Qanunvericilik › Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2009) › Tam mətn

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2009)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vergi ödəyiciləri tərəfindən ƏDV-nin depozit hesabı vasitəsilə aparılan əməliyyatların tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1354; 2008-ci il, № 2, maddə 127; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 aprel tarixli 64 nömrəli qərarı) ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na aşağıdakı məzmunda 4.10-cu bənd əlavə edilsin:

"4.10. ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 iyun 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver