Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli, 194 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə
hesablaşma Qaydası"na əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərenerji" Səhmdar Cəmiyyəti üzrə əlavə dəyər vergisinin elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərindən daxil olmuş vəsaitlərə görə hesablanmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli, 194 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası"nın 4.3-cü bəndində "Azərenerji" Səhmdar Cəmiyyətinin" sözlərindən sonra "onun tərkibinə daxil olan elektrik enerjisini istehsal edən elektrik stansiyalarının və yüksək gərginlikli ötürücü elektrik şəbəkələrinin (elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinə verdikləri elektrik enerjisi məbləğinə görə)" sözləri əlavə edilsin.
2. Bu qərar 2002-ci il noyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 dekabr 2002-ci il № 197
1. 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 373)