifələr üzrə imtiyazların müəyyən edilməsi barədə təkliflər verir;
16.20. Nazirliyin hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;
16.21. Nazirliyin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığını, attestasiya komissiyalarının yaradılması və attestasiyaların keçirilməsini təmin edir, habelə hərbi qulluqçuların və işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür;
16.22. Qanunvericiliklə müəyyən edilmiş qaydada milli təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirliyin hərbi qulluqçularını hərbi xidmətdə saxlanılmaqla Azərbaycan Respublikasının dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara onların razılığı ilə ezam edir;
16.23. Qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçuları hərbi xidməti davam etdirmək üçün Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə ezam edir;
16.24. Nazirliyin hərbi qulluqçularının geyim formasının, fərqlənmə nişanlarının və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;
16.25. Nazirliyin hərbi qulluqçularının və işçilərinin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir;
16.26. Nazirliyin daxili təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərlə əlaqədar qərarlar qəbul edir;
16.27. Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
17. Nazir öz səlahiyyətlərinin həyata keçirilməsini nazir müavinlərindən birinə tapşıra bilər.
18. Nazirlikdə məşvərətçi orqan - kollegiya yaradılır. Kollegiyanın tərkibi nazirin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
19. Kollegiyanın iclaslarında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar çıxarılır.
20. Kollegiyanın iclaslarına nazir sədrlik edir. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərarlar qəbul edərkən səsvermədə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, nazirin əmrləri ilə elan olunur və həyata keçirilir.
21. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarmı həyatı keçirir və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat verir.
22. Nazirlik vəzifələrinin icrası və hüquqlarının həyata keçirilməsi zamanı digər dövlət orqanları ilə əməkdaşlıq edir. Dövlət orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr, onların vəzifəli şəxsləri Nazirliyə vəzifələrinin icrasında və hüquqlarının həyata keçirilməsində kömək göstərirlər.
23. Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının vəzifələrinin icrası üçün zəruri şəraitin yaradılması, o cümlədən Silahlı Qüvvələr və başqa silahlı birləşmələr hesabına bu orqanların mühafizəsinin təşkili məsələləri Nazirliyin Azərbaycan Respublikasının müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti ilə birlikdə qəbul etdikləri normativ hüquqi aktlarla tənzimlənir.
1. 13 sentyabr 2004-cü il tarixli 123 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 677)
2. 1 iyun 2005-ci il tarixli 243 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 480)
3. 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 229)
4. 23 dekabr 2006-cı il tarixli 508 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1055)
5. 23 noyabr 2007-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1106)
6. 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117)
7. 10 mart 2008-ci il tarixli 728 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 177)
8. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
9. 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83)
10. 14 fevral 2011-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 377)
11. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
12. 07 iyun 2011-ci il tarixli 439 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Azərbaycan” qəzeti, 10 iyun 2011-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 494)
13. 13 noyabr 2012-ci il tarixli 748 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1108)
14. 13 noyabr 2012-ci il tarixli 749 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1109)
15. 11 sentyabr 2014-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 sentyabr 2014-cü il, № 198; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1059)
16. 10 aprel 2015-ci il tarixli 501 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 380)
17. 20 oktyabr 2015-ci il tarixli 651 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2015-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1123)