Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"na əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nda 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Daşkəsən rayonuna aid olan hissəsinə "Quşçu kəndi", "Xanlar rayonuna aid olan hissəsinə "Göygöl qəsəbəsi", Kəlbəcər rayonuna aid olan hissəsinə "Otqışlaq və Babaşlar kəndləri", Lerik rayonuna aid olan hissəsinə "Pirzəküçə kəndi", Şamaxı rayonuna aid olan hissəsinə "Pirqulu Astrofizika rəsədxanası", Şuşa rayonuna aid olan hissəsinə "Sarıbaba və Kirov kəndləri", Yardımlı rayonuna aid olan hissəsinə "Qaraqaya kəndi", Şahbuz rayonuna aid olan hissəsinə isə "Gecəzür kəndi" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 iyul 2003-cü il № 92