Qanunvericilik › Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.07.2005) › Tam mətn

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.07.2005)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.07.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 211-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 26 iyul 2005-ci il

1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə qısaldılmış iş vaxtı “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarına əsasən müəyyən edilir.

2. “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın (bundan sonra - Siyahı) müvafiq bölmələrində istehsalatlar, sexlər və sahələr üzrə nəzərdə tutulan peşə və vəzifələrdə çalışan işçilər qısaldılmış iş həftəsi hüququna malikdirlər.

Misal: Ağac emalı sexlərinin işçilərinə (onların hansı istehsalat sahələrinin müəssisələrində olmalarından asılı olmayaraq) qısaldılmış iş həftəsi “Ağac emalı istehsalı” bölməsində nəzərdə tutulmuş istehsalatların, sexlərin, peşə və vəzifələrin siyahısı üzrə müəyyən olunur və yalnız müvafiq istehsalatlarda, sexlərdə, peşə və vəzifələrdə çalışan işçilərə şamil edilir.

3. Siyahıda ayrı-ayrı iş növlərini nəzərdə tutan bölmələr və yarımbölmələr göstərildiyi halda (məsələn, “Qaynaq işləri”, “Rəngsaz işləri”) qısaldılmış iş həftəsi bu işlərin hansı istehsalatlarda, sexlərdə və sahələrdə görülməsindən asılı olmayaraq müəyyən edilir.

4. “İqtisadiyyatın bütün sahələrində ümumi peşələr və vəzifələr” bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrdə çalışan işçilərə qısaldılmış iş həftəsi onların hansı istehsalatlarda, sexlərdə və sahələrdə işləmələrindən asılı olmayaraq (həmin peşə və vəzifələr Siyahının müvafiq bölmələrində və yarımbölmələrində xüsusi olaraq nəzərdə tutulmadığı halda) müəyyən olunur.

Misal: “İqtisadiyyatın bütün sahələrində ümumi peşələr və vəzifələr” bölməsinin 11-ci sıra nömrəsinə əsasən bütün müəssisələrdə qazan təmizləyicisi peşəsində çalışan işçilər 36 saatdan çox olmayan qısaldılmış iş həftəsi hüququna malikdirlər.

5. Siyahıda nəzərdə tutulmuş müddətə uyğun olaraq işçilərə qısaldılmış iş həftəsi onların bu şəraitdə 90 faizdən az olmayaraq məşğul olduqları halda müəyyən olunur.

Siyahıda “daim məşğul olan” və ya “daim işləyən” kimi göstərilən işçilərə Siyahıda qeyd edilən qısaldılmış iş həftəsi onların bu iş şəraitində faktiki olaraq bütün qısaldılmış iş həftəsi ərzində məşğul olduqları halda müəyyən olunur.

6. Peşə və vəzifələri Siyahıya daxil edilməmiş, lakin Siyahıda nəzərdə tutulmuş zərərli əmək şəraiti olan istehsalatlarda, sexlərdə və sahələrdə ayrı-ayrı günlərdə iş vaxtının 90 faizindən az olmayaraq çalışan işçilərə qısaldılmış iş həftəsi bu işlərdə daim çalışan işçilərə nəzərdə tutulan müddətə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver