Qanunvericilik › Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 28.02.2009) › Tam mətn

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 28.02.2009)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 28.02.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli 152 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Milli Bankının Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə aidiyyəti nazirliklərlə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 662; 2005-ci il, № 2, maddə 134; 2006-cı il, № 3, maddə 299) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na aşağıdakı əlavələr edilsin:

1.1. 1.2-ci bəndində “vergi hesab-fakturaları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1.5-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.5. Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.

1.6. 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.3-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.9-cu və 3.10-cu bəndlərin müddəaları Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 28 fevral 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver