Qanunvericilik › Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası"na əlavələr edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2009) › Tam mətn

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası"na əlavələr edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2009)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası"na əlavələr edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası"na əlavələr edilməsi haqqında

"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli 794-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 105 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 917) ilə təsdiq edilmiş "Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası"na aşağıdakı əlavələr edilsin:

1.1. 2-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə humanitar məqsədlər üçün idxalına, onların istehsalçıları tərəfindən təqdim olunan keyfiyyəti təsdiq edən sənədlər olduqda yol verilir.";

1.2. 5.1-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"xarici ölkələrdən humanitar məqsədlər üçün gətirilən və dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim olunan keyfiyyəti təsdiq edən sənədlər;".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 27 iyul 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver