Qanunvericilik › Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.04.1998) › Tam mətn

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.04.1998)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.04.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN QƏrarı

Respublikanın bank sistemində beynəlxalq mühasibat uçotu standartlarına uyğun hesablar planına keçidlə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə»nin 1-ci bəndinin 1.6 yarımbəndinə Qeyd hissəsindən əvvəl aşağıdakı redaksiyada abzaslar əlavə edilsin:

«Azərbaycan Respublikası Milli Bankının «Bank aktivlərinin təsnifləşdirilməsi haqqında» qaydalarına uyğun zəruri ehtiyat fondları kredit təşkilatlarının xərcləri hesabına yaradılır. Aktivlər reallaşan zaman müvafiq aktivə uyğun yaradılmış ehtiyat fondu bu məbləğ qədər azaldılaraq sonradan gəlirə aid edilir.

Valyuta məzənnəsindən, qiymətli kağızlarla və qiymətli metallarla əməliyyatlardan dəyən itkilər üzrə kredit təşkilatlarının xərcləri».

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 aprel 1998-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver