Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"yə əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 may tarixli, 932 nömrəli Sərəncamının 1-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 6-cı bəndində "ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə" sözlərindən sonra "habelə dövlət kadastrının aparılmasına" sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 iyul 2002-ci il № 113