Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə
«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 676 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 fevral tarixli 33 nömrəli qərarı) ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 62-ci bəndinin on beşinci abzasında «hərbi qulluqçuların» sözlərindən, iyirmi dördüncü abzasında «Hərbi qulluqçulara» sözlərindən və 100-cü bəndində «hərbi qulluqçulara» sözlərindən sonra «(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)» sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri 21 fevral 2008-ci il