1.1. Bu Təlimat Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının Sərhəd Qoşunları fakültəsinə ali təhsilin əyani formasına namizədlərin seçilib öyrənilməsi işinin təşkili qaydalarını müəyyən edir.
1.2. Akademiyanın Sərhəd Qoşunları (SQ) fakültəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) üçün hərbi və xüsusi ixtisasa malik peşəkar zabit kadrları hazırlayır.
1.3. Akademiyada təhsil almaq üçün namizədlərin seçilib öyrənilməsi işinin təşkili və həyata keçirilməsi Dövlət Sərhəd Xidməti Şəxsi Heyət üzrə Baş İdarənin (ŞHÜBİ) Kadrlar idarəsi tərəfindən həyata keçirilir.
1.4. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə qəbul olunan namizədlərin peşə seçiminin keçirilməsi məqsədi ilə hər il Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə SQ fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiya yaradılır. Komissiyanın tərkibinə DSX struktur bölmələrinin əməkdaşları daxil edilir.
1.5. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiya bu Təlimatı rəhbər tutaraq, Akademiyanın Sərhəd Qoşunları fakültəsinin dəyişən heyətlə komplektləşdirilməsini təmin edir, müəyyən olunmuş tələblərə cavab verməyən namizədlərin test imtahanlarına buraxılmasının qarşısını alır. Komissiya həmçinin:
1.5.1. Namizədlərin fiziki hazırlıq səviyyəsinin, dünyagörüşünün, mənəvi-əxlaqi, şəxsi və iş keyfiyyətlərinin hərtərəfli qiymətləndirilməsi yolu ilə onların peşə seçimini həyata keçirir;
1.5.2. Test imtahanlarına buraxılan namizədlərin sənədlərini ümumi siyahı ilə birlikdə TQDK təqdim edir;
1.5.3. Namizədləri test imtahanlarına buraxır;
1.5.4. Peşə seçiminin nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır.
2.1. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, C.Naxçıvanski adına Hərbi litseyin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə çağırışçılar qəbul imtahanına buraxılırlar.
2.2. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə namizədlərin aşağıdakı yaş hədləri müəyyən olunur:
2.2.1. Xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər - 23 yaşınadək;
2.2.2. C.Naxçıvanski adına Hərbi litseyin məzunları, çağırışçılar - 17 yaşından 21 yaşınadək (o cümlədən Akademiyaya qəbul olunana qədər 17 yaşı tamam olanlar).
2.3. 21 yaşınadək çağırışçıların, o cümlədən Akademiyaya qəbul ili iyul ayının 20-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi komissarlıqlarının möhlət haqqında qeydiyyatı olmalıdır.
2.4. Hərbi uçot sənədlərində sıradankənar hərbi xidmətə yararlılıq və ya dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2000-ci il tarixli 48 N-li qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin vətəndaşların səhhətinin vəziyyətinə əlavə tədbirlər cədvəlində təsbit olunmuş təyinat göstəricilərin 3,4,5 olması haqqında qeydlər olan vətəndaşların Akademiyaya daxil olmaq üçün ərizələri qəbul edilmir.
3.1. Akademiyanın fəaliyyətini, onun tarixini, kursantların tədris və məişət şəraitini əks etdirən metodiki, məlumatlandırıcı materiallar, albomlar və digər vəsaitlər DSX-nin ŞHÜBİ tərəfindən hazırlanaraq təbliğat məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə və digər qurumlara çatdırılır.
3.2. C.Naxçıvanski adına Hərbi litsey məzunlarının Akademiyaya qəbul olunmaq üçün sənədlərinin təqdim edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılmış qaydada həyata keçirilir.
3.3. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə daxil olmaq istəyən hərbi qulluqçular qəbul keçirilən il yanvar ayının 30-dək komanda üzrə raportla müraciət etməlidirlər.
3.4. Raportda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- soyadı, adı, atasının adı;
- anadan olduğu il, ay, gün;
- qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı;
3.5. Raporta anket, tərcümeyi-hal, xidməti xasiyyətnamə, orta və orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq olunmuş surəti, 5 ədəd 4,5x6 sm ölçüdə fotoşəkil (baş geyimsiz) əlavə olunur.
3.6. Hərbi bilet, orta və orta-ixtisas təhsili haqqında sənədin əsli namizəd tərəfindən şəxsən MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiyaya təqdim edilir. Hərbi qulluqçular hərbi hissələrdən aldıqları ezamiyyət vərəqlərini və ərzaq attestatlarını DSX-nin müvafiq qurumlarına təqdim edir və ezamiyyət müddətində yataq və yeməklə təmin olunurlar.
3.7. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə daxil olmaq istəyən çağırışçılar və hərbi vəzifəlilər qəbul keçirilən il yanvar ayının 30-dək Dövlət Sərhəd Xidmətinin rəisinə ərizə ilə müraciət edirlər.
3.8. Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- soyadı, adı, atasının adı;
- doğulduğu il, ay, gün;
- qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı;
3.9. Ərizəyə anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış), 5 ədəd 4,5x6 sm ölçüdə fotoşəkil (baş geyimsiz) əlavə olunur.
3.10. Şəxsiyyəti təsdiq edin sənəd, hərbi bilet (çağırışçının qeydiyyat şəhadətnaməsi) namizəd tərəfindən şəxsən Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiyaya təqdim edilir.
3.11. Namizədlərin tibbi şəhadətləndirilməsi DSX ŞHÜBİ Kadrlar İdarəsinin göndərişləri əsasında DSX Hərbi Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyası (MHHK) tərəfindən həyata keçirilir.
3.12. Hərbi qulluqçular və C.Naxçıvanski adına Hərbi litseyin kursantları MHHK-ya göndərişlə birlikdə tibb kitabçalarını, hərbi vəzifəlilər və çağırışçılar isə yaşadıqları ərazidə yerləşən xəstəxana və poliklinikalarda müalicə alıb-almamaları, ruhi-əsəb və vərəm dispanserlərində qeydiyyatda olub-olmamaları barədə arayışları təqdim etməlidirlər.
3.13. MHHK aprel ayının 15-dək hər bir namizədin Akademiyaya daxil olmağa yararlığı barədə DSX ŞHÜBİ-nın Kadrlar idarəsinə müvafıq arayış təqdim edir.
3.14. Namizədlərin tibbi şəhadətləndirilməsi ilə eyni vaxtda Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən onların fiziki hazırlığı yoxlanılır.
3.15. Namizədlərin fıziki hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçuların və hüquq mühafızə orqanları şəxsi heyətinin fıziki hazırlıq normativlərinin təsdiq edilməsi haqqında” 21 fevral 2000-ci il tarixli 41s N-li Sərəncamına əlavə olunan 9-cu cədvələ uyğun surətdə yoxlanılır (əlavə N 1).
3.16. DSX ŞHÜBİ-nin Kadrlar idarəsi daxil olmuş materiallar əsasında hər bir namizəd barəsində rəy tərtib edir.
3.17. Namizədlərin şəxsi işlərində aşağıdakı sənədlər olmalıdır:
3.17.1. Akademiyanın Sərhəd Qoşunları fakültəsinə qəbul olunmaq haqda ərizə və ya raport, bu Təlimatın 13 və 17-ci bəndlərində göstərilən digər sənədlər;
3.17.2. Namizədlərin öyrənilmə sənədləri;
3.17.3. DSX ŞHÜBİ-nin Kadrlar idarəsinin rəyi;
3.17.4. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə daxil olmağa yararlığı barədə MHHK-n arayışı (psixofiziolojı müayinənin nəticələri ilə birlikdə);
3.17.5. Xidmət vərəqəsi (hərbi qulluqçular üçün).
3.18. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiyası namizədlərin şəxsi işlərini öyrənərək, peşə seçiminin keçirilməsi üçün namizədlərin DSX-nin Mərkəzi Aparatına çağırılması haqqında qərar qəbul edir və onların gəlmə tarixini müəyyənləşdirir. Bu qərar və gəlmə tarixi kadr aparatları vasitəsilə namizədlərə çatdırılır.
3.19. Namizədlər müəyyən olunmuş günlərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatına gəlir, söhbətdə iştirak edirlər.
3.20. Təqdim olunmuş sənədlərin öyrənilməsi və namizədlərlə fərdi söhbətin aparılması yolu ilə onların dünyagörüşünün səviyyəsi, mənəvi-əxlaqi və şəxsi keyfiyyətləri müəyyənləşdirilir (əlavə N 2).
3.21. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiya peşə seçimində iştirak edən hər bir namizədi qəbul edir və ümumtəhsil fənlərindən test imtahanlarına buraxılıb-buraxılmaması haqqında qərarı ona elan edir. Komissiya öz qərarlarını protokolla rəsmiləşdirir.
3.22. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiyada peşə seçimini müvəffəqiyyətlə keçmiş C.Naxçıvanski adına Hərbi litseyin məzunlarının Akademiyanın Sərhəd Qoşunları fakultəsinə qəbulu TQDK tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
3.23. MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinə namizədlərin seçilib öyrənilməsi üzrə Komissiyası peşə seçimini müvəffəqqiyyətlə keçmiş namizədlərin siyahısını tərtib edir və onu öz iclasında təsdiq edir. Namizədlərin test imtahanlarına buraxılışı bu siyahı əsasında həyata keçirilir.
3.28. Peşə seçiminin nəticələri ilə razılaşmayan namizədlər Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə şikayət verə bilərlər. Daxil olmuş hər bir şikayətə müəyyən olunmuş qaydada baxıb müvafiq cavab verilməlidir.
3.29. Test imtahanlarına buraxılan namizədlər “Abituriyentin ərizəsi” formasını şəxsən doldururlar. Ərizənin “Seçdiyiniz ixtisasların kodları” bəndində:
3.29.1. Müddətli xidmət hərbi qulluqçuları yalnız Akademiyanın kodunu;
3.29.2. Gizirlər (miçmanlar), müddətdən artıq xidmət hərbi qulluqçuları Akademiyanın kodunu birinci, sonra öz arzularına uyğun olaraq digər ali məktəblərin qiyabi şöbələrinin kodlarını;
3.29.3. Hərbi vəzifəlilər və çağırışçılar Akademiyanın kodunu birinci, sonra öz arzularına uyğun olaraq digər ali məktəblərin bütün təhsil formalarına aid kodlarını göstərə bilərlər.
3.30. Namizədlərə TQDK-nın hesabına müəyyən edilmiş məbləğin köçürülməsi haqqında qəbzi təqdim etdikdən sonra test imtahanlarında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi” verilir. Namizədlər təyin olunan gündə test imtahanlarına gəlirlər.
Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidməti rəisinin
“19” mart 2003-cü il tarixli 13 N-li
əmri ilə təsdiq olunmuş
Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidməti rəisinin
“19” mart 2003-cü il tarixli
13 N-li əmri ilə təsdiq olunmuş
Təlimata 2 N-li əlavə